Məhkəmə qərarları › İş №3(014)-371/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-371/2020

12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-371/2020 12.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, F.Kərimovanın katibliyi, inzibati xəta haqqında barəsində icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs idarə etdiyi «FORD Transit yük» markalı 99ND198 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətdiyinə görə DİNnin Bakı şəhəri Dövlət X1 inzibati tənbeh vermə haqqında EQ ******* saylı xx xxx 2020-ci il tarixli qərara əsasən 60 manat məbləğində, DİN-nin Bakı şəhəri Dövlət X1 inzibati tənbeh vermə haqqında EQ3801394 saylı xx xxxx 2020-cı il tarixli qərara əsasən 60 manat məbləğində inzibati cərimə edilmiş, lakin Şəxs inzibati tənbeh etmə haqqında qərarın qanuni güvvəyə mindiyi 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan 120 manat məbləğində inzibati cəriməni və onun üzərinə hesablanmış 72 manat dəbbə pulunu ödəmədiyinə görə barəsində xx xxxxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək xx xxxxxxxx 2020-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında barəsində icraat aparılan şəxs Şəxs inzibati cəriməni və ona hesablanmış dəbbə pulunu ödəməsi barədə qəbzi məhkəməyə təqdim edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərarlara əsasən ona hesablanmış 120 manat cərimə və 72 manat dəbbə pulunu ödədiyinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128, 130-cu maddələrini maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar