Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-371/2024 05.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21921285 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi xx.xx.2024-cü il tarixli, EQ 21921285 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21921285 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 barəsində Baş X9 İdarəsi tərəfindən qanunsuz olaraq **-ZM-*** nömrə nişanlı, FORD markalı nəqliyyat vasitəsi ilə olan ötmə əməliyyatı ilə bağlı xx.xx.2024-cü il tarixli, EQ 21921285 saylı elektron qərar tərtib edilmişdir. Lakın həmin qərar tam qanunsuz və əsassızdır. Bu barədə Baş X9 İdarəsinə müraciət etsə də, həmin inzibati orqandan verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16/2-Ş- 100115 nömrəli cavab məktubu ilə şikayəti təmin edilməmişdir. "Yol hərəkəti haqqında" Qanunun 69-cu maddəsinin Vİ hissənin 1-cı bəndinə əsasən 1.1 üfiqi nişanlama xətti əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Qanunun tələblərinə görə həmin xətti kəsib keçmək qadağandır. Lakin tərəfindən təqdim edilmiş fotoşəkillərdən aşkar şəkildə görünür ki, onun ötmə əməliyyatına başladığı hissədə nəinki 1.1 nişanlama xətti, ümumiyyətlə hər hansı nişanlama aparılmamış və ya aparılmış nişanlama təbii aşınmaya məruz qalaraq pozulmuşdur (silinmişdir). Ötmə əməliyyatını apardığı sahə isə ötmənin qadağan edildiyi halların ("Yol hərəkəti haqqında" Qanunun 51-ci maddəsinə əsasən) heç birinin təsir dairəsində deyildir. Yəni, onun ötmə manevrinə başlamağını qadağan edən hər hansı tələb yox idi. Həmin nişanların pozulması onun məsuliyyətə cəlb edilməyi üçün qəti şəkildə əsas hesab edilə və ya bəhanə kimi gətirilə bilməz. Şikayət vermiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə portaldan əldə edilmiş məlumatdan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 17:14:16-da Bakı-Şamaxı-Yevlax yolu 247.4-cü km-də inzibati xəta törətmiş, həmin tarixdə protokol tərtib edilərək EQ 21921285 nömrəli qərarla 80 manat məbləğində cərimə edilmiş, həmin qərar xx.xx.2024cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən İsmayıllı şəhəri, M.F.Axundov prospekti, ev 9, mənzil 10 ünvanında yaşayan X1 ünvanlanmış 17 iyul 2024-cü il tarixli məktubdan görünür ki, X3 tərəfindən barəsində olan EQ 21921285 nömərli elektron qərarın araşdırılmasına dair Baş X9 İdarəsinin rəhbərliyinə ünvanlanmış müraciəti araşdırılmış, xx.xx.2024-cü il tarixdə "Ford" markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Bakı-Şamaxı-Yevlax yolunun 247.4-cü km-də “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin tələbinə zidd olaraq ötmənin qadağan olunduğu ərazidə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozması halı ərazidə quraşdırılmış videonəzarət kamerası vasitəsi ilə qeydə alınmış, Baş X9 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə elektron qaydada EQ21921285 nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Aparılmış araşdırma zamanı videonəzarət kamerasının qeydə aldığı görüntülərə baxış keçirilmiş, inzibati xətaya yol verilməsi halı təsdiqlənmişdir. Məhkəmə şikayətə işin materialları ilə birlikdə baxaraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, Ağdaş rayon X5 X7 Yol Patrul Xidmətinin inspektoru X2 iştirakı ilə Çingiz Şükürovun ötmə əməliyyatına başladığı yerə, yəni yol hərəkəti qaydalarının pozulmasının videokamera vasitəsi ilə qeydə alındığı yerə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, yol hərəkəti qaydalarının pozulması Bakı-Şamaxı-Yevlax yolunun 247.4-cü km-də “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin tələbinə zidd olaraq ötmənin qadağan olunduğu ərazidə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozması halı həmin ərazidə, yəni Bakı-Şamaxı-Yevlax yolunun 247.4-cü km-də quraşdırılmış 8AED5EAADCC15A4A nömrəli radar cihazı vasitəsi ilə qeydə alınmışdır. Həmin kilometrlikdə olan xətt düz xəttdir və həmin xətt tam aydın şəkildə görünür. Eyni zamanda həmin xəttin radar cihazı vasitəsi ilə qeydə alınmış görünütülərdə əks olunması üçün radar cihazı əlverişli ərazidə quraşdırılmışdır. Bndan başqa məhkəmə qeyd edir ki, Çingiz Şükürov məhkəməyə təqdim etdiyi video görüntüləri və foto şəkilləri hava qaralandan sonra qeydə alımış, hadisə xx.xx.2024cü il tarixdə saat 17:14:16-da baş verdiyindən yəni yay aylarına təsadüf etdiyindən həmin saatda hava işiqlı olur və Bakı-Şamaxı-Yevlax yolunun 247.4-cü km-də düz xətt aydın şəkildə görünür. Bununla da, şikayətçi X4 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətməsi sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən ləğv edilməsi tələb olunan elektron qərar inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin elektron qərarla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21921285 saylı iznibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-371/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-371/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver