Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-372/2021 23.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 16.09.2021-ci il tarixdə, saat 15:20 radələrində Zərərçəkmiş şəxs öz iş otagında yüksək səslə söyüb təhqir etmiş, ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 23.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, Ağdaş RMX PHŞ-nin TTTYŞ-də çağırışçı həkim vəzifəsində işləyir. 16.09.2021-ci il tarixdə, saat 15:20 radələrində işdən azad edilməsi üçün kadrlar şöbəsinə ərizə ilə müraciət etmişdir. Kadrlar şöbəsindən ona bildirmişlər ki, Zərərçəkmiş şəxs onun ərizəsinə dərkənar qoymamışdır. O, bir daha xahiş etmişdir ki, onun ərizəsinin üstü yazılsın, çünki o, Bakıya getməlidir. Həmin vaxt ona bildirmişlər ki, Zərərçəkmiş şəxs öz otağında işləyir, özü ona müraciət etsin. Daha sonra onun katibəsinə yaxınlaşaraq, direktorun yanına keçmək istədiyini bildirmişdir. Elə həmin vaxt Zərərçəkmiş şəxs otağına daxil olub onun ərizəsinin üstünü nə səbəbdən yazmadığını soruşmuşdur. Direktor onun ərizəsinin üstünü yazmaması səbəbdən onu təhqir etmişdir. Hadisə vaxtı əsəbi və emosional olmuşdur. Əməlindən peşmandır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, Ağdaş RMX PHŞ-nin direktorudur. 16.09.2021-ci il tarixdə təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında çağırışçı həkim vəzifəsində çalışan Şəxs saat 15:20 radələrində qəbuluna gəlmişdir. Köməkçisi bildirmişdir ki, direktor telefonla danışır. O, buna baxmayaraq, iş otağına daxil olaraq aqressiv halda, gözü dönmüş kimi, sanki onu öldürücək dərəcədə, əlini qolunu uzadaraq ona nalayiq cümlələr işlədərək söymüş, təhqir etmiş, atasının onu öldürücəyini deyərək hədələmişdir. O, tez mühafizə polisi çağırtdırmış, onu otaqdan uzaqlaşdırmağa çalışmışdır. Xəstəxana pandemiya xəstəxanası kimi fəaliyyət göstərdiyi yüksək həssaslıq tələb edən dövrdə Şəxs iş fəaliyyətində əlavə gərginlik yaratmışdır. Təcili tibbi yardım stansiyasının 103 çağrı xidmətinə müraciət etmiş, həkim təzyiqinin yüksək olduğunu bildirərək ona ilkin tibbi yardım göstərilmişdir. Təqribən saat 18:20 radələrində təzyiqi normaya düşmüş və sakitləşmişdir. Yalnız 18:20-dən sonra iş qabiliyyəti bərpa olunmuşdur. Protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 16.09.2021-ci il tarixdə, saat 15:20 radələrində Zərərçəkmiş şəxs öz iş otagında yüksək səslə söyüb təhqir etmiş, ictimai qaydanı pozmuşdur. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X2 izahatında bildirdi ki, o, ailəsi ilə birlikdə yaşayır. Ağdaş RMX-də direktorun köməkçisi vəzifəsində işləyir. 16.09.2021-ci il tarixdə, saat 15:20 radələrində işdə olduğu zaman təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında çağırışçı həkim vəzifəsində çalışan Şəxs ona yaxınlaşaraq, Nuru həkimin qəbuluna girmək istədiyini bildirmişdir. Ona həkimin telefonla danışdığını bildirsə də, o, buna məhəl qoymayaraq direktorun otağına daxil olmuş, orada direktoru söyüb təhqir etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 23.09.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün, zərərçəkmiş şəxsin və şahidin məhkəməyə verdikləri izahatlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və ona 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-372/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-372/2021
23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver