Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-373/2022 03.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə Hüquqi ünvanı Ağdaş rayonu, Yuxarı Qəsil kəndi olan Şəxs ASC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş "xxxx" ASC Mərkəzi Bankın xx.xx.2022ci il tarixli, xx-xx-22022-8132 saylı məktubu ilə tərtib edilən sənədləri göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməməidir. Buna görə də Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Beləliklə, məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. İşin materiallarında olan Şəxs ASC-nin xx.xx.2022-ci il tarixli üzləşmə məktubundan görünür ki, X5 və ya X1rın ünvanına heç bir bildiriş və məktub daxil olmamışdır. Mərkəzi Bankın göndərdiyi sənədlərin məhkəməyə göndərilmə məktubu "xxxx" MMC tərəfindən ünvanına təqdim edilmişdir. Mərkəzi Bankın iddia etdiyi bildirişləri və ya müraciəti ünvanlarına təqdim edilmədiyi üçün tələb olunan iclas protokollarını onlara təqdim edə bilməmişlər. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli, **********990 saylı ərizədən görünür ki, inzibati xəta haqqında protokol X3 Mərkəzi Banka ünvanladığı şikayət əsasında tərtib edilmişdir. Həmin şəxsə sonradan məlum olmuşdur ki, tərəfindən edilmiş müraciətlər Şəxs ASC-yə çatdırılmamışdır. Bu barədə məlumat əldə etdikdən sonra Şəxs ASC-yə poçt vasitəsilə deyil, şəxsən müraciət etmiş, ona lazımı sənədlərin surətləri dərhal təqdim edilmişdir. İşin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli aktlarından görünür ki, xx.xx.2022-ci il tarixində 026568 və 027460 saylı qaimə nömrəsi ilə Ağdaş rayonu, Yuxarı Qəsil kəndi ünvanında yerləşən Şəxs ASC-yə məktubun göndərilməsi təmin edilməmişdir. Əməkdaşlar texniki səhvlikdən məktubu yanlış ünvana çatdırmışlar. Göründüyü kimi işin materialları ilə faktiki olaraq Şəxs ASC-yə heç bir məktub daxil olunmaması, bu səbəbdən lazımı sənədlərin surətinin X4 təqdim olunmaması, X5 şəxsən müraciət etdikdə lazımı sənədlərin surətləri dərhal təqdim edilməsi, texniki səhv olaraq Şəxs ASC-yə poçt tərəfindən məktubun göndərilməməsi müəyyən edilmişdir. Belə olan halda isə Şəxs ASC tərəfindən İXM-in 548.2-ci maddəsi ilə qorunan hüquq münasibətlərinin faktiki məzmununun pozulmasını demək mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə törədilmiş inzibati xətanın tərkibi o halda yaranır ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatlar həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməsin və ya təhrif olunmuş məlumat verilməsin. Hazırkı halda isə Mərkəzi Bankın müraciəti Şəxs ASC-yə çatmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. İşin müəyyən edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs ASC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-373/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-373/2022
03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver