Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-376/2020 29.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 02:00-03:00 radələrində Ağdaş şəhəri,İstiqlal küçəsi 11-ci döngədə yaşayan Zərərçəkmiş şəxs həyətinə icazəsiz keçərək ictimai qaydanı kobud surətdə pozmaqla xırda xuliqanlıq etmişdir. Ağdaş RPŞ-nin təhqiqatçısı, polis baş leytenantı H.Əliyev xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Ağdaş rayon Prokurorluğu vasitəsi ilə Ağdaş RPŞ-nə ünvanlanmış müraciəti əsasında toplanmış xx.xx.2020-ci il tarixli HK-1-1004 nömrəli materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin əlaməti olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarı Ağdaş RPŞ-nin İTB-nə göndərilmiş, xx xxxxxxxx 2020-ci il tarixdə qərarınn surəti Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı S.Süleymanov tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq xx xxxxxxxx 2020-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmiş,inzibati xəta haqqında protokol natamam olduğundan Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana – Ağdaş Rayon Polis Şöbəsinə qaytarılmış, xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün yenidən məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmədi və bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində işdən gəlib yatmış və səhər 09:00 radələrində durub işə getmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə saat 02:00-03:00 radələrində oyaq olmamışdır ki, Zərərçəkmiş şəxs həyətinə keçsin və yaxud onun hamamına baxsın. Zərərçəkmiş şəxs yaşadığı ev onun yaşadığı evdən bir küçə aralıdadır. Onun Zərərçəkmiş şəxs və ya onun ailəsi ilə heç bir ədavəti, düşmənçiliyi yoxdur ki, belə bir hərəkət etsin. Odur ki, Zərərçəkmiş şəxs tamamilə yalan danışır, ona böhtan atır. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında ailəsi ilə birlikdə Ağdaş şəhəri, İstiqlal küçəsində yaşadığını, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 02:00-03:00 radələrində yaşadığı evin hamamında yuyunarkən yaşadığı evin həyətində, hamamın pəncərəsinin qarşısında səs eşitdiyini, dərhal əynini geyinib yaşadığı evin həyətinə düşən zaman hamamın pəncərəsinə söykənilmiş nərdivanın üzərində qonşu küçədə yaşayn Şəxs durub ona baxdığını gördüyünü, ondan gecə vaxtı onun yaşadığı evin həyətində nə işi olduğunu soruşduğunu, bu zaman Şəxs nərdivandan yerə düşərək evin arxasına keçib daş hasara çıxıb qaçıb getdiyini, hava qaranlıq olduğundan onun arxasınca qaça bilmədiyini, ertəsi gün evinin arxasındakı kameraya baxanda evinin divarına nərdivan söykəyib hamamına baxanın Şəxs olduğunu bir daha müəyyən etdiyini, buna görə də hadisə barədə rayon Polis şöbəsinə şikayət etdiyini, Şəxs tamamilə yalan danışdığını, bu Samirin ona və ailəsinə qarşı birinci hərəkəti olamadığını, Şəxs ilə hazırda da onunla barışdığını, ondan şikayətçi olduğunu bildirdi və onun cəzalandırılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, iş üzrə zərərçəkmiş şəxsi, şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qeyd olunan əməli törətdiyini etiraf etməsə də, baş vermiş hadisə zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibinin əlamətinin olması barədə qanuni qüvvəyə minmiş qərar vardır və o, həmin qərardan şikayət etməmişdir. İnzibati materiala əlavə edilmiş xx xxxxxxxx 2020-ci iltarixli arayışdan görünür ki, X3 inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon Polis Şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı X1 heç bir məlumat olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüksək həddə cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1980-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, hazırda işləməyən, Ağdaş şəhəri, SU-18 qəsəbəsində qeydiyyatda olan, faktiki olaraq Ağdaş şəhəri, İstiqlal küçəsi, 9-cu döngədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib yüz manat cərimə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-376/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-376/2020
29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver