Məhkəmə qərarları › İş №3(014)-378/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-378/2020

01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-378/2020 01.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlu, Məhkəmə iclasının katibi X6, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X3 iştirakı ilə Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : xx xxxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində vətəndaş Şəxs mütəmadi olaraq sərxoş halda evə gələrək anası X2 və digər ailə üzvlərini təhqir etmiş, evin pəncərələrini və digər əşyaları sındırmışdır. Məhkəmə iclasında Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X5 izah etdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə saat 19 radələrində vətəndaş Şəxs mütəmadi olaraq sərxoş halda evə gələrək anası X2 və digər ailəüzvlərini təhqir etmiş, evin pəncərələrini və digər əşyaları sındırmışdır. Bu barədə tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Ağdaş şəhəri, Məşəd küçəsində yaşayır. Ağdaşşəhəri, Məşəd küçəsində yerləşən fərdi yaşayış evində anası X7, qardaşı Ramin Cümşüdov, Sehranə Ağayeva və 2 azyaşlı övladları ilə birlikdə yaşayır, Şəxs 2019-cu ilin may ayında narkotik vasitələrdən istifadə etdiyinə görə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş, daha sonra isə Ağdaş rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2020-ci il tarixdə vaxtından əvvəl azadlığa buraxılmış, azadlığa çıxdıqdan sonra narkotik vasitələrdən istifadə etməsə də mütəmadi olaraq hər gün spirtli içkilər qəbul edərək sərxoş vəziyyətdə yaşadığı evə gəlmiş, yaşadığı evin pəncərələrini və digər əşyalarını sındırmış, ucadan qışqıraraq ailəüzvlərinin ünvanına nalayiq və təhqiramiz ifadələr işlətmişdir. Ailəüzvləri onun qeyd edilən hərəkətlərindən bezmişdir. O, spirtli içkilərin aludəçisidir. Belə ki, o, spirtli içki qəbul etdikdən sonra özünü idarə etməkdəçətinlik çəkmiş, nəticədə ailəüzvlərinə qarşı nalayiq ifadələr işlətmiş və yaşadığı evdə pəncərələri və digər əşyaları sındırmışdır. Məhkəmədən Törətdiyi əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmişşəxs X4 izah etdi ki, Ağdaşşəhəri Məşəd küçəsində yaşayır. Ağdaşşəhəri, Məşəd küçəsində yerləşən fərdi yaşayış evində oğlu Şəxs ilə birlikdə yaşayır, oğlu Şəxs 2019-cu ilin avqust ayında narkotik vasitələrdən istifadə etdiyinə görə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən tutulmuş, daha sonra isə Ağdaş rayon məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2020-ci ilin təxminən iyun ayında Şəxs azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra Şəxs mütəmadi olaraq hər gün spirtli içkilər qəbul edərək sərxoş vəziyyətdə evə gəlmiş, yaşadığı evin pəncərələrini və digər əşyalarını sındırmış, ucadan qışqıraraq onun ünvanına nalayiq və təhqiramiz ifadələr işlətmiş, o, artıq oğlu Şəxs qeyd edilən hərəkətlərindən bezmişdir. Məhkəmədən Şəxs barəsində inzibati həbs növündə müvafiq qərar qəbul etməyi xahiş etdi. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmişşəxs X1 və Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan RespublikasıİXMnin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan RespublikasıİXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.4-cü maddəsində əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, inzibati xətanın xarakteri nəzərə alınır. Azərbaycan RespublikasıİXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan RespublikasıİXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun, qanuni vəəsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin faktiki hallarını, əməlində məsuliyyətini yüngülləşdirən, ağırlaşdıran halların olub-olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx.xx.1995-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş şəhəri, Məşəd küçəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən saat 11:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar