Məhkəmə qərarları › İş №3(014)-378/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-378/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-378/2023 20.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə xx.xx.1983-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə S.Məmmədov küçələrinin kəsişməsində yol nişanının tələbini pozaraq Toyota Prado markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq onunla toqquşmuşdur. Toqquşmadan sonra Lifan markalı avtomobilin yol kənarında dayanmış VAZ 2115 markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilə, Toyota markalı avtomobil yol kənarında dayanmış digər Toyota markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə zamanı xəsarət alan olmamış, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 maddi ziyan dəymişdir. Sürücü avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 19 iyun 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 19 iyun 2023-cü il tarixdə saat 23:20 radələrində Lifan markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş şəhəri, S.Məmmədov küçəsindən üzü Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi istiqamətində hərəkətdə olan zaman həmin küçələrin kəsişməsində sağdan gələn Tayota Prado markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobili gözləmədən yola çıxmış və həmin avtomobillə toqquşmuşdur. Toqquşmadan sonra onun avtomobili yolun sağ hisəsində dayanmış VAZ 2115 markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilə, Toyota Prado markalı isə yolun sağ hissəsində dayanmış digər Toyota Prado markalı ** AA *** qeydiyyat nişanlı avtomobilə dəymişdir, hadisə zamanı xəsarət alan olmamışdır. Zərərçəkmiş şəxslərlə barışmışdır. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 izahatında bildirdi ki, 19 iyun 2023-cü il tarixdə saat 23:20 radələrində etibarnamə ilə onun istifadəsində olan Toyota Prado markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə S.Məmmədov küçəsinin kəsişməsində Lifan markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun avtomobilini gözləmədən yola çıxmış, bu zaman onunla toqquşmadan sonr Lifan markalı avtomobil yolun sağ hissəsində dayanmış VAZ 21015 markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilə, onun avtomobili isə yolun sağ istiqamətində dayanmış digər Toyota Prado markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil dəymişdir. Hadisə zamanı avtomobildə tək olmuşdur. Heç bir bədən xəsarəti almamışdır. İnzibati xəta törətmiş şəxslə barışmış və ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, 19 iyun 2023-cü il tarixdə saat 23:50 radələrində özünə məxsus olan VAZ 21015 markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilini Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yolun sağ hissəsində saxlayıb, özü isə dərziyə getmişdir. Təxminənən saat 23:20 radələrində çöldən gələn səsə çıxarkən Lifan markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Toyota Prado markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşduğunu, toqquşma nəticəsində Lifan markalı avtomobilin onun avtomobilinin sol hissəsinə dəydiyini, Toyota markalı avtomobil isə yolun sağ hissəsində dayanmış digər Toyota Prado markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə zamanı avtomobildə heç kəs olmamış və xəsarət də almaışdır. İnzibati xəta törətmiş şəxslə barışmış və ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, 19 iyun 2023-cü il tarixdə saat 22:40 radələrində etibarnamə ilə onun istifadəsində olan Toyota Prado markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlayıb, özü isə işi olduğundan həmin yerdən getmişdir. Təxminən saat 23:20 radələrində ona zəng edərək avtomobilinin əzildiyini bildirmişlər. O, hadisə yerinə gəldikdə Lifan markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Toyota Prado markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub, toqquşma nəticəsində Lifan markalı avtomobil yolun sağ hissəsində onun avtomobilindən qarşıda dayanmış VAZ 21015 markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilə, Toyota Prado markalı avtomobil isə onun avtomobilinə dəymişdir. Hadisə zamanı avtomobildə heç kəs olmamışdır. Heç bir bədən xəsarəti almamışdır. İnzibati xəta törətmiş şəxslə barışmış və ondan heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 19 iyun 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, özünün, zərərçəkmiş şəxslərin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar