Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-379/2020 01.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 07:00 radələrində Ağdaş rayonu, Tofiqi kəndində qonşusu Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı onu döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X1 xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, sözügedən qərar barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Ağdaş rayon RPŞ-nin İTB-nə göndərilmiş və həmin qərar əsasında Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat açılmış, lakin Şəxs müəyyən səbəblərdən Ağdaş RPŞ-nə gəlməsi mümkün olmadığı və müddətin tamam olması ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış, xx xxxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraat təzələnərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək təxminən iki ildir ki, qonşusu Zərərçəkmiş şəxs ilə münasibətlərinin pisləşdiyini, buna səbəb Elşənin köhnə yolu öz həyətinə qatmaq istəməsinin olduğunu, son vaxtlarda Elşənin guya özünə məxsus heyvanlarını onun sahəsinə salıb ona ziyan vurduğu üçün onu məhkəməyə verdiyini, xx xxxxxxxx 2020-ci il tarixdə səhər təxminən saat 07:00 radələrində yaşadıqları Ağdaş rayonu, Tofiqi kəndində Elşənin dayısı oğlu ilə danışmaq üçün onun yaşadığı ev istiqamətində gedərkən yolda Elşənlə rastlaşdığını, Elşəndən niyə onu məhkəməyə verdiyini soruşduğunu, Elşən də ona yaxşı etdiyini, həmin vaxt aralarında söz mübahisəsinin yarandığını, mübahisə vaxtı Elşəni vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, Elşən Cəfərovun ona böhtan atdığını, Elşənlə aralarında yaranmış mübahisə zamanı yanlarında heç kəsin olmadığını, həmin mübahisənin 2-3 dəqiqə davam etdiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs onun qonşusu olduğunu, əvvəllər aralarında ciddi bir narazılıqlarının olmadığını, son iki ildə münasibətlərinin korlandığını, Şəxs öz heyvanlarını onun yonca sahəsinə salaraq ona ziyan vurduğunu, bu barədə ona deyəndə ona qarşı nalayiq ifadələr işlətdiyini, Ehtiqat ona ziyan vurduğuna görə onu məhkəməyə verdiyini, bununla bağlı xx.xx.2020-ci il tarixdə hər ikisinə məhkəmədən bildiriş gəldiyini, xx.xx.2020-ci il tarixdə səhər saatlarında heyvanlarını örüşə sürdüyünü, həmin vaxt Ehtiqatın ona tərəf gələ-gələ ona qarşı nalayiq ifadələr işlətdiyini, bu zaman Ehtiqata ondan aralanmasını söylədiyini, buna baxmayaraq Ehtiqatın yenə onun üzərinə gəldiyini görüb əlindəki dəyənəklə idarə etdiyi velosipedi kənara çəkdiyini, həmin vaxt əlindəki dəyənəyinin yerə düşdüyünü, Ehtiqatın onun yerə düşən dəyənəyini götürdüyünü və onun baş nahiyəsinə vurub çıxıb getdiyini, Şəxs ona xəsarətlət yetirdiyini, bunun şər-böhtan olmadığını, hazırda Şəxs ilə barışmadığını və ondan şikayətçi olduğunu, Ehtiqatla aralarında yaranmış mübahisə zamanı yanlarında heç kəsin olmadığını, həmin mübahisənin 2-3 dəqiqə davam etdiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs əməlini etiraf etməsə də, baş vermiş hadisə zamanı onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibinin əlamətinin olması barədə qanuni qüvvəyə minmiş qərar vardır və o, həmin qərardan şikayət etməmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 xx xxxxxxxx 2020-ci il tarixli 581 №-li rəyindən görünür ki, şəxs Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sol gicgah ənsə nahiyəninin, sol ənsə nahiyyəsinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. İnzibati materiala əlavə edilmiş xx xxxxxxx 2020-ci iltarixli arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon Polis Şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı Şəxs kartotekasında heç bir məlumat olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğində cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində cərimə tənbehi tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxx 1962-ci ildə Ağdaş rayonunun Tofiqi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Tofiqi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib üç yüz manat cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-379/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-379/2020
01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver