Məhkəmə qərarları › İş №3(014)-379/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-379/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-379/2023 20.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Ağdaş rayonu, Aral İki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Ağdaş rayonu, Aral İki kəndində şəxsi münasibətlər zəminində mübahisə və dava-dalaş zamanı əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X2 27 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 20 iyun 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Aralarında əvəllər dava-dalaş və mübahisələri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı Ağdaş rayonu, Aral iki kəndi ərazisində yerləşən su kanalının kənarı ilə özünə məxsus heyvanları otararkən həmkəndlisi Zərərçəkmiş şəxs onu çağırmış və ona “sən mənim torpaq sahəmdə mal-qara otararaq, həmin torpaq sahəsinə ziyan vurmusan” sözünü bildirmiş, o, da Zərərçəkmiş şəxs “mən sizə aid olan torpaq sahəsində qoyunlarımı otarmamışam, ona görə ki, özümə məxsus qoyunları sənin göstərdiyin torpaq sahə ilə xeyli aralı məsafədə otarıram” sözünü bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs onun üstünə gələrək, küçə söyüşləri ilə onu təhqir etmiş, həmin vaxt aralarında mübahisə başlamışdır. Dava-dalaş zamanı Zərərçəkmiş şəxs onun göz nahiyyəsinə və bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə yumruqla və əlindəki ağac parçası ilə vurmuş, o, da dava-dalaşın davam etməməsi üçün Zərərçəkmiş şəxs uzaqlaşmış, buna görə də bu barədə AR DİN-in 102 xidmətinə və ərizə ilə Ağdaş RPŞ-yə müraciət etmişdir. X3 barışmışdır. Buna görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onunla həmkəndlidir. Aralarında əvvəllər dava- dalaş və mübahisələri olmamışdır. 11.04 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı Ağdaş rayonu Aral iki kəndi ərazisindəki otlaq sahəsində, özünə məxsus taxıl əkdiyi torpaq sahəsinə yaxın ətrafda özünə məxsus heyvanları otararkən və həmkəndlisi Şəxsda yaxın ətrafda özünə məxsus heyvanlarını otardığını, həmin vaxt həmkəndlisi Şəxs məxsus heyanların ona məxsus taxıl əkdiyi torpaq sahəsinə daxil olduqlarını görmüş və Şəxs məxsus heyvanların ona məxsus taxıl sahəsinə ziyan vurmaması üçün Umuda xəbərdarlıq edərək, heyvanları taxıl sahəsindən çıxarması barədə xəbərdarlıq etmiş, lakin, həmkəndlisi Şəxs həmin vaxt onu küçə söyüşləri ilə təhqir edərək “yaxşı edirəm” sözünü ona bildirmiş və Şəxs əlindəki ağac parçası ilə onun qarın nahiyyəsinin sağ tərəfinə vuraraq xəsarət yetirmiş, bu zaman aralarında dava-dalaş baş vermişdir. Buna görə də əsəbləşərək, Şəxs üzərinə gedərək onun sol göz nahiyyəsinə bir dəfə yumruqla vuraraq ona xəsarət yetirmişdir. Hazırda onunla barışmışdır. Şəxs şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Ağdaş rayonu, Aral İki kəndində şəxsi münasibətlər zəminində mübahisə və dava-dalaş zamanı əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs ilə zərərçəkmiş şəxsin barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar