Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-38/2021 14.01.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 00:00 radələrində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu onun yaşadığı Ağdaş rayonu, Bulaqotağı kəndində yerləşən evinin bağ sahəsində döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Buna görə onun barəsində xx xxxxxx 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmədi, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 00:00 radələrində həmkəndlisi X1 itini özünün yaşadığı Ağdaş rayonu Bulaqotağı kəndində yerləşən bağ sahəsi ilə onun bağ sahəsinin arasındakı çəpərə bağladığını, həmin itin qorxusundan bağa gedib-gələ bilmədiklərini, buna görə Eldənizlə aralarında mübahisə yarandığını, yaranmış mübahisə zamanı Eldənizin onu vurub xəsarətləndirdiyini, həmin vaxt Eldənizin arvadı Zərərçəkmiş şəxs oraya gəldiyini, sonuncunu vurmadığını, qəsdən ona heç bir xəsarət yetirmədiyini, hazırda X2 və onun arvadı Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında xx xxxxxxxx 2020-ci il tarixdə, saat 00:00 radələrində həmkəndlisi Şəxs yaşadığları Ağdaş rayonu Bulaqotağı kəndində yerləşən bağ sahəsində əri X2 ilə aralarında mübahisə olduğunu eşidib səs-küyə onların yanına getdiyini, mübahisə zamanı Şəxs əlindəki ağacla onun qol nahiyəsinə vuraraq xəsarət yetirdiyini, hazırda Şəxs ilə barışdığını, şikayətçi olmadığını bildirdi və onun barəsində olan işin icraatına xitam verilməsini xahiş edərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs qızını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxsnın barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1981-ci ildə Ağdaş rayonu, Bulaqotağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Bulaqotağı kəndində qeydiyyatda olan və yaşayan Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-38/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-38/2021
14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver