Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-380/2020 15.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs yol hərəkəti qaydalarıəleyhinə olan inzibati xətanı törətməsinə görə barəsində qəbul edilmiş inzibati tənbeh vermə barədə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmişəsaslar olmadan, icra etməmişdir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxsna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmamasını xahiş etməmişdir. Hesab edirəm ki, işə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılması mümkündür. İnzibati xəta haqqında protokolu və iş materiallarını tətqiq edərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinəəsasən yol hərəkəti qaydalarıəleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmişəsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs İnzibati Xəta haqqında elektron protokolla, idarə etdiyi VAZ 2103 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilləhərəkətdə olarkən müxtəlif vaxtlarda İnzibati Xətalar Məcəlləsinin 328.2, 339.1-1 və 327.1-ci maddələri ilə cərimə edilmişdir.. İş materialları ilə müəyyən olunur ki, Şəxs 140 (yüz qırx) manat inzibati cərimə olmaqla və həmin cərimə vaxtında ödənilmədyindən üzərinə 84 (səksən dörd) manat dəbbə pulu hesablanaraq, cəmi 224 (iki yüz iyirmi dörd) manat inzibati cərimə borcu yaranmışdır. Lakin Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmişəsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmişəsaslar olmadan icra etməməsini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan RespublikasıİXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan RespublikasıİXM-nin 115, 128.2.1, 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: xx.xx.1992-ci il tarixdə Ağdaş rayonu, Güvəkənd kəndində anadan olmuş, Ağdaş rayonu, Güvəkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərardan 10 gün müddətindəAğdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-380/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-380/2020
15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver