Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-381/2021 27.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, inzibati xəta törətmiş şəxs X2 və inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi polis baş leytenantı X9 iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 24 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi 19.09.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X2 üzərində təmiz çəkisi 0.53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X12 məhkəmə iclasında izah etdi ki, 25 sentyabr 2021-ci il tarixli HK-1/1309 saylı qərarı ilə X2 əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işi başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikasının 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmiş, Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X12 tərəfindən X2 barəsində 27 sentyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 məhkəmə iclasında izahatıda, 19.09.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində Ağdaş RMX-da COVİD-19 diaqnozu ilə müalicə alan dostu Azər Məmmədova ziyarət etmək üçün getdiyini, onun Azərə sovqat apardığını, həmçinin öz yanından Azərə bir ədəd marixuana dolu siqareti üzərinə “Vinçester” sözləri yazılmış siqaret qutusuna qoymuşdur. Xətəxananın giriş qapısında olarkən mühafizə polisinin onun sovqatını yoxlamağa başlamışdır. Bu zaman siqaret qutusunu çıxararaq qutunun içrisindəki siqareti göstərərək həmin siqaretin içərisində kustar üsulla hazırkanmış dərman olduğunu, həmin siqaretidə polis əməkdaşına vermiş və sovqatla birlikdə Azərə verməsini xahiş etmişdir. Bu zaman polis əməkdaşı digər polis əməkdaşına xəbər verdi, daha sonra isə digər polis əməkdaşlarının gəldiyini və ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə ondan şüphələndiklərini bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində iki nəfər hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirildiyini, baxış zamanı əynində olan boz rəngli köynəyin sağ döş cibindən bir ədəd üzərində “Vinçester” yazılmış siqaret qutusunu, sol döş cibindən bir ədəd üzərində “Sobranie” yazılmış siqaret qutusu və qələm, əynindəki qara rəngli cins şalvarın arxa sol cibindən bir ədəd “Samsunq” markalı mobil telefon aşkar edildi. Aşkar edilmiş əşyaları növbətçi hissədə olan masanın üzərinə qoyduğunu, üzərindən çıxan “Vinçester” sözləri yazılmış siqaret qutusu açılan zaman icərisindən bir ədəd siqaret dənəsi aşkar edildiyini, siqaret dənəsi açılan zaman içərisindən marixuana aşkar olunduğunu, bundan sonra aşkar olunmuş həmin bitki kütləsinin elektron tərzidə çəkildiyini və çəkisinin 1,20 qram olduğunu, sonra həmin maddə zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, baxış zamanı fotoşəkillər çəkildiyini, protokol tərtib olunduğunu, onun və digər proses iştirakçılarının heç bir şikayətlərinin olmadığından protokola imza etdiklərini bildirmişdir. X1 izahatında onun üzərindən aşkar edilmiş narkotik vasitəni təxminən bir ay əvvəl Ağdaş-Göyçay avtomobil yolunun kənarından yabanı halda bitmiş çətənə bitkisindən yığdığını, onun narkotik vasitə istifadəçisi olmadığını, həmin narkotik vasitəni elə-belə özü üçün saxladığını, onun heç vaxt heç kimə narkotik vasitə satmadığını, Azər Məmmədovun ondan heç bir narkotik vasitə istəmədiyini, onun Azərə sovqat aparan zaman Azərdən xəbərsiz öz başına ona narkotik vasitə aparmaq istədiyini bildirmişdir. Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X11, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 19 sentyabr 2021-ci il tarixli, 17/702 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “....X2 üzərindən aşkar edilmiş....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd papiros qarışıq şəkildə olan, qarışıq ayrıldıqdan sonra, təmiz çəkisi-0.53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 əməlindən ağırlaşdırıçı, yüngülləşdirici və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, X5 təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, inzibati xəta törətmiş X2 şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,51 qram olan qurudulmuş marixuana məhv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərar aldı: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,51 qram olan qurudulmuş marixuana məhv edilsin. Qərarın icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-381/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-381/2021
27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver