Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-381/2023 20.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1985-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Yenikənd kəndində Zərərçəkmiş şəxs ilə mübahisə zamanı zərərçəkmişə məxsus mobil telefonu məhv etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 20 iyun 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Ağdaş rayonu, Yenikənd kəndi əraziusindəki əsas avtomobil yolunun onun yaşadığı evin arxa hissəsindən keçdiyindən oraya avtomobillərin yüksək sürətlə keçməsəsi üçün tramplin yerləşdirilmişdir. Lakin həmkəndliləri Tağı Hüseynov və Zərərçəkmiş şəxs dəfələrlə ona trampilini götürməsini, trampilin üzərindən keçən avtomobillərdə nasazlıqlar yarandığını bildirmişdir. O, da dəfələrlə dayı Tağı Hüseynova və həmkəndlisi Zərərçəkmiş şəxs trampilini onun yerləşdirmədiyini, kim qoyubsa onu tapıb özünün götürməsini bildirmişdir. Dayısı Tağı və həmkəndlisi Qaçqın ilə aralarında dəfələrlə mübahisələri yaranmış, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində onunla dayısı Tağı və həmkəndlisi Qaçqın mübahisə edərkən, mübahisə zamanı qohumu Aynur Həmzəyeva da onun yanında idi və mübahis zamanı Zərərçəkmiş şəxs ona və yanında olan Aynur Həmzəyevaya nalayiq ifadələr işldərək söyüb təhqir etdiyindən X3 Hüseynovu itələmiş, bu zaman Zərərçəkmiş şəxs əlindəki telefon yerə düşmüş və həmin vaxt polis əməkdaşları oraya gəlmişdir. O, Qaçqının telefonunu əlindən alaraq yerə vurmamışdır. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, yaşadıqları Ağdaş rayonu, Yenikənd kəndi ərazisindəki əsas avtomobil yolu həmkəndlisi Şəxs yaşadığı evin arxa hissəsindən keçir, buna görə də, avtomobillərin həmkəndlisi Şəxs yaşadığı evin arxa hissəsindən keçən avtomobil yolundan keçməsinə narazı idi, buna görə də həmin ərazidə “trampilin” yerləşdirmişdir. Lakin, həmkəndlisi Şəxs avtomobil yoluna yerləşdirdiyi trampilinin hündürlük ölçüsü yüksək olduğundan avtomobillərin keçidində çətinlik yaranmışdı, buna görə də avtomobillərə maddi ziyanlıq dəymişdi. Bu səbəbdən də, qohumu Tağı Hüseyinov ilə birlikdə dəfələrlə həmkəndlisi Şəxs “trampilini götür və ya hündürlüyünü aşağı ölçüdə elə ki, avtomobillə keçərkən çətinlik çəkməyək" sözünü bildirmişlər, dəfələrlə bu barədə polis şöbəsinə müraciət etmişlər, lakin, həmkəndlisi Şəxs trampilini həmin yerdən götürməmiş, buna görə də etdiyi müraciəti ilə əlaqədar xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində onu polis əməkdaşları həmkəndlisi Şəxs yaşadığı evin arxa hissəsindən keçən avtomobil yoluna Zaminin yerləşdirdiyi trampilinin yanına çağıraraq “trampilini sökməyə köməklik edin” sözünü bildirdiyi zaman həmkəndlisi Şəxs yanına gəlmiş və Şəxs yanında olan qohumu Aynur Həmzəyeva onun əlində telefon görüb çəkiliş etdiyini zənn edərək, Aynur Həmzəyeva telefonu qəflətən onun əlindən alaraq, yerə çırpmış, bundan sonra Şəxs telefonu yerdən götürərək, sınması üçün qəsdən yerə vurmuşdur. Həmin vaxt polis əməkdaşları telefonu gətirərək ona təhvil vermişlər və bundan sonra yanında olan qohumu Tağı Hüseyinovla birlikdə oradan uzaqlaşmışlar. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Yenikənd kəndində Zərərçəkmiş şəxs ilə mübahisə zamanı zərərçəkmişə məxsus mobil telefonu məhv etmişdir. Hadisə araşdırılaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş tərəfindən 20 iyun 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin və ona zərərin bir misli miqdarında, yəni 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-381/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-381/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver