Məhkəmə qərarları › İş №3(014)-381/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-381/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-381/2025 24.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxxxx 1983-cü ildə Ağdaş rayonu, Qarağan Sədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, Ağdaş rayonu, Qarağan Sədi kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 24 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1408/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs hər ay iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ümumilikdə 290 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Lakin borclu Şəxs icra sənədini üzrsüz icra etməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahatında göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1408/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs hər ay iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ümumilikdə 290 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Sözügedən icra sənədi 22 yanvar 2024-cü il tarixdə icraatına daxil olmuş, həmin tarixdə də tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrasına dair Şəxs bildiriş göndərilmişdir. Lakin Şəxs İcra şöbəsinə yaxınlaşmadığı üçün qeydiyyatda olduğu ünvana xəbərdarlıq məktubu göndərilmişdir. Şəxs aliment borcunu ödəmədiyindən barəsində inzibati xəta haqqında prootokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan sonra Şəxs müxtəlif vaxtlarda ödənişlər etmiş və hazırda 1510 manat məbləğində aliment borcu qalmışdır. Tələbkar həmin məbləğin borcludan alınaraq ona verilməsini tələb edir. Şəxs borcun ödənilməsi üçün İcra şöbəsinə dəvət olunmuş, lakin o, çağırışlara gəlmədiyindən barəsində 18 iyul 2025-ci il tarixdə axtarış elan olunmuşdur. Şəxs yeri müəyyən edilərək polis əməkdaşları vasitəsi ilə İcra şöbəsinə gətirilmiş və izahatı alınmışdır. Borclu izahatında 400 manat məbləğində əməkhaqqı aldığını, aliment borcundan ödənişlər etdiyini, qalan borcu ödəyə bilmədiyini bildirmişdir. Tələbkar Zərərçəkmiş şəxs borcun ödənilməsini tələb etdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Gülşən Heydərova sualları cavablandırarq bildirdi ki, icra vərəqəsi icraatına daxil olduqdan sonra borclu hər ay müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, yaranmış aliment borcu 2024-cü ilin avqust ayaından sonra yaranıb. Belə ki, o, uşaqların saxlanılması üçün alimenti əvvəl əlbəəl vermiş, daha sonra tələbkar Zərərçəkmiş şəxs özünə hesab açdırmışdır. O, məhkəmə qərarı ilə müəyyən edilmiş alimenti vaxtı-vaxtında ödəmişdir. 400 manat əməkhaqqı alır. Həmin əməkhaqqı ilə aliment borcunu ödəyir. Eyniu zamanda 20-30 manat olmaqla yığılmış aliment borcundan da ödənişlər edir. Hazırda tələb olunan borcu ödəmək iqtidarında deyil. Lakin aylıq alimenti ödədiyini nəzərə alıb barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu Şəxsla aralarında qeydə alınmış nikah 2024-cü ilin avqust ayında pozulmuş və həmin tarixdən uşaqların saxlanılması üçün aliment ödəmək öhdəliyi Şəxs üzərinə qoyulmuşdur. Qətnamə çıxdıqdan sonra Şəxs aliment ödənişi etmədiyindən borc yığılmış və daha sonra barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməy göndərilmişdir. Məhkəmədən sonra mütəmadi olaraq ödənişlər etmişdir. Hazırda o, Şəxs yığılmış aliment borcunu tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş Rayon Məhkəməsinin 2(014)-1408/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 17 avqust 2023-cü il tarixdən başlayaraq 20 sentyabr 2008-ci il təvəllüdlü X4 və 25 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 145 manat sabit məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 22 yanvar 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, həmin tarixdə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1408/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs qeydiyyyatda olduğu ünvana tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. **********1 nömrəli, 07 mart 2024-cü il tarixli, **********3 nömrəli, 05 aprel 2024-cü il tarixli, **********0 nömrəli, 11 may 2024-cü il tarixli, **********9 nömrəli, 11 iyun 2024-cü il tarixli, **********8 nömrəli, 20 iyul 2024-cü il tarixli, 24 avqust 2024-cü il tarixli, **********1 nömrəli, 13 sentyabr 2024-cü il tarixli, **********1 nömrəli, 13 sentyabr 2024-cü il tarixli, **********1 nömrəli, 13 oktyabr 2024-cü il tarixli, **********2 nömrəli, 11 noyabr 2024-cü il tarixli, **********0 nömrəli, 12 dekabr 2024-cü il tarixli, **********1 nömrəli, 27 dekabr 2024cü il tarixli, **********9 nömrəli, 13 yanvar 2025-ci il tarixli, **********1 nömrəli, 19 fevral 2025-ci il tarixli, **********4 nömrəli, 24 mart 2025-ci il tarixli, **********3 nömrəli, 22 aprel 2025-ci il tarixli, **********9 nömrəli, 03 may 2025-ci il tarixli, **********8 nömrəli, 27 may 2025-ci il tarixli, **********1 nömrəli, 31 may 2025-ci il tarixli, ********** nömrəli, 20 iyul 2025-ci il tarixli ödəniş qəbzlərinin surətlərindən görünür ki, Şəxs tərəfindən LEYLA A************ məxsus 523915******4672 nömrəli kart hesabına ümumilikdə 4670 manat məbləğin pul köçürülmüşdür. Borclu Şəxs 24 iyul 2025-cii l tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsində verdiyi izahatından görünür ki, o, tələbkara hər ay aliment ödəyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs icra məmurunun icra qeydinin icrası barədə tələblərini pozmamışdır. Onun Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, 06 dekabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən 22 yanvar 2024-cü il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsində icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. İcra sənədində nəzərdə tutulmuş borcun ödənilməsi ilə bağlı Şəxs tərəfindən müxtəlif vaxtlarda, ümumilikdə 4670 manat məbləğində ödəniş edilmişdir. İcra məmuru tərəfindən məhkəmədə müəyyən edilən halların əksini təkzib edəcək hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin, borclu Şəxs da borcu ödəməkdən yayınmayaraq məhkəmə iclasında tələbkara ümumilikdə 4670 manat ödəniş etdiyini bildirmiş və hər ay müəyyən məbləğlərdə ödənişlər ödəməyə dair öhdəlik götürmüşdür. Şəxs irəli sürdüyübu dəlilləri icra məmuru Gülşən Heydərova da məhkəmə iclasında təqsdiq etmişdir. “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 04 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 44 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 44 manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar