Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-382/2020 15.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə Azərbaycan RespublikasıİXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs yol hərəkəti qaydalarıəleyhinə olan inzibati xətanı törətməsinə görə inzibati tənbeh edilməsi barədə qərar qəbul edilmiş, qanuni qüvvəyə minmiş qərarları 3 ay müddətinə qanunla müəyyən edilmişəsaslar olmadan, icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmamasını xahiş etməmişdir. Hesab edirəm ki, işə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılması mümkündür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AP0024747 saylıİnzibati X4 görünür ki, «VAZ 217230» minik markalı, K909X1305 Rusiya dövlət qeydiyyat nömrə nişanlı avtomobilləİnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və cərimə olunması barədə qərar qəbul edilmişdir. Sözügedən qərarın və cərimənin ödənilməsinə dair bildirişlərin surətini almasına baxmayaraq, qanunla müəyyən edilmiş müddətdə cəriməni dövlət büdcəsinəödəməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakıəsaslara görə inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2020-ci il tarixli, №689977657, №689977659, №689977666, №689977669, №689977655, №689977662, №689977664 və №689977653 saylıödəniş qəbzlərindən görünür ki, Ağdaş rayonu, Dəhnə kəndində yaşayan X2 AR İXM-nin 329.1-ci maddəsinəəsasən barəsində tərtib olunmuş inzibati protokola görə dəbbə pulu ilə birlikdə tətbiq olunmuş 512 (beş yüz on iki) manat cərimə borcunu hökümət ödəniş portalı vasitəsi iləödəmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 529cu maddəsinin qeydinin 1-ci bəndinəəsasən, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişşəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişşəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında işüzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, X1 inzibati cəriməni ödədiyindən, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan RespublikasıİXM-nin 115, 128.2.1, 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10 gün müddətindəAğdaş rayon Məhkəməsi vasitəsi ilə, ŞəkiApellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-382/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-382/2020
15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver