Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-382/2021 07.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi ilə, X2 Ağdaş rayon Polis Şöbəsinin rəisi, polis polkovniki X3 inzibati tənbeh vermə haqqında 21.01.2021-ci il tarixli, ******* saylı qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayon Polis Şöbəsinin rəisi, polis polkovniki X3 inzibati tənbeh vermə haqqında 21.01.2021-ci il tarixli, ******* saylı qərarının ləğv edilməklə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, 11.01.2021-ci il tarixdə Ağdaş rayonunda kolxoz bazarında meyvə-tərəvəz satışı ilə məşğul olduğu zaman Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə müvəkkili, polis mayoru X5 haqsız yerə ona karantin qaydalarını pozması bəhanəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsini rəhbər tutaraq barəsində ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş, halbuki X6 bircə dəfə də olsa görməmişdir, buna baxmayaraq X8 tərəfindən Ağdaş rayonunda karantin qaydalarını pozması ilə bağlı barəsində qanunsuz saxta və əsassız protokol tərtib edilmişdir, həmin protokol da Ağdaş rayon Polis Şöbəsinə göndərilmiş və Ağdaş rayon Polis Şöbəsinin rəisi, polis polkovniki X7 tərəfindən heç bir sübut olmadan barəsində İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 200 manat məbləğində cərimə edilməyi barədə 21.01.2021-ci il tarixli ******* saylı qərar qəbul edilmişdir, həmin iş üzrə Ağdaş rayon Polis Şöbəsinin İTB əməkdaşları tərəfindən aşağıdakı pozuntulara yol verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində göstərilən halların olub-olmaması araşdırılmadan qərəzli olaraq barəsində sənədləşmə aparılmışdır və qərar verilmişdir. Halbuki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Barəsində tərtib edilmiş həmin protokol ona rəsmi çatdırılmamışdır, qərarda qərarın surətinin qəbul edildiyindən 2 gün müddətində barəsində qərar qəbul edilmiş şəxsə verilməsi bildirilsə də, 18 aprel 2020-ci il tarixli qərarını 11 avqust 2020-ci ildə əldə etmiş, 18.04.2020-ci il tarixli ******* saylı protokolda İTB-nin sahə vəkilinin tərtib etdiyi protokol üzrə işə baxılan zaman rayon Polis Şöbəsinin rəisi, polis polkovniki X7 qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 və qərarından şikayət verilən şəxs Ağdaş rayon Polis Şöbəsinin rəisi, polis polkovniki X7 və ya nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, şikayətə əlavə olunmuş Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə müvəkkili, polis mayoru X8 tərəfindən tərtib edilmiş 21 yanvar 2021-ci il tarixli ******* saylı prtokolun surətindən görünür ki, X9 oğlu 20 yanvar 2021-cu il tarixdə təxminən saat 20:30 radələrində xüsusi karantin rejimi qaydalarını pozaraq Ağdaş şəhəri ərazisində yerləşən “Xırdalan” kafesində müştəri qismində iştirak etmişdir. X9 oğlu protokola imza etməkdən imtina etmişdir. İşə əlavə olunmuş Ağdaş rayon Polis Şöbəsinin rəisi, polis polkovniki X7 tərəfindən qəbul edilmiş qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1, 134.1.1, 134.1.2, 134.1.3, 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1, 135.1.2, 135.1.3, 135.1.4, 135.1.5 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edildi ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 ərizəsində 11.01.2021-ci il tarixdə Ağdaş rayonunda kolxoz bazarında meyvə-tərəvəz satışı ilə məşğul olduğu zaman Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə müvəkkili, polis mayoru X5 haqsız yerə ona karantin qaydalarını pozması bəhanəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsini rəhbər tutaraq barəsində ******* saylı inzibati xəta haqqında protokol tərtib etdiyini, daha sonra isə sahə müvəkkili X6 bircə dəfə də olsa görmədiyini bildirsə də, inzibati xəta haqqında protokoldan və qərardan görünür ki, qeyd edilən inzibati xəta hadisəsi 11.01.2021-ci il tarixdə və Ağdaş kolxoz bazarında deyil, Ağdaş şəhər ərazisində yerləşən “Xırdalan” kafesində baş vermişdir. Bundan əlavə şikayət vermiş şəxs X4 şikayət ərizəsində barəsində tərtib edilmiş həmin protokolun ona rəsmi çatdırılmadığını, qərarda qərarın surətinin qəbul edildiyindən 2 gün müddətində barəsində qərar qəbul edilmiş şəxsə verilməsi bildirilsə də, 18 aprel 2020-ci il tarixli qərarını 11 avqust 2020-ci ildə əldə etdiyini, 18.04.2020-ci il tarixli ******* saylı protokolda İTB-nin sahə vəkilinin tərtib etdiyi protokol üzrə işə baxılan zaman rayon Polis Şöbəsinin rəisi, polis polkovniki X3 qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etdiyini bildirmişdir. X1 şikayəti rayon Polis Şöbəsinin rəisi, polis polkovniki X3 21.01.2021-ci il tarixli, ******* saylı qərarından etmiş və həmin qərarın ləğv edilməsini xahiş etmiş, lakin həmin qərarı nə vaxt alması barədə ərizəsində qeyd etməmiş, nə də ərizəsinə bununla bağlı hər hansı bir sübut əlavə etməmiş, şikayət verilməsi müddətini buraxmış, müddətin bərpa edilməsi barədə vəsatətlə müraciət etməmişdir. Odur ki, hesab edirəm ki, X2 şikayəti əsassız olduğuna görə təmin edilməməli, Ağdaş rayon Polis Şöbəsinin rəisi, polis polkovniki X3 inzibati tənbeh vermə haqqında 21 yanvar 2021-ci il tarixli, ******* saylı qərarı dəişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsalanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Ağdaş rayon Polis Şöbəsinin rəisi, polis polkovniki X3 inzibati tənbeh vermə haqqında 21 yanvar 2021-ci il tarixli, ******* saylı qərarı dəişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-382/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-382/2021
07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver