Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-382/2022 25.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı Nümayəndə iştirakı ilə xx.xx.1981-ci il tarixdə Ağdaş rayonu Yeniarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, İİ qrup əlil olan, Ağdaş rayonu Yeniarx kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 25 iyul 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 25 iyul 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, Şəxs 14 may 2022-ci il tarixdə saat 18:00 radələrində yaşadıqları Ağdaş rayonu Yeniarx kəndində şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Nümayəndə izah etdi ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 25 iyul 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 14 may 2022-ci il tarixdə saat 18:00 radələrində yaşadıqları Ağdaş rayonu Yeniarx kəndində şəxsi münasibətlər zəmnində baş vermiiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Faktla bağlı təhqiqat bölməsində araşdırma aparılmş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında Ağdaş rayonu Yeniarx kəndində yaşadığını, Zərərçəkmiş şəxs onun qardaşı Novruzun həyat yoldaşı olduğunu, əvvəllər onların arasında heç bir münaqişə və davadalaş olmadığını, 14 may 2022-ci il tarixdə saat 07:00 radələrində yaşadığı evdən çıxaraq Ağdaş rayonu Yeniarx kənd sakinlərinin mallarını otarmağa getdiyini, həmin günü saat təxminən 17:00 radələrində yaşadığı evə gəldiyini, arvadı Fərqanə ona Səliqə Musayevanın ondan şikayət etdiyini bildirdiyini, Fərqanədən Səliqənin hansı səbəbə ondan şikayət etməsini soruşduğunu, Fərqanə ona küçədə yerləşən içməli suyu dolduran zaman Səliqənin Fərqanəyə “sən məndən sonra suyu doldurmalısan” dediyini, buna görə də onların arasında mübahisə baş verdiyini, Səliqəni vurmadığını, buna görə də onun barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Şəxs onun qaynı olduğunu, əvvəllər də Pərvanə ilə onun arasında münaqişə və dava-dalaş olduğunu, sonuncu dəfə 14 may 2022-ci il tarixdə saat 17:30 radələrində yaşadığı kəndin küçəsində aralarında münaqişə baş verdiyini, belə ki, həmin küçədə içməli su olduğunu, həmin yerdən suyu dolduran zaman Pərvanə onunla mübahisə etməyə başladığını, bu zaman Pərvanənin əri Mustafanın həmin yerə gəldiyini, ona “sən mənim arvadımdan niyə əvvəl su doldurursan” dediyini, sonra əlində olan ağac dəyənəklə onun qol, baş kürək və digər nahiyyələrinə vuraraq bir neçə dəfə xəsarət yetirdiyini, aralarında mübahisə 5-7 dəqiqə davam etdiyini, həmin vaxt səs-küyə qohumu Rəşidənin gəldiyini, heç kimi vurmadığını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu, buna görə də onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini bildirdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və X1” 329 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət – sağ bazunun yuxarı 1/3-nin bayır səthinin, sağ bazunun orta 1/3-nin iş səthinin, sol saidin yuxarı 1/3-nin bayır səthinin, sağ budun yuxarı 1/3-nin bayır səthinin qançırları, küt alət təsirindən törənmiş, törəmə müddəti 14 may 2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Ruhid Yaqublunun 18 iyun 2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs 14 may 2022-ci il tarixdə saat 18:00 radələrində yaşadıqları Ağdaş rayonu Yeniarx kəndində şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 029872 nömrəli vəsiqədən görünür ki, Şəxs İİ qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsində göstərilir ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İİ qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində inzibati məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs Zərərçəkmiş şəxsnu döyməməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq bu xüsusat üzrə izahatını özünü müdafiə kimi qiymətləndirir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi zərərçəkmiş şəxsin izahatı, ekspertiziya rəyi və iş materialları ilə tam sübuta yetir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyəti istisna edən halları yoxdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, işin hallarını, əməlində məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh növü olan cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: ŞəxsAzərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, inzibati tənbeh növü olan 300 (üç yüz) manat məbləgində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-382/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-382/2022
25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver