Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-382/2023 20.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, Zərərçəkmiş şəxs X3 iştirakları ilə xx.xx.1970-ci ildə Kəlbəcər rayonu, Soyuqbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kəlbəcər rayonu, Soyuqbulaq kəndində qeydiyyatda olan X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: X10 xx.xx.2023-cü il tarixdə şəxsi münasibətlər zəminində Ağdaş rayonu, Yenikənd kəndində yaşayan X1 yolunda döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X2 15 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə X4 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 20 iyun 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 izahatında bildirdi ki, X12 onun qohumu və X7 isə onun həmkəndlisidir. Yaşadığı Ağdaş rayonu, Yenikənd kəndi ərazisindəki əsas avtomobil yolu həmkəndlisi Zamin Həmzəyevin yaşadığı evin arxa hissəsindən keçir, buna görə də avtomobillərin Zamin Həmzəyev yaşadığı evin arxa hissəsindəki avtomobil yolundan keçməsinə narazı idi. Buna görə də Həmzəyev həmin ərazidə “trampilin" yerləşdirmiş, lakin həmkəndlisi Zamin Həmzəyevin avtomobil yoluna yerləşdirdiyi trampilinin hündürlük ölçüsü yüksək idi, buna görə də avtomobillərin keçidində çətinlik yaranır və avtomobillərə maddi ziyanlıq dəyirdi. Bu səbəbdən də, qohumu Qaçqın Hüseynovla birlikdə dəfələrlə həmkəndlisi Zamin Həmzəyevə "trampilini götür və ya hündürlüyünü aşağı ölçüdə elə ki, avtomobillə keçərkən çətinlik çəkməyək" sözünü bildirmiş və dəfələrlə bu barədə polis şöbəsinə müraciət etmişlər, lakin, həmkəndlisi Zamin Həmzəyev trampilini həmin yerdən götürməyəcəyini bildirmişdir. Həmçinin o, bu barədə etdiyi müraciətlə əlaqədar xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində onu və qohumu Qaçqın Hüseynovu polis əməkdaşları həmkəndlisi Zamin Həmzəyevin yaşadığı evin arxa hissəsindən keçən avtomobil yolunda Zaminin yerləşdirdiyi trampilinin yanına çağıraraq “trampilini sökməyə köməklik edin” sözünü bildirmişdir. Bu zaman həmkəndlisi Zamin Həmzəyevdə onların yanına gəlmiş və Zamin Həmzəyevin yanında olan qohumu X11, onun qohumu Qaçqın Hüseynovun əlində mobil telefon gördüyü üçün Qaçqının çəkiliş etdiyini zənn edərək, Aynur telefonu qəflətən qohumu Qaçqının əlindən alaraq yerə çırpmış, bundan sonra Zamin Həmzəyev telefonu yerdən götürərək, sınması üçün təkrarən qəsdən yerə vurmuş, bundan sonra polis əməkdaşları Qaçqın Hüsenova məxsus telefonu gətirərək onlara təhvil vermiş və onunda yanında olan qohumu Qaçqın Hüseynovla birlikdə oradan uzaqlaşmışlar. Həmçinin o, izahatında qohumu Qaçqın Hüseynova birlikdə, həmkəndlisi Zaminlə Həmzəyevlə mübahisə edən zaman, Zamin Həmzəyev ona və qohumu Qaçqın Hüseynova nalayiq ifadələr işlətdiyi üçün, onunda həmkəndlisi Zaminə qarşı nalayiq ifadələr işlətmiş, lakin Zamin Həmzəyevi vurmamış və ya ona heç bir xəsarət yetirməmışdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında bildirdi ki, Ağdaş rayonu, Yenikənd kəndi ərazisindəki avtomobil yolu həyat yoldaşı Zamin Həmzəyevlə birgə yaşadıqları evin arxa hissəsindən keçir, buna görə də avtomobillərin yüksək surətlə keçməməsi üçün evin arxa hissəsindən keçən avtomobil yolunda “tramplinin olduğunu, lakin qohumu və həmkəndlisi Şəxs və Qaçqın Hüseynov dəfələrlə həyat yoldaşı Zamin, Həmzəyevə “tramplini götür, tramplinin üzərindən keçərkən avtomobildə nasazlıq yaranır" sözünü bildirmişlər. Həyat yoldaşı Zamin Həmzəyevdə dəfələrlə qohumu Tağı Hüseynova və həmkəndlisi Qaçqın Hüseynova “tramplini mən yerləşdirməmişəm, trampilini kim qoyubsa onu tapın tramplini götürsün" sözünü bildirmişdir. Lakin buna görə də, qohumu Tağı və həmkəndlisi Qaçqın aralarında dəfələrlə mübahisələri yarandığını sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində həyat yoldaşı Zamin qohumu Tağı və həmkəndlisi Qaçqınla aralarındakı mübahisə zamanı həyat yoldaşı Zamin Həmzəyevin yanında dayanmışdır. Mübahisə zamanı Qaçqın Hüseynov ona və yanında olan həyat yoldaşı Zamin Həmzəyevə nalayiq ifadələr işlədərək söyüb təhqir etmiş, buna görə də həyat yoldaşı Zaminlə mübahisə edən Qaçqın nalayiq ifadələr işlətdiyi üçün qohumu Aynur Həmzəyeva oni itələmiş, buna görə də Qaçqın Hüseynovun əlindəki mobil telefonu yerə düşmüş, həmin vaxt polis əməkdaşları onları oradan uzaqlaşdırmış və bundan sonra yaşadıqları evə getmişlər. Həmçinin xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadıqları evin arxa hissəsindən keçən avtomobil yolundakı trampilinin yanında Tağı Hüseynov əl-qol ataraq sinə nahiyəsindən vurmuş, onu və həyat yoldaşı Zamin Həmzəyevi nalayiq ifadələrlə təhqir etmiş, daha sonra Tağı Hüseynovun əmisi oğlu Qaçqın Hüseynovun, Aynur Həmzəyevaya əl-qol ataraq onunda sinə nahiyyəsindən vurmuş, lakin o, və ya həyat yoldaşı Zamin Həmzəyev onları söyüb təhqir etməmişlər və onlara heç bir xəsarət yetirməmişlər. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X14 izahatında bildirdi ki, X10 xx.xx.2023-cü il tarixdə şəxsi münasibətlər zəminində Ağdaş rayonu, Yenikənd kəndində yaşayan X1 yolunda döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Bununla da X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərini pozmuşdur. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən X4 həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 20 iyun 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq X8 onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-382/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-382/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver