Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-383/2020 02.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Qarayev Orxan Sərxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1981-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Səlyan rayonu, Davutzadə küçəsi 11 ünvanında yaşayan. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə Ağdaş RPŞ-dən Ağdaş Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, onun inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material baxılması üçün Ağdaş Rayon Polis Şöbəsi tərəfindən Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş rayonu Yol patrul xidməti baş inspektor polis baş leytenantı X3 tərtib etdiyi xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 18:10 radələrində «Mercedes Benz C230 MİNİK» markalı, **-ZP-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Ağdaş şəhəri, Müşviq İsayev küçəsindən Zeynəddin kəndi istiqamətinə doğru hərəkətdə olarkən əks istiqamətlə hərəkət zolağına çıxaraq ötmə əməliyyatı aparan zaman qəfləti idarəetməni itirib yolun sol hissəsində dayanmış VAZ 2101 markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur, hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Sürücünün sənədlərini yoxlayan zaman məlum olmuşdur ki, yoxlama zamanı onun spirtli içki qəbulu nəticəsində yüngül dərəcəli sərxoş vəziyyətdə avtomobil idarəetməsinə dair etibarnamə olmadan avtomobili idarə etdiyi müəyyən edilmiş, buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, Səlyan rayonu, Davutzadə küçəsi ev 11 ünvanında yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 18:10 radələrində etibarnamə ilə onun istifadəsində olan «Mercedes Benz C230 MİNİK» markalı, **-ZP-*** qeydiyyat nişanlı minik avtomobillə M.İsayev küçəsindən üzü Zeynəddin kəndi istiqamətinə doğru hərəkətdə olan zaman 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozaraq qarşısında gedən nəqliyyat vasitəsini ötərkən ötdüyü avtomobil surətini artırdığından o avtomobilin idarəsini itirib yolun sol hissəsində dayanmış “VAZ 2101” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanad hissəsinə sürtmüşdür. Hadisə zamanı avtomobildə tək olmuş, heç bir bədən xəsarəti almamışdır. Hadisə yerinə polis əməkdaşları gəlmiş onun və zərərçəkmiş şəxsin izahatlarını almışlardır.. Bundan sonra ona yaxınlaşan yol polisi əməkdaşı ona spirtli içki qəbul edib-etməməsini soruşmuşdur. O, isə həmin yol polisi əməkdaşına az miqdarda pivə qəbul etdiyini, lakin, sərxoş olmadığını bildirmişdir. Bundan sonra yol polisi əməkdaşı ona DYPB-nə getməli olmasını bildirmişdir. O, isə etiraz etməmişdir. DYPB-nə çatdıqdan sonra tibbi müayinə etmişlər. Həmin vaxt mülki geyimdə olan bir şəxs onu alkotestrlə tibbi müayinə edərək, ona yüngül dərəcədə sərxoş olduğunu bildirmişdir. Lakin, həmin vaxt ona alkotestrin nəticəsi göstərilməmişdir. Bundan sonra sürücülük vəsiqəsi ondan götürülmüşdür. O, həqiqətən də, həmin vaxt sərxoş olmamışdır. Həmin miqdarda pivə onda sərxoşluğun əlamətlərini yarada bilməzdi. Ona görə də özünü təqsirli birmir və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında onun avtomobilinə dəyən ziyanın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən ödənildiyini bildirdi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.4-cü maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda, fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-cı maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Həmin Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Q2-001-12 nömrəli, xx xxxxxx 2012ci il tarixli «Yol-patrul xidməti haqqında Təlimat»-ın 5.16-cı maddəsinə əsasən YPX inspektoru alkotesteri onun istismarı üzrə təlimata müvafiq olaraq nəqliyyat vasitəsinin sürücüsünün alkoqoldan istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətini müəyyənləşdirmək məqsədilə nəfəs verilməklə yoxlanılır. Müayinənin nəticəsi YPX inspektoru tərəfindən müayinə olunan şəxsə bildirilir. Müayinə olunan şəxs sərxoş halda olmasını etiraf edərək alkotesterin nəticəsi ilə razı qaldıqda bu hal qanunvericiliklə müəyyən edilmiş qaydada 2 nəfər hal şahidinin iştirakı ilə sənədləşdirilir. Şəxs alkotesterin göstəricisi ilə razılaşmadıqda şahidlərin iştirakı ilə protokol tərtib olunaraq təkrar tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır. Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin aparılması üsulları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 209 nömrəli qərarının 2.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin qərarın 2.3-cü maddəsinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir Həmin qərarın 2.5-ci maddəsinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin qərarın 2.6-cı maddəsinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Həmin qərarın 2.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin qərarın 3.1-ci maddəsinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin qərarın 3.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur Həmin Məcəllənin 335.5-ci maddəsinin qeyd etdi hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməidir. X10 Haqqında Təlimatın 5.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin hərəkət sürətinin müəyən olunması üçün nəzarət ölçü cihazları, YHQ pozuntularını qeydə alan digər texniki vasitələr, nəqliyyat vasitələrinin məcburi saxlanılması üçün qurğular, sürücülük vəsiqələrində, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrində saxtalaşdırmaların aşkarlanması üçün cihazlar, avtomobilin şüşələrinin işıqburaxma qabiliyyətini, nəqliyyat vasitələrinin tullantılarında çirkləndirici maddələrin miqdarını ölçən qurğular və digər texniki vasitələr onlardan istifadə qaydaları haqqında təlimata uyğun olaraq tətbiq edilir. Metroloji yoxlamadan keçməmiş və ya yoxlama şəhadətnamələrinin vaxtı keçmiş nəzarət ölçü cihazlarının tətbiqi qadağandır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin vaxt avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub-olmaması yuxarıda qeyd edilən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən edilmiş sübutetmə vasitələri ilə sübut edilməli olduğundan onun həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində olması qanunla nəzərdə tutulmayan digər sübut vasitələri ilə təsdiq edilə bilməz. Çünki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları qanunvericilikdə dəqiq olaraq müəyyən edilmişdir. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından da göründüyü kimi nəqliyyat vasitələrini idarə edən şəxslərin sərxoş vəziyyətdə olduqlarını güman etməyə kifayət qədər əsas olduqda, onların sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir və ya onlar tibbi müayinəyə göndərilir. Nəqliyyat vasitəsi sürücüsünün sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi və onun nəticəsinin tərtib olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə üsulu ilə aparılır. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olması müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Müayinənin nəticəsi YPX inspektoru tərəfindən müayinə olunan şəxsə bildirilir. Müayinə olunan şəxs sərxoş halda olmasını etiraf edərək alkotesterin nəticəsi ilə razı qaldıqda bu hal qanunvericiliklə müəyyən edilmiş qaydada 2 nəfər hal şahidinin iştirakı ilə sənədləşdirilir. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda (alkotesterin göstəricisi ilə razılaşmadıqda), lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, şahidlərin iştirakı ilə protokol tərtib olunaraq tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır. Alkoqollu içkilərin qəbulu nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun müəyyən edilməsi həmin şəxsin qanında alkoqolun konsentrasiyasının ölçülməsi yolu ilə aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, alkoqollu içkilərin qəbulu nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs alkoqol sərxoşluğunun tibbi müayinəsi narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən deyil, həmin tibbi müayinəni həyata keçirməyə qanunla icazə verilməyən şəxs tərəfindən, yəni Ağdaş rayon MRX-nın X9 şöbəsinin feldşeri tərəfindən həyata keçirilmişdir. Bu hal X2 məhkəmə iclasında şahid kimi verdiyi izahatında da öz təsdiqini tapmışdır. Ağdaş Mərkəzi Rayon X4 Yardım şöbəsinin feldşeri X2 alkoqollu içkilərin qəbulu nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə tibbi müayinə aparmağa hüququ, belə bir tibbi müayinəni aparmağa hər hansı qanuni əsası mövcud olmamışdır. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Buna görə də məhkəmə feldşer X2 guya apardığı tibbi müayinə əsasında tərtib etdiyi xx xxxxxxxx 2020-ci il tarixli, tərtib etdiyi 196 nömrəli «nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»-na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını sübut növü kimi qəbul etmir. İş materialları, o cümlədən məhkəmə iclası zamanı dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə müəyyən edildi ki, Ağdaş rayonu Yol patrul xidməti baş inspektor polis baş leytenantı X1 Anar Elxan oğlunun barəsində xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etməsinə əsas kimi Ağdaş Mərkəzi Rayon Xəstəxanasının Narkoloji Şöbəsinin feldşeri X2 xx xxxxxxxx 2020-ci il tarixdə tərtib etdiyi 196 nömrəli «nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»-na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına istinad etmişdir. Ağdaş Mərkəzi Rayon Xəstəxanasının Narkoloji Şöbəsinin feldşeri X2 xx xxxxxxxx 2020-ci il tarixdə tərtib etdiyi 196 nömrəli «nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»-na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Şəxs hansı markalı cihazla, hansı üsulla müayinə edildiyi göstərilməmiş, şəxsin yüngül dərəcəli sərxoş olduğu müəyyən edilməklə, sərxoşluğun dərəcəsi 0.44 promil olduğu göstərilmişdir. Lakin, Şəxs tibbi müayinəsi zamanı istifadə edilmiş alkotestrdən çıxarılmalı olan kağız daşıyıcı sübut növü kimi məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəmə iclası zamanı dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özü də onun tibbi müayinə etdiyi alkotestrdən belə bir kağız daşıyıcının çıxarılmadığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli protokollaşdırma nömrəsi 01768 olan 19:51 radələrində verilmiş Şəxs adına tərtib edilmiş qəbzdə də alkoqolun miqdarı 0.686 promilli müəyyə edilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş materialda inzibati xəta haqqında protokolun tarixi xx xxxxxxxx 2020-ci il tərtib edilmə saat 18:10 göstərilsə də, həmin tarixə, həmin saata şəxsin sərxoşluğunun müəyyən edilməsi üçün alkotestrdən keçib keçməməsi göstərilməmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin sərxoşluğun müayinəsinin nəticəsi ilə razılaşıb razılaşmaması barəsində heç bir protokol tərtib edilməmiş, bu hallara qiymət verilmədən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol tərtin edilmişdir. Qanunvericiliyin tələbinə görə bu cür protokollar tərtib edilərkən hal şahidlərinin iştirakı məcburidir. Bütün bunlar isə Şəxs tibbi müayinəsi aparılmış həmin alkotestrin göstəricilərinin düzgünlüyünə şübhə üçün əsasdır və məhkəmə həmin alkotestrin nəticəsini də etibarlı hesab etmir. Qanunvericiliyin mənasından da göründüyü kimi şəxsin avtomobili içkili vəziyyətdə deyil, sərxoş vəziyyətdə idarə etməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, sürücünün protokolu imzalamaqdan imtina etmək, bu barədə protokolda müvafiq qeyd aparmaq, sürücünün izahat vermək, protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək, onun bu izahatı və mülahizələri protokola əlavə olunmasını və protokolun surətinin ona təqdim edilməsini tələb etmək hüququ olmasına baxmayaraq, Şəxs öz barəsində tərtib edilmiş tibbi müayinə aktı ilə tanış edilməmiş, Şəxs məhkəmə iclası zamanı belə bir protokolun tərtib edilməsindən məlumtsız olduğunu göstərmişdir. Bununla da Şəxs qanunvericiliklə müəyyən edilmiş hüquqları kobud şəkildə pozulmuşdur. Yuxarıda qeyd edilənləri birlikdə nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Ağdaş rayonu Yol patrul xidməti baş inspektor polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi məhkəmə iclasında sübut edilmədi. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə başlanmış inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 40, 43, 48-51, 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ağdaş rayonu Yol patrul xidməti baş inspektor polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-383/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-383/2020
02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver