Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-383/2023 20.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Goranboy rayonu, Qazanbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Kəlbəcər rayonu, Soyuqbulaq kəndində qeydiyyatda olan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: X6 xx.xx.2023-cü il tarixdə şəxsi münasibətlər zəminində Ağdaş rayonu, Yenikənd kəndində yaşayan Zərərçəkmiş şəxs kənd yolunda döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X1 15 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə X3 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 20 iyun 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahatında bildirdi ki, yaşadıqları Ağdaş rayonu, Yenikənd kəndi ərazisindəki əsas avtomobil yolu həmkəndlisi X4 yaşadığı evin arxa hissəsindən keçir, buna görə də, avtomobillərin həmkəndlisi Zamin Həmzəyevin yaşadığı evin arxa hissəsindən keçən avtomobil yolundan keçməsinə narazı idi, buna görə də həmin ərazidə “trampilin” yerləşdirmişdir. Lakin, həmkəndlisi Zamin Həmzəyevin avtomobil yoluna yerləşdirdiyi trampilinin hündürlük ölçüsü yüksək olduğundan avtomobillərin keçidində çətinlik yaranmışdı, buna görə də avtomobillərə maddi ziyanlıq dəymişdi. Bu səbəbdən də, qohumu Tağı Hüseyinov ilə birlikdə dəfələrlə həmkəndlisi Zamin Həmzəyevə “trampilini götür və ya hündürlüyünü aşağı ölçüdə elə ki, avtomobillə keçərkən çətinlik çəkməyək" sözünü bildirmişlər, dəfələrlə bu barədə polis şöbəsinə müraciət etmişlər, lakin, həmkəndlisi Zamin Həmzəyev trampilini həmin yerdən götürməmiş, buna görə də etdiyi müraciəti ilə əlaqədar xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində onu polis əməkdaşları həmkəndlisi Zamin Həmzəyevin yaşadığı evin arxa hissəsindən keçən avtomobil yoluna Zaminin yerləşdirdiyi trampilinin yanına çağıraraq “trampilini sökməyə köməklik edin” sözünü bildirdiyi zaman həmkəndlisi Zamin Həmzəyevin yanına gəlmiş və Zamin Həmzəyevin yanında olan qohumu Zərərçəkmiş şəxs onun əlində telefon gördüyü üçün çəkiliş etdiyini zənn edərək, Zərərçəkmiş şəxs telefonu qəflətən onun əlindən alaraq, yerə çırpmış, bundan sonra Zamin Həmzəyev telefonu yerdən götürərək, sınması üçün qəsdən yerə vurmuşdur. Həmin vaxt polis əməkdaşları telefonu gətirərək ona təhvil vermişlər və bundan sonra yanında olan qohumu Tağı Hüseyinovla birlikdə oradan uzaqlaşmışlar. Həmçinin o, həmin vaxt həmkəndlisi Zərərçəkmiş şəxs onun çəkiliş etdiyini zənn edərək, Aynur telefonu qəflətən onun əlindən alaraq yerə vurmuş, sonradan Zamin Həmzəyev telefonu təkrarən yerə vurmuş və telefonu yararsız hala düşmüşdür. Eləcə də “Samsung A41" markalı mobil telefonun yarasız hala düşdüyü üçün ona 350 manat maddi ziyan dəymişdir. Əməlindən peşmandır. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Ağdaş rayonu Yenikənd kəndi ərazisindəki əsas avtomobil yolu həyat yoldaşının qardaşı Zamin Həmzəyevin yaşadığı evin arxa hissəsindən keçir, buna görə də avtomobillərin yüksək surətlə keçməməsi üçün avtomobil yolunun evin arxa hissəsindən keçən hissəsinə “tramplin” yerləşdirilmişdir. Lakin əmisi Tağı Hüseyinov və həmkəndlisi Şəxs dəfələrlə, həyat yoldaşının qardaşı Zamin Həmzəyevə “tramplini götür, tramplinin üzərindən keçərkən avtomobildə nasazlıq yaranır” sözünü demişlər. Həyat yoldaşının qardaşı Zamin Həmzəyevdə dəfələrlə əmisi Tağı Hüseynova və həmkəndlisi Şəxs “tramplini mən yerləşdirməmişəm, trampilini kim qoyubsa onu tapın tramplini götürsün” sözünü bildirmişdir. Buna görə də, əmisi Tağı və həmkəndlisi Qaçqın ilə aralarında dəfələrlə mübahisələr yaranmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində, həyat yoldaşının qardaşı Zamin Həmzəyevlə, əmisi Tağı Hüseynov və həmkəndlisi Şəxsla aralarında mübahisə yaranmış, mübahisə zamanı o, da kənarda dayanmışdır. Mübahisə zamanı həmkəndlisi Şəxs ona, yanında olan qohumu Ulduzə Həmzəyevaya və onun həyat yoldaşı Zamin Həmzəyevə nalayiq ifadələr işlədərək söyüb təhqir etmiş, buna görə də, həyat yoldaşının qardaşı Zamin Həmzəyevlə mübahisə edən Şəxs nalayiq ifadələr işlətdiyi üçün, Qaçqını itələmiş, buna görə də, Şəxs əlindəki mobil telefon yerə düşmüş, həmin vaxt polis əməkdaşları onları uzaqlaşdırmış və bundan sonra yaşadıqları evə getmişlər. Həmçinin o, xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində, həyat yoldaşının qardaşı X7 yaşadığı evin arxa hissəsindən keçən avtomobil yolundakı trampilinin yanında, əmisi Tağı Hüseynov ona əl-qol ataraq sinə nahiyyəsindən vurmuş, əmisi Tağı Hüseynov daha sonra onu yanında olan Ulduzə Həmzəyevanı və Zamin Həmzəyevi nalayiq ifadələrlə təhqir etmiş, daha sonra əmisi Tağı Hüseynov ona, yanında olan Ulduzə Həmzəyevaya və onun həyat yoldaşı Zamin Həmzəyevə nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. Şəxs və əmisi Tağı Hüseynov ona əl-qol ataraq onunda sinə nahiyyəsindən vurmuşlar. X13 və ya Şəxs söyüb təhqir etmmiş və onlara heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X9 izahatında bildirdi ki, X6 xx.xx.2023-cü il tarixdə şəxsi münasibətlər zəminində Ağdaş rayonu, Yenikənd kəndində yaşayan Zərərçəkmiş şəxs kənd yolunda döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Bununla da X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərini pozmuşdur. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən X3 həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 20 iyun 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq X5 onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-383/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-383/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver