Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-383/2025 11.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Ağdaş rayonunun Dəhnəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağdaş rayonunun Dəhnəxəlil kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: 23 iyul 2025-ci tarixdə saat 13:30-da Ağdaş rayonunun Dəhnə kəndində Şəxs öz təsərrüfatına məxsus 1 baş inəyi yolda nəzarətsiz qoymuş, inək asfalt örtükdə hərəkətdə olan Kamaz markalı avtomobilin qarşısına çıxmış və avtomobil idarə edən sürücü heyvanı vurması nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Yol Patrul Xidməti baş inspektoru, polis baş leytenantı X3 tərəfindən 23 iyul 2025-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Ağdaş rayonu Yol patrul xidmətinin baş inspektoru X3 izahatında bildirdi ki, 23 iyul 2025-ci tarixdə saat 13:30-da Ağdaş rayonunun Dəhnə kəndində Şəxs öz təsərrüfatına məxsus 1 baş inəyi yolda nəzarətsiz qoymuş, inək asfalt örtükdə hərəkətdə olan Kamaz markalı avtomobilin qarşısına çıxmış və avtomobil idarə edən sürücü heyvanı vurması nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Kamaz markalı avtomobil yüklü olduğundan yüksək surətlə hərəkət etmək imkanı olmamış, çünki onun avtomobili yüklü olmuşdur. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatda göstərdi ki, 23 iyul 2025-ci tarixdə saat 13:30-da Ağdaş rayonunun Dəhnə kəndində ona məxsus olan inəyi həyətində bağlamış, lakin inək nəzarətsi qalaraq yola çıxmış, Zərərçəkmiş şəxs idarə etdiyi Kamaz markalı avtomobillə inəyi vurub öldürmüşdür. Nəticədə ona 3200 manat məbləğində maddi ziyan dəymişdir. Ziyanın ödənilməsini tələb edir. O, inəyini nəzarətsiz qoysa da Sehram avtomobili bərk sürmüşdür. Hadisə yerində əyləc izləri var. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatda göstərdi ki, 23 iyul 2025-ci tarixdə saat 13:30-da ona məxsus Kamaz markalı avtomobilə qum yükləyib hərəkətdə olan zaman Ağdaş rayonunun Dəhnə kəndində bir baş inək onun qarşısına çıxmış, nəticədə yol nəqliyyat hadisəsi törətmiş, həmin inəyi vurmuşdur. Həmin inək nəzarətsiz buraxılmışdır. Onun yüksək surətlə hərəkət etmək imkanı olmamış, çünki onun avtomobili yüklü olmuşdur. Onun avtomobilinə ziyan dəymiş, mal-qaranın sahibi isə ziyanı ödəmək əvəzinə onu təqsirli çıxarmağa çalışır. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. İşin materiallarında olan 23 iyul 2025-ci il tarixli İN 642137 saylı alkotester nəticəsindən görünür ki, Zərərçəkmiş şəxs alkoqolun miqdarı 0.000% dərəcəsində olmuşdur. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə 23 iyul 2025-ci il tarixdə Ağdaş-Zarağan yolunun 5-ci kilometrliyində baş vermiş və hadisənin sxemi çəkilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinsin və ona 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-383/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-383/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver