Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-384/2022 22.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, X1nun iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 iyul 2022-ci il tarixli, MN1288116 inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X6 tərəfindən verilmiş şikayətə 22 avqust 2022-ci il tarixdə saat 11:40-da Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 iyul 2022-ci il tarixli, MN1288116 inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması məhkəmədən xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Ağdaş şəhəri İsrafil Məmmədov (keçmiş Rəsul Rza küçəsi. 2-ci dalan) küçəsinin sonunda şirə kanalı mövcuddur və bütün ərazidə yaşayan sakinlər kimi o da kanalizasiya sularını standartlara uyğun çəkilmiş kanalizasiya xətləri, lyukları vasitəsilə həmin şirə kanalına axıdır. Həmin kanal hal-hazırda da Türyançay Sukanal idarəsinin sukanal sisteminin balansındadır. Bütün xəritələrdə mövcuddur və mühafizə zolağı vardır. 1990-cı illərin əvvəllərindən şirə kanalının yaxınlığında evlər mövcud olmuş, hal-hazırda da tikilməkdə davam edir. İsrafil Məmmədov küçəsində torpaq alıb, ev tikmiş rayon sakini X8 şirə kanalını dolduraraq, kanalın və mühafizə zolağının ərazisini həyətlərinə qatmaq fikrindədir. Məqsədinə nail olmaq üçün E.Rüstəmov guya onun şirə kanalna kanalizasiya suları axıtmağı, antisanitariya vəziyyəti yaratması barədə Ağdaş rayon Gigiyena və Epidemiologiya mərkəzinə şikayət etmişdir. Bundan başqa 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət ünvanlamışdır. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvaliq göstərişindən sonra küçə sakinləri kimi o da yeni çəkilmiş mərkəzi kanalizasiya xəttinə qoşulmuş və bu barədə idarənin əməkdaşlarına şifahi olaraq məlumat vermişdir. Buna baxmayaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, daha sonra xx.xx.2022-ci il tarixdə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə barəsində inzibati tənbeh tətbiq edilmiş və 600 manat inzibati cərimə edilmişdir. İnzibati xəta haqqında icraat prosesi, inzibati cərimə haqqında qərarın qəbulu zamanı qanunsuzluqiara yol verilmişdir. Ağdaş rayon Gigiyena və Epidemiologiya mərkəzinin Ağdaş Sukanal sahəsinə ünvanladığı sorğuya sonuncunun həmin günü ünvanladığı cavab məktubunda sakinlərin kanalizasiya sisteminə öz vəsaitləri hesabına qoşulmalı olduğu göstərilmişdir. Hal bu ki, “Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun "yeni kanalizasiya qurğularının istismara verilməsi" başlıqlı maddəsinin 1-ci hissəsinə əsasən Kanalizasiya qurğularının tikintisi başa çatdıqdan və onları öz balanslarına qəbul etdikdən sonra kanalizasiya müəssisələri bu qurğuların xidməti ərazisindəki tullantı sularını qəbul etməyə hazır olduqlarını elan edir və obyektlərin bu qurğulara qoşulmasını təmin edir.Yeni kanalizasiya qurğularının istismara verilməsi müvaliq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada həyata keçirilir. Nə sözügedən qanunda "Sudan istifadə Qaydaları"nda, nə də "İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydalarında yeni kanalizasiya qurğusuna qoşulmanın vətəndaşların hesabına aparılmalı olması barədə hər hansı müddüa nəzərdə tutulmamışdır. Bundan belə nəticəyə gəlinir ki, yeni kanalizasiya sisteminə qoşulmatı sistem çəkilən zaman vətəndaşlar yox, su təchizatı və kanalizasiya müəssisəsi həyata keçirməli idi. Yuxarıda qeyd olunanların məntiqi ardıcıllığı kimi kanalizasiya sisteminə qoşulma vətəndaşın hesabına aparılmadığı üçün 8 saylı Regional Ekologiya və Təbii Sənətlər İdarəsinin kanalizasiya sisteminə qoşulma barədə göstərişi, bunun üçün müddət təyin etməsi, nəticədə qoşulmanı yoxlamadan inzibati tənbeh haqqında qərar qəbul etməsi qanunsuzdur.E.Rüstəmov ərizəsində Sahib, Tərlan, Mahir, Rəvan kimi küçə sakinlərinin adını qeyd etsə də, abonent olmadığı, adına sayğac olmadığı halda GEM-nin İdarəyə ünvanladığı məktubda qərəzli olaraq onun adı qeyd etmişdir. Onun yaşadığı ünvan atası X4 adına olmuş, atası vəfatından sonra vərəsəlik qaydasında anası X2 adına sənədləşmişdir. Hal-hazırda da sayğac atasının adında qalmaqdadır. Odur ki, qoşulma vətəndaş tərəfindən aparılmalı olsaydı belə, göstəriş ona ünvanlanmalı deyil, inzibati tənbeh haqqında qərar onun barəsində tətbiq edilməli deyil, sayğac adına olan istehlakçının adna tətbiq edilməli idi. Bundan əlavə, kanalizasiya sisteminə qoşulma onun hesabına aparılmalı olacağı halda belə, qərar qəbul edilməmişdən İdarə qoşulmanın aparılıb-aparılmadığını yoxlamalı idi. GEM-nin İdarəyə ünvanladığı 31.01,2022-ci il tarixli məktubunda göstərilən vətəndaşlardan sonuncu olaraq X7 və onlar 23 iyun 2022-ci il tarixdə kanalizasiya sisteminə qoşulmuşlar.Bu səbəbəbdən də qoşulmadan sonra inzibati tənbeh haqqında qərarın qəbul edilməsi qanunsuzdur. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN № 12881 16 saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinərək 600 manat inzibati cərimə olunmağı barədə qərar ləğv edilməsini xahiş etmişdir. Bu səbəbəbdən də qoşulmadan sonra inzibati tənbeh haqqında qərarın qəbul edilməsi qanunsuzdur. X1 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək onu müdafiə etdiyini bildirmiş, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN № ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinərək 600 manat inzibati cərimə olunmağı barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Məkhəmə baxışının vaxtı və yeri barədə, bundan başqa 04 iyul 2022-ci il tarixli, MN1288116 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan bütün sənədləri məhkəməyə təqdim edilməsi üçün 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sorğu göndərilərək məlumat verilmiş, lakin idarənin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və 27 iyul, 04 avqust və 11 avqust 2022-ci il tarixli məktubları almalaına baxmayaraq, 04 iyul 2022-ci il tarixli, MN1288116 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan bütün sənədləri məhkəməyə təqdim etməmişlər. Məhkəmə şikayətə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsi və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 iyul 2022-ci il tarixli, MN1288116 inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat inzibati qaydada cərimə edilmişdir. Şikayət araşdırılarkən məhkəmə baxışında müəyyən olunmuşdur ki, X6 barəsində 04 iyul 2022-ci il tarixli, İXP4529037 saylı inzibati xəta haqqında qərar qəbul edilməzdən əvvəl, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin izahatı alınmamış, hüquq və vəzifələri izah edilmədən 04 iyul 2022-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Tofiq Əsgərov tərəfindən inzibati xəta haqqında qərar qəbul edilmişdir. Halbuki, X6 qeyd olunan inzibati xəta ilə razılaşmadığına baxmayaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Tofiq Əsgərov 04 iyul 2022-ci il tarixdə X6 barəsində 04 iyul 2022-ci il tarixli, MN1288116 inzibati tənbeh vermə haqqında qərarı qəbul etmişdir, nəticədə X3 izahatlar, vəsatətlər vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, bu pozuntular da X3 öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Məhkəmə qeyd edilən hallara qiymət verərək hesab edir ki, işə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məlumat verilmədən baxılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə hesab edir ki, işə baxılmasının yeri və müddəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məlumat verilmədən baxılması nəticəsində X6 inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək kimi hüquqlarından məhrum edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərkən X5 lazımı qaydada məlumatlandırılmaması və iştirakının təmin edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Yuxarıda şərh edilən qanun normalarının tələbindən görünür ki, şəxs o halda inzibati məsuliyyətə cəlb edilib tənbeh edilə bilər ki, qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməli şəxsən törətmiş olsun və bu mötəbət sübutlarla təsdiq edilmiş olsun. Bütün bu qeyd edilən hallar isə inzibati xəta haqqında iş üzrə icraata başlamaqla aparılan inzibati araşdırma nəticəsində mümkündür. Lakin şikayətçinin izahatından göründüyü kimi, sudan istifadə ilə bağlı onunla müqavilə bağlanılmadığı, sayağac onun adına olmadığı halda göstəriş onun adına ünvanlanmış, bununla bağlı müvafiq və mötəbər sübutlar araşdırılmadan inzibati xətanın məhz onun tərəfindən törədilməsi barədə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6. 192.10. 192.11. 201. 203.209. 279.0.1. 393-1.2. 393-1.4. 394.0.5. 394.0.7. 395. 518.1. 532. 533-1. 536. 537.2. 539. 540.3, 540.5. 541- 544, 551.2. 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Göründüyü kimi şikayətçi AR İXM-nin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş olsaydım belə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati cərimə tətbiq etmə haqqında qərar yox, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməli, inzibati cərimənin şərti tətbiq edilməsi barədə göstərilən müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimə tətbiq edilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 135.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Tofiq Əsgərov 04 iyul 2022-ci ildə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə MN1288116 qərar ləğv edilməli və qeyd olunan hallar nəzərə alınmaqla inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Tofiq Əsgərov tərəfindən 04 iyul 2022-ci il tarixdə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə MN1288116 qərar ləğv edilsin və qeyd olunan hallar nəzərə alınmaqla inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-384/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-384/2022
22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver