Məhkəmə qərarları › İş №3(014)-384/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-384/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-384/2025 30.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun hüquqlarını müdafiə edən Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1966-cı il tarixdə Ağdaş rayonu, Ağzıbir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 510 və 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Ağdaş rayon Polis Şöbəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:20-də Ağdaş şəhəri, M.İsayev küçəsində Ağdaş rayon Polis Şöbəsinin inzibati binasının qarşısında uca səslə qışqıraraq ünvansız söyüşlər söyüb xırda xuliqanlıq edərək polisin “sakit ol, sakitləş” qanuni tələbinə qəsdən tabe olmayaraq əl-qol hərəkətləri ilə müqavimət göstərmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahat verərək Şəxs barəsində tərtib etdiyi protokolda onun yol verdiyi xətaları göstərdiyini və buna görə də inzibati məsuliyyətə cəlb edilməli olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, özünü polisə müqavimət göstərməkdə təqsirli bilmir, qonşusu ilə arasında yaranmış mübahisə ilə bağlı qonşusunun onun barəsində verdiyi şikayət əsasında Ağdaş RPŞ-də izahat vermək üçün xx.xx.2025-ci il tarixdə şöbəyə dəvət olunmuş, həmin tarixdə saat 16 radələrində şöbəyə gəlmiş, orada ona verilən sənədləri imzalamaqdan imtina etmiş, sonradan şöbənin qarşısında olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşmış, həmin vaxt polislərlə danışarkən səsinin tonunu qaldırmış, bəlkə də qışqırmış, lakin söyməmişdir və polisə müqavimət göstərməmişdir, Lakin hadisə ilə bağlı peşmançılıq hissi keçirir. Məhkəmənin işə baxarkən bu halı nəzərə almasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 şahid qismində verdiyi izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Ağdaş RPŞ-nin İTB-nin polis nəfəri X5 şəhəri, M.İsayev küçəsində Ağdaş rayon Polis Şöbəsinin inzibati binasının qarşısında xidmətdə olan zaman orada Şəxs uca səslə qışqıraraq ünvansız söyüşlər dediyini görüb ona yaxınlaşmışlar, həmin şəxsi nizam intizama dəvət etsələr də o, hərəkətinə davam etmiş, polislərin “sakit ol, sakitləş” qanuni tələbinə qəsdən tabe olmayaraq əl-qol hərəkətləri ilə onları itələməklə müqavimət göstərmişdir. Odur ki, həmin şəxsin qolundan tutmaqla şöbənin inzibati binasına apararaq növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahidlər X4 və X2 Şahid2 izahatında göstərdiklərini təsdiq edərək onunla eyniməzmunlu izahat vermişlər. Məhkəmə iclasında Şahid1 şahid qismində verdiyi izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində Ağdaş rayon Polis Şöbəsinin inzibati binasının yaxınındakı ərzaq mağazasında olarkən polis şöbəsinin qarşısında səs-küy olduğunu görüb dayanmış, həmin vaxt Şəxs uca səslə söyüşlər demiş, polislər onu sakitləşdirməyə çalışsa da polislərə tabe olmamış və müqavimət göstərmiş, daha sonra polislər onu qolundan tutaraq aparmışdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:30-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi şahid ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona 150 manat cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 33 (otuz üç) manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar