Məhkəmə qərarları › İş №3(014)-385/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-385/2020

05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-385/2020 05.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, F.Kərimovanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Ş.Məmmədovun iştirakı ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-181/2020 saylı qətnaməsi üzrə Zərərçəkmiş şəxs2 yaranmış 3300 manat,Ağdaş Rayon Məhkəməsinin 2(014)-2016/2019 saylı icra sənədi üzrə Zərərçəkmiş şəxs3 yaranmış 7395 manat,Ağdaş Rayon Məhkəməsinin 2(014)-2876/2017 saylı qətnaməsi üzrə Zərərçəkmiş şəxs1 yaranmış 5000 ABŞ dolları və 2000 manat pul borcunu qərəzli olaraq ödəməyrək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Buna görə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Şaiq Məmmədov tərəfindən Şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi,Bakı şəhərində işlədiyini, lakin hazırda işdən çıxdığını və heç yerdə işləmədiyi üçün tələb olunan borcları tələbkarlara ödəyə bilmədiyini, lakin işlədiyi müddətdə borc üzrə Zərərçəkmiş şəxs2 100 manat, Zərərçəkmiş şəxs1 1600 manat ödəniş etdiyini,maddi vəziyyəti ilə əlaqəli olaraq borcunu hazırda və ya yaxın müddət ərzində ödəmək iqtidarında olmadığını bildirdi. Zərərçəkmiş şəxs1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona olan borcundan bu vaxta qədər 1600 manat ödəniş etdiyini,daha sonra isə borc üzrə hər hansı bir məbləğ ödəmədiyini, Şəxs şikayətçi olduğunu, borcunun ödənilməsini tələb etdiyini bildirdi. Zərərçəkmiş şəxs3 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona olan borcundan bu vaxta qədər hər hansı bir məbləğ ödəmədiyini, Şəxs şikayətçi olduğunu, borcunun ödənilməsini tələb etdiyini bildirdi. Zərərçəkmiş şəxs2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona olan borcundan bu vaxta qədər 100 manat ödəniş etdiyini,daha sonra isə borc üzrə hər hansı bir məbləğ ödəmədiyini, Şəxs şikayətçi olduğunu, borcunun ödənilməsini tələb etdiyini bildirdi. Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Şaiq Məmmədov məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(014)-2876/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi üzrə Şəxs 5000 ABŞ dolları ödəniş gününə məzənnə üzrə manatla borcun,həmçinin nisyə aldığı inəklərin dəyəri olan 3600 manat məbləğində pulun tuutlaraq Zərərçəkmiş şəxs1 xeyrinə verilməsi barədə icra sənədinin, Ağdaş Rayon Məhkəməsinin 2(014)-2016/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə Şəxs Zərərçəkmiş şəxs3 xeyrinə 7365 manat borcun və 30 maant ödənilmiş dövlət rüsumunun,cəmi 7395 manat pulun tutulması barədə icra sənədi, Ağdaş Rayon Məhkəməsinin 2(014)-181/2020 saylı qətnaməsi üzrə Şəxs Zərərçəkmiş şəxs2 xeyrinə 3400 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 3430 manat borcun ödənilməsi barədə icra sənədi icraata daxil olduğunu, icra vərəqəsi daxil olduqdan sonra borclunun dəfələrlə Ağdaş rayon İcra və Probasiya şöbəsinə çağırılmasına və ona borcunu tam ödəməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borclu Şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə gəlməkdən və borcu tam şəkildə ödəməkdən yayındığını, bu vaxta qədər Zərərçəkmiş şəxs2 borc üzrə cəmi 100 manat, Zərərçəkmiş şəxs1 borc üzrə cəmi 1600 manat ödəniş etdiyini, Zərərçəkmiş şəxs3 isə borc üzrə heç bir ödəniş etmədiyini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlakı tam yoxlanıldığını və heç bir əmlakının aşkar edilmədiyini bildirərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Ağdaş Rayon Məhkəməsinin 2(014)-181/2020 saylı qətnaməsi üzrə Zərərçəkmiş şəxs2 yaranmış 3300 manat,Ağdaş Rayon Məhkəməsinin 2(014)-2016/2019 saylı icra sənədi üzrə Zərərçəkmiş şəxs3 yaranmış 7395 manat,Ağdaş Rayon Məhkəməsinin 2(014)-2876/2017 saylı qətnaməsi üzrə Zərərçəkmiş şəxs1 yaranmış 5000 ABŞ dolları və 2000 manat pul borcunu qərəzli şəkildə ödəmədiyini təsdiq etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Ş.Məmmədovu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında işin materialları ilə müəyyən edilir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-2876/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi üzrə Şəxs 5000 ABŞ dolları ödəniş gününə məzənnə üzrə manatla borcun,həmçinin nisyə aldığı inəklərin dəyəri olan 3600 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə verilməsi barədə icra sənədinin, Ağdaş Rayon Məhkəməsinin 2(014)-2016/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə Şəxs Zərərçəkmiş şəxs3 xeyrinə 7365 manat borcun və 30 maant ödənilmiş dövlət rüsumunun,cəmi 7395 manat pulun tutulması barədə icra sənədi, Ağdaş Rayon Məhkəməsinin 2(014)-181/2020 saylı qətnaməsi üzrə Şəxs Zərərçəkmiş şəxs2 xeyrinə 3400 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 3430 manat borcun ödənilməsi barədə icra sənədi Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra borclu Şəxs borcunu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə, bununla bağlı izahatının alınmasına baxmayaraq icra sənədi üzrə borclu Şəxs İcra və Probasiya şöbəsinə gəlməkdən və borcunu tam şəkildə ödəməkdən yayınmışdır, hazırda Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)- 181/2020 saylı qətnaməsi üzrə Zərərçəkmiş şəxs2 3300 manat,Ağdaş Rayon Məhkəməsinin 2(014)-2016/2019 saylı icra sənədi üzrə Zərərçəkmiş şəxs3 7395 manat,Ağdaş Rayon Məhkəməsinin 2(014)-2876/2017 saylı qətnaməsi üzrə Zərərçəkmiş şəxs1 yaranmış 5000 ABŞ dolları və 2000 manat borcu qalmışdır, borcluŞəxs həmin borcu ödəməsi tələb olunsa da, borcunu qərəzli olaraq ödəməkdən imtina etmiş, icra məmuru tərəfindən yaranmış borcun ödənilməsi ilə bağlı borclu Şəxs adına daşınar və daşınmaz əmlaknın olub-olmamasına dair müxtəlif bank və təşkilatlara sorğular göndərilmiş, icra məmurları tərəfindən borclunun yaşadığ ünvana baxış keçirilmiş, lakin borclunun adına tələbin yönəldilə bilinəcəyi heç bir əmlakı aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloci salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İşin hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, Şəxs barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməli, inzibati həbsetmənin əvvəli inzibati qaydada saxlanıldığı tarixdən və saatdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən, saat 12:55-dən hesablanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxx 1985-ci ildə Ağdaş rayonunun Tofiqi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonunun Tofiqi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən, saat 12:55-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar