Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-385/2024 10.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X10 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1976-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, sahibkar, evli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 09 avqust 2024-cü il tarixdə saat 13:45 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Eyni zamanda, Şəxs Gəncə şəhər Narkoloji Dispanserinin 09 avqust 2024-cü il tarixli rəyinə əsasən THC (marixuana) istifadə etməsi aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X7 bildirdi ki, Ağdaş rayon Polis şöbəsinin Təhqiqat şöbəsində Şəxs barəsində araşdırma aparılmasına və polis şöbəsinə dəvət olunmasına baxmayaraq izahat vermək üçün Polis şöbəsinə gəlməmişdir. Bununla bağlı təhqiqat şöbəsinin əməkdaşları tərəfindən şöbənin bölmə qruplarına raport daxil olmuşdur. Raportun icrası ilə bağlı X18 X12 Xidmətinin inspektoru polis baş serjantı Emin Qasımov tərəfindən Şəxs özünə məxsus “JEEP” markalı, **-SP-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobili ilə hərəkətdə olması aşkar olunmuş, o, dərhal yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxs şöbəyə gələrək izahat verməsi bildirilmiş, lakin Şəxs şöbəyə gəlməkdən imtina etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs şöbəyə gəlməkdən imtina etdiyində dərhal Yol Patrux Xidməti və Cinayət Axtarış Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilmiş və Şəxs Emin Qasımov tərəfindən Cinayət Axtarış Bölməsinin əməkdaşlarına təhvil verilmişdir. Şəxs Polis Şöbəsində yenə də izahat verməkdən imtina edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmiş və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Bundan başqa Seymur X4rkən narkotik vasitədən istifadə edilməsində şübhəli olduğundan narkoloji yoxlamadan keçirilməsi üçün Gəncə şəhər Narkoloji Dispanserə göndərilmiş və sidiyində THC (marixana) aşkar edilmişdir. Bununla da bağlı Şəxs barəsində Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə bildirdi ki, o, cümə günü evindən çıxaraq şəxsi maşını ilə cümə namazına gedərkən polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə dəvət etmişlər, o, namaz qıldıqdan sonra gələciyini bildirdikdə polis əməkdaşları ona indi gəlməli olduğunu bildirmişlər və o, heç bir etiraz etmədən şöbəyə gəlmişdir. Lakin yolda polis əməkdaşları maşını saxladaraq ondan maşından düşməsini və maşını özlərinin sürəcəyini bildirmişlər, o isə yenə də heç bir etiraz bildirmədən maşından düşmüşdür. Polis əməkdaşları tərəfindən ona çağırışla bağlı hər hansı bir zəng və ya bildiriş gəlməmişdir. Əvvəllər olub ki, dəfələrlə çağırılmış və dərhal şöbəyə getmişdir. Lakin ona polis şöbəsindən heç bir çağırış gəlməmişdir. Narkotik vasitə isə heç vaxt istifadə etməmişdir, hətta idmanla məşğul olduğundan siqaret belə çəkmir. Narkoloji müayinə zamanı onun marixuana istifadə etməsi müəyyən olunmuş və həmin rəydən sonra yenidən analiz vermək istədiyini polis əməkdaşlarına bildirmiş, lakin ona artıq narkoloji müayinədən keçirildiyi bildirilmişdir. 15-20 gün əvvəl tələbə yoldaşları qonaq gələrkən onların yanında tanımadığı şəxslər də olmuş, həmin şəxslər onun yanında narkotik vasitədən istifadə etmişlər, ola bilsin ki, tüstüyə düşdüyündən buna görə sidiyində narkotik çıxmışdır. O, narkotik vasitə istifadə etmədiyi üçün və özündən arxayın olduğundan narkoloji ekspertizadan keçmək istəmişdir. Daha sonra Şəxs məhkəmə iclasında sualları cavablandırarkın bildirdi ki, o, “qozların dibi” olan ərazidə polis əməkdaşları tərəfindən saxlanılmış, maşından düşmüş, onun barəsində şikayət olunduğu ona bildirilmiş və o, şikayətin mahiyyətinin nə olduğunu soruşduqda ona şöbədə öyrənəcəyi bildirilmişdir. Daha sonra maşınına baxış keçirilmiş və maşınından bıçaq aşkar edilmişdir. Düşmənləri çox olduğundan o, avtomobilində soyuq silah gəzdirir. X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ağdaş rayon Polis Şöbəsinin təhqiqat bölməsindən aparılan araşdırma ilə əlaqədar Seymur adlı şəxsin maşının saxlanılması və onun Şöbəyə gətirilməsi barədə məlumat daxil olmuşdur. Onlar da şəhər ərzasində xidmət apararkən Müşfiq İsayev küçəsində Seymuru saxlayaraq Polis Şöbəsinə getməli olduğunu bildirdikdə Seymur cümə namazına getməli olduğunu deyərək onların qanuni tələbinə tabe olmamışdır. Bundan sonra o, yol patrul xidmətinin əməkdaşlarını dəvət etmiş, X6 əməkdaşları yaxın ərazidə olduqlarından onlara yaxınlaşmışlar və onlar birlikdə Seymuru şöbəyə gətirərək təhvil vermişlər. X17 sualları cavabllandıraraq bildirdi ki, hadisə yerinə X6 əməkdaşı Raufzadə Rauf gəlmişdir. Seymur saxlanılarkən hərəkətlərindən narkotik vasitənin təsiri altında olmasından şübhələnmişdir. X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, icraatına Ağdaş rayon Polis Şöbəsinin təhqiqat şöbəsində barəsində araşdırma aparılan Şəxs polis şöbəsinə gətirilməsinə dair raport daxil olmuş, eyni zamanda həmin raport Yol Patrul Xidmətinə də daxil olmuşdur. 09 sentyabr 2024-cü il tarixdə, saat 13:45 radələrində Müşfiq İsayev küçəsində Yol Patrul Xidmətinin əməkdaşı Emin Qasımov tərəfindən Şəxs məxsus “Jeep” markalı, **-SP-*** dövlət qeytiyyat nişanlı avtomobil saxlanılmış və Şəxs barəsində Təhqiqat şöbəsində olan materialla bağlı Polis Şöbəsinə gedərək izahatının alınmalı olduğu bildirilmiş, lakin Şəxs polis əməkdaşının göstərişinə qəsdən tabe olmamışdır. Bundan sonra Emin Qasımov, Post Patrul Xidmətinin naryadları və onun iştirakı ilə Şəxs polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. X14 sualları cavablandırıraq bildirdi ki, Şəxs hərəkətlərindən şübhələndiklərindən onu narkoloji ekspertizadan keçirmək üçün Gəncə şəhər Nakroloji Dispanserinə aparmışlar və nəticə pozitiv çıxmışdır. Onlar Seymurun narkotik vasitənin təsiri altında olmasından şübhələnmişlər. İş materiallarında olan 09 avqust 2024-cü il tarixdə rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Rauf Raufzadə tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəisi Vəfalı Həsənalıyevə ünvanlanmış raportdan görünür ki, RPŞ-in Təhqiqat Bölməsində araşdırması aparılan material ilə əlaqədar olaraq, Ağdaş şəhəri M.İsayev küçəsi ev 35-də qeydiyyatda olan xx.xx.1976-cı il təvəllüdlü Şəxs izahatının alınması məqsədi ilə RPŞ-in ТВ-nə gətirilməsi barədə raport daxil olmuşdur, eyni zamanda eyni məzmunlu raportun icrası RPŞ-in DYP-də həvalə edilmişdir. Daxil olmuş raportun icrası ilə bağlı Ağdaş RPŞ-in DYB-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə saat 13:45 radələrində Şəxs idarə etdiyi X15” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş şəhəri, M.İsayev küçəsində hərəkətdə olarkən Ağdaş RPŞ-in DYB-in YPX-in inspektoru polis baş serjantı Emin Qasımov tərəfindən saxla əmiri verilərək saxlanılmış, ona RPŞ-in ТВ-də aparılan araşdırma materialı ilə bağlı RPŞ-in ТВ-nə getməsi izah olunmuş, lakin sonuncu RPŞ-nə getməyəcəyini bildirmişdir. Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün YPXin əməkdaşı Emin Qasımov tərəfindən ərazidə xidmət aparan PPXB naryadlarına eyni zamanda ona məlumat vermiş və o, dərhal həmin ünvana getmişdir. Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün RPŞ-nə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxs barəsində 24 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan 09 avqust 2024-cü il tarixli raoportdan görünür ki, Şəxs polisin qanuni tələbinə tabe olmadığı üçün Ağdaş rayon Polis Şöbəsinə gətirilən zaman onun narkotik vasitənin təsiri altında olması müəyyən olunmuşdur. İş materiallarında olan 10 avqust 2024-cü il 10 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində 10 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş ******* nömrəli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş ******* nömrəli inzibati xəta haqqında protokolları imzalamaqdan imtina etmişdir. İş materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 09 avqust 2024-cü il tarixli, 1331 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomoniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 09 avqust 2024-cü il tarixli, 2798/2024 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoldan görünür ki, Şəxs sidiyində 5 parametrdə THC (marixuana) aşkar edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 09 avqust 2024-cü il tarixdə saat 14:25-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xətanı narkotik vasitənin təsiri altında törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmadığını, məsuliyyətini ağırlaşdıran halı nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli, ona inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiqdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs həbsetmənin əvvəli 09 avqust 2024-cü il tarixdən, saat 14:25-dən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 1 (bir) ay müddətə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 09 avqust 2024-cü il tarixdən saat 14:25-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Aygün Mürsəlovaa
Məhkəmə qərarları › İş №3(014)-385/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-385/2024
10.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver