Məhkəmə qərarları › İş №3(014)-386/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-386/2022

29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-386/2022 29.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1970-ci ildə Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri “Samirə” şadlıq sarayının arxasında Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X1 12 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, qonşuluğunda Mülkəsahib adlı şəxs yaşayır. Onun Calal və Vüsal adında iki oğlu vardır. Bir müddətdir ki, münasibətləri pisləşmişdir. Belə ki, onların həyətinə gedən kiçik su arxı onun həyətindən keçir. Həmin su arxı onun həyətindən əvvəl başqa qonşuların həyətindən də keçir. Lakin su onun həyətindən sonra paylaşır. Onun həyətindən sonra isə Mülkəsahib və onun qardaşının həyəti yerləşir. Həmin şəxslərə suyu onun həyətində deyil, 10 metr irəli keçdikdən sonra öz həyətlərindən 2 qardaş paylaşmaqlarını söyləmişdir. Lakin həmin şəxslər onunla razılaşmamışlar və suyu onun həyətindən paylaşıb aparacaqlarını söyləmişlər. Bu səbəbdən aralarında narazılıq yaranmışdır. Həmin qonşular suyun paylaşılan yerini ona aid olmadığını iddia edirlər. Həmin şəxslərə topaq sahəsinin ona məxsus olduğunu və yetərincə sənədlərinin olmasını deməsinə baxmayaraq, onları başa sala bilmir. Bu barədə məhkəmədə iddia qaldırmış və hazırda bu barədə Ağdaş Rayon Məhkəməsində araşdırma aparılır. Buna baxmayaraq, Mülkəsahibin övladları tez-tez onun həyətinə keçirlər və münaqişə yaradırlar. Onları öz həyətindən çıxara bilmir. Sonuncu dəfə mübahisələri xx.xx.2022-ci il tarixdə baş vermişdir. Həmin gün təxminən saat 16:00 radələrində Mülkəsahibin oğlanları və ailə üzvləri həyətinin giriş hissəsinə qoyduğu taxta qapının qıfılını qırıb onun həyətinə daxil olmuşlar. Gedib həmin şəxslərə niyə belə hərəkət etdiklərini deyəndə, onlar onunla mübahisə etməyə başlamışlar. Həmin vaxt onları öz həyətindən çıxarmışdır. Bundan sonra qapının vəziyyətinə baxmış, qapının kilidinin qırıldığını və yarasız hala salındığını görmüşdür. Bundan əlavə qapının dəmir hissəsi də təpiklə vurulub əzilmişdir. Ona görə də Azərbaycan Respeblikasının DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Mülkəsahibin həyətinə gedən suyu kəsməmiş, sadəcə həmin şəxslərin ona məxsus həyətə daxil olmalarını istəməmişdir. Suyu onun həyətindən deyil, 10 metr irəlidə öz həyətlərindən bölüşdürmələrini söyləmişdir. Ona məxsus həyətdən su bir neçə yerə ayrılır. Həmin ayrılan sahələr də Mülkəsahibin və onun qohumlarının həyətidir. Lakin həmin şəxslər onunla razılaşmamışlar. Bir neçə il bundan əvvəl Mülkəsahib ondan 15 metr uzunluğunda boru almışdır. Onlara həmin borunu qaytarmağı söyləmiş, lakin həmin şəxlsər özlərindən razı tərzdə borunu qaytarmayacaqlarını söyləmişlər. Ona görə də 2022-ci ilin may ayından etibarən suyun qarşısını kəsmişdir. Mübahisə zamanı Mülkəsahib və onun oğlanları ona məxsus taxta qapıya təxminən 45 manat dəyərində ziyan vurmuşlar. Mübahisə vaxtı Nazxanım Xəlilovaya nalayiq söyüşlər söymüşdür. xx.xx.2022-ci il tarixdə “Samirə” şadlıq sarayında toy məclisində olarkən Calalı orada görmüşdür. Calal şadlıq sarayının arxa tərəfindən dayanmışdır. Bundan bir neçə gün əvvəl qızının tələbə yoldaşları gəlib onun həyətində dincələrkən Calal kənardan durub həmin qızlara söz atıb işarə etmişdir. Bu hərəkət də onun xoşuna gəlməmişdir. Həmin vaxt Calal ondan qaçıb gizlənmişdir. Calalı şadlıq sarayının arxa tərəfində görərkən ona yaxınlaşıb sillə ilə vurmuşdur. Calal da həmin vaxt qaçıb ondan uzaqlaşmışdır. Həmin vaxt orada onlardan başqa bir nəfər ofisiant keçmiş, başqa heç kim olmamışdır. Calalı ani bir vaxtda görmüş və vurmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun qonşusudur. Uzun müddətdir ki, aralarında narazılıq vardır. Yaşadıqları evin qarşısında boş bələdiyyə torpaq sahəsi vardır. Həmin torpaq sahəsini Qənimət öz həyətinə birləşdirmişdir. Yaşadıqları evin həyətinə arx suyu da həmin yerdən keçir. Qənimət də həmin torpaq sahəsinin giriş hissəsinə taxtadan qapı düzəldib qoymuş və onları ora buraxmayaraq suyu açmağa imkan vermir. Sudan ancaq Qənimət özü istifadə edir. Bu barədə məhkəməyə müraciət etmişlər. Məhkəmə qərarına əsasən həmin taxta qapı 48 metr arxadan qoyulmalıdır. Lakin Qənimət yenə də həmin qapını geri çəkmir və onları həmin sahəyə buraxmır. Bu səbəbdən tez-tez aralarında mübahisə baş verir. Sonuncu dəfə mübahisələri xx.xx.2022-ci il tarixdə baş vermişdir. Həmin tarixdə Ağdaş şəhərində yerləşən “Samirə” şadlıq sarayında toy məclisində iştirak etmişdir. Qənimət də həmin vaxt toy məclisində olmuşdur. Toy vaxtı Qənimət onu şadlıq sarayının arxa tərəfində aparmış və təpiklə onun sinə və qarın nahiyəsindən 2 dəfə vuraraq ona xəsarət yetirmişdir. Sonra bu barədə qardaşı arvadı Nazxanım Xəlilovaya demişdir. Nazxanım da həmin vaxt Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Qənimət əvvəllər də onu döyəcəyi ilə hədələmiş və ailə üzvlərinə söyüşlər söymüşdür. Bu barədə Ağdaş RPŞyə müraciət etmişlər. Qənimət 2 dəfə təpiklə onun qarın və sinə nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Dava-dalaş “Samirə” şadlıq sarayının arxa tərəfində baş vermişdir. Həmin vaxt orada sarayın ofisiantı olmuş və Qənimətə onu daha çox döyməyə imkan vermişdir. Qənimətə məxsus qapının qıfılını qırmamışdır. Həmin qapının qıfılı olmamışdır. xx.xx.2022-ci il tarixdə Nazxanım Xəlilova həmin taxta qapını açıb və həyətə su açmaq istəmişdir. Qənimət də həmin vaxt Nazxanıma və digər ailə üzvərinə söyüşlər söymüşdür. Həmin taxta qapının qıfılı olmamış, üstündə olan dəmir parçası vasitəsilə açılıbbağlanmışdır. Nazxanım da həmin taxta qapını deyilən formada açmışdır. Qeyd olunanlara əsasən Şəxs ciddi tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri “Samirə” şadlıq sarayının arxasında Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 13 iyun 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 29 iyul 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 13 iyun 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar