Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-386/2023 06.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi ilə xx.xx.1982-ci ildə Ağdaş rayonunun Kotavan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonu Kotavan bələdiyyəsinin sədri vəzifəsində işləyən, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ağdaş rayonu Kotavan bələdiyyəsinin sədri Şəxs tərəfindən bələdiyyənin xx.xx.2023-cü il tarixli, 16 saylı, xx.xx.2023-cü il tarixli, 17 saylı, xx.xx.2023-cü il tarixli, 18 saylı iclas protokolları qanunla müəyyən edilmiş vaxt ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin materiallarında olan 05 may 2023-cü il tarixli, 16 saylı iclas protokolundan görünür ki, Ağdaş rayonu Kotavan bələdiyyəsi iclas keçirərək Kotavan Bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin icrası ilə əlaqədar Kotavan Bələdiyyəsinin nəzdində inşa ediləcək heyvandarlıq kompleksinin tikintisi üçün bələdiyyənin cari hesabından "xxxx" MMC-nin X3 filialındakı hesabına əlavə olaraq 60000 (altmış min) manatın köçürülməsi, bələdiyyə sədrinə tövsiyyə edilsin ki, qərarın icrasını təmin etmək məqsədilə aidiyyatı üzrə tapşırığın verilməsi, qəbul edilmiş qərarın surətinin Göyçay Regional Ədliyyə idarəsinə göndərilməsi qərara alınmışdır. İşin materiallarında olan 15 may 2023-cü il tarixli, 17 saylı iclas protokolundan görünür ki, Ağdaş rayonu Kotavan bələdiyyəsi iclas keçirərək Kotavan Bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin icrası ilə əlaqədar Kotavan Bələdiyyəsinin nəzdində inşa ediləcək heyvandarlıq kompleksinin tikintisi üçün bələdiyyənin cari hesabından "xxxx" MMC-nin X3 filialındakı hesabına əlavə olaraq 30000 (otuz min) manatın köçürülməsi, bələdiyyə sədrinə tövsiyyə edilsin ki, qərarın icrasını təmin etmək məqsədilə aidiyyatı üzrə tapşırığın verilməsi, qəbul edilmiş qərarın surətinin Göyçay Regional Ədliyyə idarəsinə göndərilməsi qərara alınmışdır. İşin materiallarında olan 17 may 2023-cü il tarixli, 18 saylı iclas protokolundan görünür ki, Ağdaş rayonu Kotavan bələdiyyəsi iclas keçirərək:
1. Kotavan Bələdiyyəsinin mülkiyyətində olan, KPİ-ı fonduna aid 1200 kv.m və ya 0,12 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınma proseduruna başlanılması, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınma proseduruna başlanması üçün ƏMDX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edilməsi, qərarın icrasına nəzarətin bələdiyyə sədri Şəxs həvalə edilməsi;
2. Kotavan Bələdiyyəsinin mülkiyyətində olan, KPİ-ı fonduna aid 1200 kv.m və ya 0,12 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınma proseduruna başlanılması, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınma proseduruna başlanması üçün ƏMDX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edilməsi, qərarın icrasına nəzarətin bələdiyyə sədri Şəxs həvalə edilməsi;
3. Kotavan bələdiyyəsinin alqı-satqıpredmeti olan Kotavan bələdiyyəsinin mülkiyyətində olan, KPİ-ı üçün nəzərdə tutulmuş 0,12 ha və 1200 kv.m torpaq sahəsinin yerquruluşu planının işlənib hazırlanması və rəy alınması üçün ƏMDX-i yanında DƏDRX-nin 17 saylı Yevlazx Ərazi İdarəsnə müraciət edilməsi, bu işlərə nəzarətin bələdiyyə sədrinə həvalə edilməsi, qəbul edilmiş qərarın surətinin Göyçay Əldiyyə İdarəsinə göndərilməsi;
4. Kotavan bələdiyyəsinin alqı-satqı predmeti olan Kotavan bələdiyyəsinin mülkiyyətində olan, KPİ-ı üçün nəzərdə tutulmuş 0,12 ha və 1200 kv.m torpaq sahəsinin yerquruluşu planının işlənib hazırlanması və rəy alınması üçün ƏMDX-i yanında DƏDRX-nin 17 saylı Yevlazx Ərazi İdarəsnə müraciət edilməsi, bu işlərə nəzarətin bələdiyyə sədrinə həvalə edilməsi, qəbul edilmiş qərarın surətinin Göyçay Əldiyyə İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsin əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ :
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Cavid Sultanov