Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-386/2024 13.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə3, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə2 iştirakları ilə Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati bainasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs təqsirləndirilir ondan ötrü ki, həmin hüquqi şəxs tərəfindən 18 iyul 2024-cü il tarixdə Ağdaş şəhərində Türkiyə Respublikası vətəndaşı Tozan Emirhan iş icazəsi tələb olunduğu halda bu icazə olmadan haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilmişdir. Buna görə də hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirləndirilərək barəsində 08 avqust 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(014)-386/2024 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(107)-328/2024 saylı qərarı ilə Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə3 şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 3(014)-386/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə3 izahat verərək bildirdi ki, Dövlət Miqrasiya Xidmətinin yaradılmasına dair əsasnamənin 9.9-cu bəndinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında müəyyən edilmiş müvəqqəti olma, habelə müvəqqəti və daimi yaşama, yaşayış yeri üzrə qeydiyyat qaydalarına riayət etmələri üzərində öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirmək və 9.16-cı bəndinə əsasən miqrasiya sahəsində qanunvericiliyin pozulması hallarını araşdırmaq, onlar barədə məlumatları Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürmək və aidiyyəti dövlət orqanları ilə birlikdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması üçün tədbirlər görmək, zəruri hallarda miqrasiya sahəsində qanunvericiliyi pozmuş əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada tutmaqdır. Qeyd olunan hallara nəzarət məqsədi ilə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilməkdədir. Ağdaş şəhərində qeyd olunan hallara nəzarət keçirilən zaman Türkiyə Respublikası vətəndaşı X11 sənədlərinə baxış keçirmək üçün X3 İdarəsinin əməkdaşları tərəfindən 08 avqust 2024-cü il tarixdə saxlanılmış və şəxs verilən suallara cavab olaraq Şəxs MMC-yə iş məqsədi ilə gəldiyini bildirmişdir. Şəxsin sistem üzrə məlumatlarının tam dəqiqləşdirilməsi və əmək fəaliyyəti ilə bağlı müvafiq icazənin olubolmamasının araşdırılması barədə idarəyə dəvət olunmuş, Emirhan Tozan idarədə olarkən ona tərcüməçi təqdim olunmuş, lakin özü azərbaycan dilində yazıb-oxuduğunu bildirərək tərcüməçidən imtina etmişdir. Həmin şəxsə azərbaycan dilində hüquq və vəzifələri izah edilmiş və o, hüquq və vəzifələrini başa düşdükdən sonra verilmiş sualları öz sərbəst iradəsi ilə yazılı şəkildə cavablandırmışdır. Yazılmış izahatın sərbəst şəkildə şəxs tərəfindən yazıldığını izahatın yazılışına baxarkən görmək mümkündür. Emirhan Tozan həmin MMC-yə aqronom olaraq gəldiyini, hazıradək 200 manat məbləğində avans aldığını, 1700 manat əmək haqqına razılaşdığını və ay sonunda da 1500 manat alacağını bildirmişdir. Şəxsə yaşayış sahəsi vermiş şəxs MMC-nin direktoru Elxan bəydir. Həmçinin şəxs izahatında da bildirmişdir ki, onun Azərbaycanda qalmaq üçün bütün xərclərini Elxan bəy qarşılayır. MMC-nin direktoru MMC-yə dəvət olunmuş, Emirhan Tozanın onun şirkətində işləməsini etiraf etdiyi ona bildirilmişdir. Elxan bəy isə şəxsin Türkiyə tərəfindən başqa şirkətə göndərildiyini, onun tərəfindən əmək haqqı verilmədiyini və digər halları əsas gətirərək, sonda izahat verməkdən imtina edərək idarəni tərk etmişdir. Emirhan Tozan barəsində İnzibati Xətalar Məcəlləsinin 575.1-ci maddəsi ilə icraat başlanılaraq, qanunsuz əməllərinə davam etməməsi üçün inzibati qaydada ölkə hüdudundan kənara çıxarılmış və həmin qərar icra olunmuşdur. Vəzifəli şəxs tərəfindən müəyyən ittiham irəli sürülsə də, həmin hallar öz təsdiqini tapmır. Miqrasiya Xidmətinin əsas məqsədləri yerli əmək fəaliyyətlərindən səmərəli istifadə olunmasının təmin olunması və sair halları nəzərə alaraq heç bir vətəndaşı təzyiqlə izahat yazdırmaq, xəta olmadığı halda kimisə məsuliyyətə cəlb etmək məqsədi güdmək deyil, tənbeh tədbiq edərkən əsas məqsəd pozuntu hallarının qarşısını almaq və bu cür pozuntuların yol verilməsindən həm fiziki, həm də hüquqi şəxsləri çəkindirməkdir. İzahat əcnəbi tərəfindən tam sərbəst şəkildə yazılmışdır. İzahatdan da aydın görünür ki, hüquqi şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinin tələbləri pozulmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, inzibati xəta 18 iyul 2024-cü il tarixdə baş vermişdir. Belə ki, Emirhan Tozan 17 iyul 2024-cü il tarixdə Azərbaycana gəlmişdir və həmin günün sabahından onun Ağdaşa gələrək işləməsini nəzərə alaraq inzibati xətanın baş verdiyi tarix belə müəyyənləşdirilmişdir. Bu səbəbdən də Şəxs MMC-nin barəsində 08 avqust 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunarkən inzibati xətanın baş verdiyi tarix 18 iyul 2024-cü il olaraq göstərilmişdir. Görstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri görülməsi məhkəmədən xahiş olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, Türkiyə vətəndaşı Emirhan Tozan bir il yarım əvvəl Azərbaycan qonaq kimi gəlmiş və yenidən öz vətəninə qayıtmışdır. Həmin şəxs onun işçisi olan Muhammed Edva ilə yaxın dostdur və Muhammedin xahişi ilə onu öz evinə qeydiyyata salmışdır. Eyni zamanda, X5 Fateh adlı şəxsin şirkətində rəsmi işçidir və həmin şirkətlə heç bir əlaqələri yoxdur. Belə ki, həmin şirkət Fatehin özünə məxsusdur. Tozan Emirhan məzuniyyətdə olduğundan Muhammed Edva ilə əlaqə saxlayıb Azərbaycanın şəhərlərini gəzmək məqsədi ilə Azərbaycana gəlmişdir. Onun əməkdaşlarının işərisində əcnəbi vətəndaşlar da var, həmin şəxsləri qanuni əsaslarla işlə təmin edir və bugünə qədər heç bir problemi olmamışdır. X8 Edva ilə birlikdə marketdən su alıb çıxarkən Miqrasiya Xidmətinin əməkdaşları onu qanunsuz olaraq özlərinə məxsus avtomobilə mindirib aparmışlar. Onların şirkətləri Ağdaş rayonu, Gürcuva kəndi yolunun üzərində yerləşir. Şəxslər isə Bakı-Şamaxı-Yevlax yolunda, Best marketin önündə saxlanılmışlar. Miqrasiya Xidməti əməkdaşlarının əcnəbi vətəndaşı saxlamaq, sənədlərinin yoxlanılması üçün baxış keçirmək, hər hansı qanunsuzluq aşkar edildiyi halda özləri və ya polis əməkdaları tərəfindən aparılması kimi səlahiyyətləri var. Lakin həmin şəxsin və yanında olan digər türk vətəndaşının sənədləri yoxlanılmadan həmin yerdən aparılmış və kənar mühitlə əlaqəsi kəsilmişdir. O, Emirhan Tozanı cəmi iki dəqiqə olmaqla rəis müavinin yanında görmüşdür. X6 getdikdən sonra onunla əlaqə saxlaya bilmiş, ona idarədə olarkən heç bir şey anlamadığını, tərcüməçi istədiyini və tərcüməçi ilə təmin olunmadığını, pxisoloji təzyiq altında nə deyilibsə onu da yazdığını və nə baş verdiyini başa düşmədiyini bildirmişdir. Həmin izahat oxunarkən izahatın təsir altında yazıldığı məlum olur. Həmin sözlər həmin şəxsə aid deyil və kənardan deyilən sözlərdir. Hazırki iş üzrə çox qanunsuzluqlar var. Onun barəsində protokol tərtib olunmuş, lakin ona bu barədə məlumat verilməmiş, özü Miqrasiya Xidmətinə getmiş, Emirhan Tozanla görüşmək üçün, orada baş verənlərdən məlumatı olmuş, ilkin hadisə ilə əlaqədar onun izahatı belə alınmamış, onun fikri belə öyrənilməmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını araşdırıb hesab edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin materiallarında olan 08 avqust 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, 18 iyul 2024-cü il tarixdə Ağdaş şəhərində Türkiyə Respublikası vətəndaşı Tozan Emirhan hüquqi şəxs Şəxs tərəfindən iş icazəsi tələb olunduğu halda bu icazə olmadan haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilmişdir. İşin materiallarında olan Türkiyə vətəndaşı X12 08 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə vermiş olduğu izahatından görünür ki, o, ilk dəfə Azərbaycana Ağdaşda fəaliyyət göstərən Şəxs MMC şirkətinin dəvəti üzərinə gəlmişdir. Özü ixtisaslı aqronomdur. O, gəldiyi gündən Şəxs MMC-nin direktoru Nümayəndə2 evinə qeydiyyata düşmüş və orada yaşamışdır. Azərbaycan ilk gədiyində 7 gün Şəxs MMC-də işləmişdir. Maaş olaraq da Şəxs MMC-nin direktoru Nümayəndə2 250 manat vermişdir. 17 iyul 2024-cü il tarixdə yenidən Şəxs MMC-nin dəvəti üzərinə Azərbaycana gəlmiş və gəldiyi gündən Şəxs MMC-də aqronom işləmişdir. Hər gün saat 09:00-dan 18:00-dək işləmişdir. Onun Azərbaycanda qalacaq, yatacaq, yemək borcları Şəxs MMC-nin direktoru Elxan bəy tərəfindən qarşılanmışdır. Gördüyü işlərin qarşılığında Şəxs MMC tərəfindən ay sonuna 1500 manat alacaqmış. Bu günə qədər 200 manat avans almışdır. İşin materiallarında olan Türkiyə Cumhuriyyeti tərəfindən verilmiş A43S98366 seriya nömrəli kimlik kartının surətindən görünür ki, X10 Cumhuriyyəti vətəndaşıdır. İşin materiallarında olan hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş məlumat vərəqindən görünür ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 aprel 2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmışdır (VÖEN **********). İşin materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş məlumat vərəqəsinin surətindən görünür ki, Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə2dur. İşin materiallarında olan Şəxs MMC-nin təsisçilərinin 01 iyun 2024-cü il tarixli 01 nömrəli qərarının surətindən görünür ki, Cəmiyyətdə baş vermiş direktor dəyişilməsi ilə bağlı ərizə ilə İqtisadiyyat Nazirliyi yanında X7 9 saylı Ərazi Vergilər İdarəsinə müraciət edilməsi, Cəmiyyətin yeni direktoru Nümayəndə2 həvalə edilmişdir. İşin materiallarında olan Əcnəbilərin və Vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə 82008388 nömrəli bildirişin surətindən görünür ki, 30 iyul 2024-cü il tarixdə Tozan Emirhan 15 oktyabr 2024-cü il tarixədək ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Həmin bildirişin işin materiallarına əlavə olunmuş nüsxəsi imzalanmamasına və müvafiq möhürlə təsdiqlənməməsinə baxmayaraq, həqiqiliyini tərəflər mübahisələndirilməmişdir. İşin materiallarında olan **********256 nömrəli elektron bilet qəbzindən görünür ki, Tozan Emirhan 17 iyul 2024-cü il tarixdə, saat 12:50-də X14 Limanından uçuş etməklə həmin tarixdə saat 16:50-də Heydər Əliyev adina X2 Azərbaycana daxil olmuşdur. İşin materiallarında olan **********101 nömrəli elektron bilet qəbzindən (həmin məlumat Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışla da təsdiq olunur) görünür ki, Nümayəndə2 20 iyul 2024-cü il tarixdə, saat 10:40-da X15 Limanından uçuş etməklə həmin tarixdə saat 14:30-da X4 Aeroportundan Azərbaycana daxil olmuşdur. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Tozan Emirhan məzuniyyətdə olduğundan Muhammed Edva ilə əlaqə saxlayıb Azərbaycanın şəhərlərini gəzmək məqsədi ilə 17 iyul 2024-cü il tarixdə, saat 12:50-də X14 Limanından uçuş etməklə həmin tarixdə saat 16:50-də Heydər Əliyev X2 Azərbaycana gəldiyini, bir neçə gün Bakı şəhərində qaldıqdan sonra Ağdaş rayonuna gəldiyini, burada 08 avqust 2024-cü il tarixdə Muhammed Edvanın iş yerinə gələrək onunla birlikdə Ağdaşı gəzmək məqsədi ilə çıxdıqlarını, bu zaman Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığını, o, Miqrasiya Xidmətinin əməkdaşlarına Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsini təqdim etdiyini, bundan sonra avtomobilə mindirilərək Yevlax rayonuna Miqrasiya Xidmətinə aparıldığını, yolda ona mobil telefonunu söndürməsini bildirildiyini, burada ona qarşı psixoloji basqılar olduğunu, ifadəsinin Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən yazıldığını, azərbaycan dilində yazmağı bilmədiyini bildirdi. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Tozan Emirhan 17 iyul 2024-cü il tarixdə, saat 12:50-də X14 Limanından uçuş etməklə həmin tarixdə saat 16:50-də X4 Aeroportundan Azərbaycana daxil olmuş, bir neçə gün Bakı şəhərində qaldıqdan sonra Ağdaş rayonuna gəlmiş, burada 08 avqust 2024-cü il tarixdə Muhammed Edvanın iş yeri olan Şəxs MMC-yə gələrək onunla birlikdə Ağdaşı gəzmək məqsədi ilə çıxmışlar. Bu zaman Miqrasiya Xidmətinin əməkdaşları tərəfində saxlanılmış və Miqrasiya Xidmətinə aparılmışdır. Həmin tarixdə tərcüməçinin iştrakı olmadan izahatı alınmış, bundan sonra inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi tarix 18 iyul 2024-cü il qeyd edilməklə Şəxs MMC-nin barəsində 08 avqust 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda, məhkəmə iclasında müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmış (VÖEN **********) və 01 iyun 2024-cü il tarixli əmrlə Nümayəndə2 Şəxs MMC-nin direktoru təyin edilmişdir. Nümayəndə2 20 iyul 2024-cü il tarixdə, saat 10:40-da X15 Limanından uçuş etməklə həmin tarixdə saat 14:30da Heydər Əliyev adina X2 Azərbaycana daxil olmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən Türkiyə Respublikasının vətəndaşı X13 MN ******* №-li inzibati xəta haqqında protokolda qeyd edildiyi, 18 iyul 2024-cü il tarixdə işə cəlb edilməsi iş materialları, eləcədə proses iştrakçılarının məhkəmədə verdikləri izahatları ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.4. Bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. 18.5 Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6. Bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hazırkı halda hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs Nümayəndə2 olmuşdur. Nümayəndə2 isə ümumiyyətlə inzibati xəta haqqında protokolda göstərilən 18 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasında olmamışdır. Bundan başqa, işin halları ilə Emirhan Tozanın da inzibati xətanın törədilməsində təqsirləndirildiyi tarixdə Ağdaş rayonunda olmaması müəyyən edilir. Belə ki, Emirhan Tozan özü də videomüraciətində bildirmişdir ki, Azərbaycana gəldikdən (xx.xx.2024) sonra bir neçə gün Bakı şəhərində olmuşdur. Məhkəmə xüsusilə onu da vurğulayır ki, hazırkı inzibati xəta haqqında protokolda yeganə sübut kimi Emirhan Tozanın özünün barəsində olan başqa inzibati xəta haqqında iş üzrə vermiş olduğu izahatına istinad olunmuşdur. Halbuki, qeyd olunan izahatın məzmunundan asılı olmayaraq həmin izahatın hazırkı iş üzrə heç bir pryedusial əhəmiyyəti ola bilməz. Belə ki, Emirhan Tozanın barəsində olan inzibati xəta haqqında iş üzrə Şəxs MMC tərəf olmamış, Emirhan Tozanın isə Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə izahatı alınmamışdır. Şəxsin isə onun əleyhinə izahat vermiş şəxsə suallar vermək, həmin izahatlarla tanış olmaq kimi hüquqları vardır. Hazırkı halda isə başqa iş üzrə verilmiş izahatın surəti çıxarılaraq bu işə əlavə edilmiş, ona sübut kimi istinad edilmiş və yalnız bu sübut əsasında Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin həmin izahatlarla tanış olmaq, şəxsə suallar vermək, bu barədə öz etiraz və dəlillərini təqdim etmək imkanlarından məhrum olmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsinə əsasən mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Göründüyü kimi inzibati xətalar haqqında qanunvericilikdə pryedusiya ümumiyyətlə nəzərdə tutulmasa da, cinayət prosessual qanunvericilikdə isə yalnız məhkəmə qərarlarının pryedusial əhəmiyyəti qeyd olunmuşdur. Belə olan halda isə bu mənada da başqa şəxs (Emirhan Tozan) barəsində olan inzibati xəta haqqında qərarın və həmin qərar qəbul edilərkən verilmiş izahatların hazırkı iş üzrə heç bir pryedusial əhəmiyyəti ola bilməz. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə3 izahatında Emirhan Tozanın özü barəsində olan qərarı mübahisələndirmədiyini bildirmişdir. Bununla bağlı da məhkəmə qeyd edir ki, Emirhan Tozan xarici ölkə vətəndaşıdır. İnzibati qaydada cərimə olunmaqla Azərbaycan Respublikasının hüdudlarından 5 il müddətində kənarlaşdırılmışdır. Qanunvericiliyə görə isə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmin 5 il müddətində isə Emirhan Tozan onsuz da Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldığından, onun üçün həmin qərar az əhəmiyyət kəsb edə bilər. Lakin Tozanın özünün də bildirdiyi kimi Nümayəndə2 rəhbəri olduğu hüquqi şəxsin onun təzyiq altında verdiyi izahat nəticəsində məsuliyyətə cəlb edilməsi onu narahat edir. Belə olan halda isə Emirhan Tozanın özü barəsində olan qərarı mübahisələndirməməsi Şəxs MMC-nin birmənalı olaraq məsuliyyətə cəlb edilməsinin əsası kimi çıxış edə bilməz. Qeyd olunanlarla yanaşı, Emirhan Tozanın istinad olunan izahatında türk dilində olmayan “aqronom” sözünün işlədilməsi, həmin izahatın öz sözləri ilə sərbəst yazılmasını şübhə altına alan hallardandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, inzibati xətanın olmasını və inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün iş üzrə sübutları məhkəməyə təqdim etmədiyindən, inzibati qanunvericiliyinin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməklə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikasının İXM-in 578.1-ci ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında başlanmış icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-386/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-386/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver