Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-387/2024 13.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X6, Ağdaş Rayon Polis Şöbəsinin X1 polis sahə rəisi X2, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1991-ci ildə Ağdaş rayonu, Aşağı Abad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi qaydada işləyən, Ağdaş rayonu, Abad kəndində qeydiyyatda olan və yaşayan həmin ünvanda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 13 avqust 2024-cü il tarixdə, saat 09:00-da Ağdaş şəhəri, H.Əliyev prospektində ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və buna görə də Şəxs barəsində 13 avqust 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X7 bildirdi ki, Şəxs 13 avqust 2024-cü il tarixdə, saat 09:00-da Ağdaş şəhəri, H.Əliyev prospektində küçədə ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, buna görə də 13 avqust 2024-cü il tarixdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Daha sonra məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X7 bildirdi ki, Şəxs 13 avqust 2024-cü il tarixdə saat 09:20-də növbətçi hissədə qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 12 avqust 2024-cü il tarixdə saat 09-10 radələrində onun mobil telefonuna tanımadığı nömrədən zəng gəlmiş, qapıda olduqlarını və çölə çıxmalı olduğunu bildirmişlər. O da zəng edən şəxsin kimliyini soruşduqda prokurorluqdan Elman müəllimin köməkçisi olduğunu bildirmişlər. Onun bələdiyyə ilə əlaqədar Ağdaş rayon prokurorluğunda işi var idi. O, zəng edən şəxsə evdə olmadığını, hava sərin olduğundan heyvanları otardığını, sabah mütləq gələcəyini bildirmişdir. Daha sonra onun evinə adam göndərərək atasına zəng etdirmişlər. Səhər evdən çıxaraq prokurorluğa gələn zaman yanacaqdoldurma məntəqəsinə çatmış yenidən həmin nömrədən zəng gəlmiş və ondan harada olduğunu soruşmuşlar. O da yolda olduğunu və Polis Şöbəsinə gəldiyini bildirmişdir. Ona zəng edən şəxs ona bazarın yanında gözləməsini, şöbəlik bir işinin olmadığını bildirmişdir. O, zəng edən şəxsin göstərişinə əsasən ona deyilən yerdə düşmüş və polis əməkdaşlarının idarə etdiyi avtomobilə əyləşdikdə polis əməkdaşı ona söyüş söyərək təhqir etməyə başlamışdır. O, da polis əməkdaşına söyüşlərini sonlandırmasını, ondan yaşca böyük olduğunu və vətən müharibəsi iştirakçısı olduğunu bildirdikdən sonra bacısının ona zəng etdiyini görüb zəngi açaraq telefonu cibinə qoymuşdur. Polis əməkdaşı yenə ona söyüşlər söyərkən o, həmin əməkdaşdan söyüş söyməməsini tələb etmiş və maşını saxladaraq maşından düşmüşdür. Maşından düşdükdən sonra həmin əməkdaşdan günahının nə olduğunu hansı xətanı törətdiyini soruşmuş və əgər hər hansı bir xətası varsa şöbəyə aparıb və ya məhkəməyə çıxarılmasını tələb etmişdir. Həmin vaxt polis əməkdaşları ona qarşı zor tətbiq etmişlər. O, bir dəfə də olsa polis əməkdaşlarına qarşı çıxmamış və ya nalayiq ifadələr işlətməmişdir. Polis əməkdaşları prokurorluq əməkdaşı adından onu çağırsalar da ona çağırışa dair heç bir sənəd verməmişlər. Şəxs məhkəmə iclasında sualları cavablandırarkən bildirmişdir ki, ərizəsinə əsasən Prezidentin sərəncamı ilə ona bələdiyyədən torpaq sahəsi ayrılmışdır. O da dayısı ilə danışmış və həmin torpaq sahəsində çəltik əkmək qərarına gəlmişdir. Bələdiyyəyə ilə danışıb razılaşmışlar. Bundan sonra bələdiyyə torpağına ziyan vurulmasına dair polis şöbəsinə çağırılmış və izahatı alınmışdır. O, avtomobildən düşüb qaçmaq istədikdə ətrafda xeyli sayda insan var idi, yəni 30-40 nəfərə yaxın. O, polis əməkdaşlarının əllərindən çıxıb qaçmağa çalışarkən insanların diqqətini cəlb etmişdir. O, saat 9-10 radələrində Ağdaş rayon Polis Şöbəsinin binasına daxil olmuşdur. Şəxs qeyd olunanların nəzərə alınıb, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ağdaş rayon X13 Bölməsində araşdırılan cinayət işi ilə əlaqdar Şəxs 13 avqust 2024-cü il tarixdə saat 09:00 radələrində Ağdaş şəhəri, Heydər Əliyev prospektində Ağdaş rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Kaman Qələndərli ilə birlikdə izahatının alınması ilə əlaqədar şöbəsinə gətirərkən Nurlan işıqforda avtomobildən düşüb küçədə insanların yanında ucadan qışqırıb ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Ondan sakit olmasını tələb edib, nizam-intizama dəvət edib ictimai qaydanı pozmamasını bildirsələr də, həmin şəxs onlara əhəmiyyət verməyərək öz qanunsuz hərəkətlərinə davam etmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Rauf Raufzadə sualları cavablandırarkən bildirdi ki, onlar ərazidə olarkən Nurlana onlara məxsus maşına əyləşməsini və birlikdə polis şöbəsinə gətməli olduğunu bildirdikdə o, etiraz edərək onlarla polis şöbəsinə getmək istəmədiyini bildirmişdir. Onları itələyib qaçmağa çalışmışdır. Onu avtomobilə əyləşdirmək üçün polis əməkdaşlarından kömək çağırmışlar və həmin vaxt fiziki güc tətbiq etmişlər. Lakin ətrafda insanlar da olmuş onlar Şəxs qarşı zor tətbiq edərək onu döyməmişlər. Onlar Şəxs 09:20də polis şöbəsinə gətirmişlər. X4 Rauf Raufzadə ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 13 avqust 2024-cü il tarixdə Ağdaş rayon X10-Axtarış Bölməsinin əməliyyat müvəkkili Kaman Qələndərov tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, Ağdaş rayon X13 Bölməsində araşdırılan cinayət işi ilə əlaqdar Şəxs 13 avqust 2024-cü il tarixdə saat 09:00 radələrində Ağdaş şəhəri, Heydər Əliyev prospektində Ağdaş rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Kaman Qələndərli ilə birlikdə izahatının alınması ilə əlaqədar şöbəyə dəvət edən zaman həmin şəxs küçədə insanların yanında ucadan qışqırıb ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Ona sakit olmasını bildirib nizam nizam-intizama dəvət etmişlər, ictimai qaydanı pozmamasını tələb etmişlər. Həmin şəxsə qarşılıqlı davranış və birgə yaşayış qaydalarını izah etmişlər. Ona dəfələrlə nizam-intizamlı olmasını bildirsələr də həmin şəxs onlara əhəmiyyət verməyərək öz qanunsuz hərəkətlərini davam etdirmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxs AR İXM-nin 510 və 535.1-ci maddələrinin tələbini pozduğu üçün onun barəsində qanuni tədbir görülməsi üçün Ağdaş RPŞ-nin inzibati binasına gətirmiş və Növbətçi Hissəyə təhvil vermişdir. İş materiallarında olan İ-2337 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında hər hansı bir inzibati xəta törətmədiyini bildirsə də məhkəmə hesab edir ki, o, özünü müdafiə etmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə bu cür izahat verir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən Şəxs himayəsində iki azyaşlı övladının olmasını, X11 veteranı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs 13 avqust 2024-cü il tarixdə saat 09:20-də inzibati qaydada tutulmuşdur. Qanunun qeyd edilən müddəalarına istinad edərək məhkəmə hesab edir ki, Şəxs təyin olunacaq cərimənin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələri nəzərə alınmaqla ona həmin Məcəllənin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-387/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-387/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver