Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-388/2022 22.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi və qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 07 may 2019-cu il tarixli, MN0343862 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə Tanrıover Can tərəfindən verilmiş şikayətə 22 avqust 2022ci il tarixdə saat 11:30-da Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tanrıover Can şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 07 may 2019-cu il tarixli MN0343862 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə 1200 (bir min iki yüz) manat məbləğində cərimə tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X6 şikayət ərizəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin MN0343862 nömrəli, 07 may 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini əsas gətirilərək 1200 manat məbləğində inzibati cərimə tətbiq edildiyini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin MN0343862 nömrəli 07 may 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsassız və qanunsuz olduğunu, X5 Xidməti tərəfindən qəbul olunmuş qərar barədə məlumatı olmadığını, həmin qərar ona təqdim olunmadığını, yalnız hazırda işlədiyi "xxxx" MMC-yə Dövlət Müfəttişliyi tərəfindən əmək haqqımdan tutulması barədə məktubundan sonra belə bir qərarın mövcudluğundan xəbəri olduğunu, buna gör də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X5 Xidməti Xidmətinin MN seriyalı ******* nömrəli 07 may 2019-cu il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, həmin qərar əsasında ona tətbiq olunmuş 1200 manat məbləğində cərimənin silinməsini, əməlimdə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məkhəmə baxışının vaxtı və yeri barədə qərardan şikayət vermiş şəxs Tanrıover Cana məhkəmə iclasının vatı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Qərardan şikayət vermiş şəxs Tanrıover Can ərizə ilə müraciət edərək, şikayətə onun iştrakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs Tanrıover Canın iştrakı olmadan məhkəmə iclasının keçrilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4 izahatında xx.xx.2019-cu il tarixdə “X2” MMC-nin işçisi X3 ilə istehsalatda bədbəxt hadisə baş verdiyini, işəgötürən Tanrıover Can tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən həmin gün X5 Xidmətinə məlumat verilmədiyini, baş vermiş bədbəxt hadisə X5 Xidməti tərəfindən yaradılmış komissiya tərəfindən təhqiqatı aparıldığını, nəticədə işəgötürən Tanrıover Can tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən baş vermiş bədbəx hadisə barədə həmin gün X5 Xidmətinə məlumat verilməməsi müəyyən edildiyini, nəticədə Tanrıover Can barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün 08 aprel 2019-cu il tarixli MN0338795 nömrəli inzibati xəta haqqında protokol tərtib edildiyini, Tanrıover Can tərəfindən həmin protokola imza etməkdən imtina edildiyini, bununla bağlı protokolda müvafiq qeyidlər aparıldığını, protokolun surətinin 09 aprel 2019-cu il tarix **********1 nömrəli məktubla Tanrıover Canın ünvanına göndərildiyini, bundan sonra Tanrıover Can barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə 07 may 2019-cu il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini və həmin qərara əsasən Tanrıover Can 1200 (bir min iki yüz) manat cərimə edildiyini, qərarın surəti 07 may 2019-cu il tarixli **********8 nömrəli məktublaTanrıover Ca ünvanına göndərildiyini və qərar qanuni qüvvəyə mindiyini, buna görə də Tanrıover Can tərəfindən verilmiş şikayətin təmin edilməməmsini xahiş etdi. Məhkəmə hesab edir ki, Tanrıover Canın qeyd edilən qərardan verdiyi şikayət geri qaytarılmamlıdır. Məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş 07 may 2019-cu il tarixli qərara əsasən Tanrıover Can Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilinib 1200 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar 07 may 2019-cu il məktubla poçt vasitəsi ilə Tanrıover Cana gödərilmişdir.Tanrıover Can şikayət ərizəsi ilə məhkəməyə 01 avqust 2022-ci il tarixdə müraciət etmişdir. Bu da Tanrıover Canın həmin qərardan qanunda nəzərdə tutulmuş qaydada on günlük şikayət vermə müddətini ötürdüyünü ehtiva edir Bundan başqa Tanrıover Can ötürülmüş müddətin bərpası barədə səlahiyyətli orqana vəsatətlə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: Həmin Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; Həmin Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir (İXM-in 57.2-ci maddəsi). İnzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir (İXM-in 57.5-ci maddəsi). İXM-in 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir (İXM-in 130.2-ci maddəsi). Həmin Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəlləsinin 131.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Göründüyü kimi, qeyd olunan maddələrin mənasına görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin inzibati xəta haqqında qərarının surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verilə bilər və əgər şikayət vaxtında verilməmişdirsə, şikayət verən şəxsin vəsatəti ilə bu müddət səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Tanrıover Can şikayət vermə müddətini ötürmüş və bu məsələ ilə bağlı səlahiyyətli orqan (vəzifəli şəxs) olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti qarşsında müddətin bərpası barədə vəsatət verilməmişdir.. Belə ki, məhkəmənin mövqeyinə görə, İXM-in 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş hallardır və prosessual müddətlərin buraxılıb-buraxılmamasının müəyyən edilməsi ilə bağlı məsələlər İXM-in 130.2-ci maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilməlidir. İXM-in 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsi həll edilir. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir (İXM-in 132.2-ci maddəsi). Hazırda qüvvədə olan İXM-də yuxarıda bəhs edilən vəziyyətdə məhkəmə tərəfindən hansı qərarların qəbul edə bilməsinin dairəsi və hədləri müəyyən edilməmişdir. Lakin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 noyabr 2021-ci il tarixli qərarında həmin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016cı il 2 noyabr tarixli Qərarına istinad edilməklə qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Beləliklə, baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyri-müəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) XLVİİ fəsli məhkəmələrin hökm və qərarlarına apellyasiya qaydasında yenidən baxılmasına dair prosessual münasibətləri tənzimləyir. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Cinayət-Prosessual Məcəlləsində apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi qaydasına, apellyasiya şikayətinə və ya apellyasiya protestinə dair tələblərə, həmçinin apellyasiya şikayətinin və apellyasiya protestinin verilməsinin nəticələrinə dair müddəalar öz əksini tapmışdır (385, 387 və 389-cu maddələr). Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 391.4-cü maddəsinə müvafiq olaraq, bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Beləliklə, məhkəmənin qərarından buraxılmış şikayəti vermə müddətinin bərpasına səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılmalı olduğundan və barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Tanrıover Can tərəfindən verilmiş şikayət geri qaytarılmalı, işin materialları və şikayət həmin məsələnin həll edilməsi məqsədi ilə Tanrıover Cana qaytarılmalı, şikayət vermə müddətinin bərpa edilməsinə dair tələblərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən yerinə yetirilməsi üçün 20 gün müddət təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R V E R D İ: Şikayət və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş 07 may 2019-cu il tarixli qərarından qanunda nəzərdə tutulmuş şikayət vermə müddətinin bərpa edilməsinə dair müəyyən edilmiş tələblərin yerinə yetirilməsi üçün Tanrıover Cana qaytarılsın. Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən tələblərin yerinə yetirilməsi üçün məhkəmənin hazırkı qərardadı və iş materialları Tanrıover Cana rəsmi qaydada çatdırıldıqdan sonra səlahiyyətli orqan (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti) qarşısında müddətin bərpası barədə vəsatət qaldırmaq üçün iyirmi gün müddət təyin edilsin. Müddətin bərpası barədə vəsatət təmin ediləcəyi təqdirdə yenidən şikayətlə məhkəməyə müraciət etmək hüququ, müddətin bərpasından imtina ediləcəyi təqdirdə isə hər ikisindən-müddətin bərpası haqqında imtina qərardadından və inzibati tənbeh haqqında qərardan eyni anda məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərardad elan edildiyi vaxtdan qanuni qüvvəyə minir və ondan şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-388/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-388/2022
22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver