Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-39/2021 14.01.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 00:00 radələrində Ağdaş rayonu, Bulaqotağı kəndində yaşadığı evin həyətində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Buna görə onun barəsində xx xxxxxx 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmədi, xx xxxxxxxx 2020-ci il tarixdə itini özünün yaşadığı Ağdaş rayonu Bulaqotağı kəndində yerləşən bağ sahəsi ilə həmkəndlisi Zərərçəkmiş şəxs məxsus bağ sahəsinin arasındakı çəpərə bağladığını, həmin gün saat 00:00 radələrində sonuncunun gəlib ona iti açıb başqa yerə bağlamasını dediyini, buna görə Rəşadla aralarında mübahisə yarandığını, yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs vurub xəsarətləndirdiyini, həmin vaxt arvadı X1 da oraya gəldiyini, Rəşadın qəsdən arvadının qoluna ağacla vuraraq ona xəsarət yetirdiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 00:00 radələrində yaşadığları Ağdaş rayonu Bulaqotağı kəndində yerləşən bağ sahəsində aralarında baş vermiş mübahisə zamanı yumruq və təpiklə onun baş nahiyəsinə və bədəninin müxtəlif yerlərinə qəsdən vuraraq xəsarət yetirdiyini, hazırda Şəxs ilə barışdığını, şikayətçi olmadığını bildirdi və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1987-ci ildə Ağdaş rayonu, Bulaqotağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Bulaqotağı kəndində qeydiyyatda olan və yaşayan Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-39/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-39/2021
14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver