Məhkəmə qərarları › İş №3(014)-39/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-39/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-39/2025 16.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxslər X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1978-ci ildə Ağdaş rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta, evli, 3 övladı olan, bazarda xırda ticarətlə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 15 yanvar 2025-ci il tarixdə Ağdaş şəhəri, M.İsayev küçəsi ərazisində avtomobil idarə edərkən Ağdaş rayon Polis şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış, narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan Mingəçevir və Gəncə şəhəri Narkoloji Dispanserində narkoloji müayinədən keçirilmiş və narkotik maddə olan marixuananın təsiri altında olduğu müəyyən edilmişdir. Bununla da Şəxs narkotik vasitədən istifadə ediyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı və narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsinin X10 Bölməsi tərəfindən 15 yanvar 2025-ci il tarixli, İXP № ******* saylı və Ağdaş rayonu Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayonu Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 izahatında bildirdi ki, 15 yanvar 2025-ci il tarixdə xidmətdə olan zaman Şəxs idarə etdiyi “VAZ 21011” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağdaş şəhəri, M.İsayev küçəsində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəfindən saxlanılmış, onunla təmas zamanı narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan Mingəçevir və Gəncə şəhəri Narkoloji Dispanserində narkoloji müayinədən keçirilmiş və narkotik vasitə olan marixuananın təsiri altında olduğu müəyyən edilmişdir. Bundan sonra onun tərəfindən araşdırma aparılaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən 15 yanvar 2025-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 2 ay bundan əvvəl toyda olan zaman marixuana istifadə etmişdir. Həmin avtomobil qonşusunundur, onun sürücülük vəsiqəsi yoxdur, arada qonşusunun avtomobilini idarə edir. Övladı İ qrup əlildir, serebral iflicdir, özü də həmin uşağın qəyyumudur. O, olmasa uşağı heç kim idarə edə bilmir, çünki uşağın 18 yaşı var idarə etməkdə çətinlik çəkirlər. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcək, buna görə də ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşin materiallarında olan 15 yanvar 2025-ci il tarixli, 145 nömrəli sərxoşluq tibbi müayinəsi aktından görünür ki, Şəxs analizində narkotik vasitə olan THC (marixuana) istifadə etməsi müəyyən olunmuşdur. İşin materiallarında olan çıxarışdan görünür ki, Şəxs ailə tərkibi xx.xx.1987-ci il təvəllüdlü həyat yoldaşı İbrahimova Vəfa ikram qızı, xx.xx.2007-ci il təvəllüdlü İbrahimov Tahir Teymur oğlu, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 ibarətdir . İşin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü İbrahimov Tahir Teymur oğlu sağlamlıq imkanları məhdud şəxsdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi Sağlamlıq imkanları Məhdud olan uşaqlara qulluq haqqında arayışdan görünür ki, Şəxs xx.xx.2007-ci il təvəllüdlü İbrahimov Tahir Teymur oğluna, yəni sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluğa görə müavinət alır. İşin materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2025-ci il tarixli, 64 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətaları törətməsi onun özünü səmimi etirafı, onun barəsində tərtib olunmuş 15 yanvar 2025-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol, ekspert rəyi və müayinə aktı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, himayəsində sağlamlıq imkanları məhdud olan övladı olmasını və həmin uşağın qəyyumunun özünün olmasını həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətin yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutulan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Hazırda Şəxs barəsində inzibati həbs tətbiq edilmədiyindən məhkəmə hesab edir ki, onun barəsində məcburi müalicə təyin edilməməlidir, lakin məhkəmə narkoloji ekspertizasının 16 yanvar 2025-ci tarixli rəyində Şəxs narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyündən Şəxs yaşayış yeri üzrə ixtisaslaşdırılmış tibb müəssisəsində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 800 (səkkiz yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar