Məhkəmə qərarları › İş №3(014)-390/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-390/2020

20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-390/2020 20.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM : Zərərçəkmiş şəxs Ağdaş rayon Cüvə kənd ərazisindəki örüş sahəsindən özünə məxsus olan 5-6 baş iribuynuzlu camış malını həyətyanı sahəsinə asfalt örtüklü yolla gətirərkən mallar Ərəbocaq kənd istiqamətindən gələn VAZ-2170 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxmış, nəticədə avtomobil sürücüsü camış malının 2-ni vurmuş, hadisə zamanı avtomobilə ciddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Ağdaş rayonunun Cüvə kəndində yaşdığını, xx xxxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində öz təsarufatına məxsus olan 5-6 baş iri buynuzlu camış malını Cüvə kənd ərazisində yerləşən örüş sahəsindən həyət yanı sahəyə asfalt örtüklü yolla gətirirdiyini, o malları gətirən zaman Ərəbocaq kənd istiqamətindən Ağdaş rayon isdiqamətinə gələn VAZ 2170 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü öz hərəkət zolağında iri buynuzlu camış malını vurduğunu bildirmişdir. Həmçinin o, hadisə zamanı malların arxası ilə gəldiyini, malların nəzarətsiz olmadığını, hadisə zamanı özünün xəsarət almadığını, lakin camışın birinin qılçasının sındığını bildirmişdir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində qanunda nəzərdə tutulmuş daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah etdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən təxminən 19:00 radələrində etibarnamə ilə istifadəsində olan VAZ-2170 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonu, Ərəbocaq yolunun Cüvə kənd ərazisindən keçən hissədən Ağdaş rayon istiqamətinə hərəkətdə olduğu zaman, Ağdaş istiqamətindən nəqliyyat vasitəsi ilə kecdiyi zaman hava şəraiti qaranlıq olduğu üçün yolun asfalt hissəsi ilə gələn təxminən səkkiz-on baş iri buynuzlu camış malını görmədiyini, öz hərəkət yolunda həmin camış malının birini vurduğunu, hadisədən sonra avtomobili saxladığını, bu zaman malların arxasında gələn iki nəfər tanımadığı şəxsi gördüyünü, onların malları hadisə yerində saxlamayaraq heç nə olmamış kimi həmin ərazidən uzaqlaşdıqlarını, sonradan həmin şəxslərin Cüvə kənd sakinləri Ramazan adlı şəxs və onun yaxını olduğunu bildirmişdir. Həmçinin o hadisə zamanı onun və avtomobildə olan sərnişin X1 heç bir bədən xəsarəti almadığını və tibbi müayinəyə ehdiyac olmadığını, lakin avtomobilə maddi ziyan dəydiyini və maddi ziyanın mal sahibindən tələb etdiyini, alkovisor cihazı ilə yoxlamadan kecdiyini və sərxoşluq halının müəyyən olunmadığını bildirmişdir. Məhkəmədən inzibati xəta törədən şəxsə qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatını dinləyib, iş materiallarını tətqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanı törətməkdə təqsirlidir və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-in 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılığını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu və inzibati xətanın xarakterini nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və əməlindən səmimi peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsəməlində ağırlaşdırıcı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah edilsin ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı dəymiş ziyanın ödənilməsinə dair məhkəmədə mülki qaydada iddia qaldıra bilər. Məhkəmə inzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın əməlindən səmimi peşmançılıq çəkməsini, şəxsiyyətini, yüngülləşdirici və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxxxx 1952-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Ağdaş rayonu, Cüvə kəndində yaşayan, ailəli, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar