Məhkəmə qərarları › İş №3(014)-390/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-390/2022

02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-390/2022 02.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Ağdaş rayonunun Binələr kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Ağdaş rayonunun Əmirarx kəndində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X5 01 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun eltisidir. Onunla heç bir ədavəti və düşmən münasibəti yoxdur. Eyni həyətdə, ancaq ayrı-ayrı evlərdə yaşayırlar. Dürdanə ona içmək və həyətini sulamağı üçü su vermədiyindən aralarında bir neçə dəfə mübahisə yaranmışdır. Bunun da səbəbi əri rəhmətə getdiyinidən həmin evdə tək qalması və Dürdanə onu evdən çıxartdırmaq istəməsidir. xx.xx.2022-ci il tarixdə təxminən saat 20:00 radələrində yaşadığı evin həyət qapısının açıq olması səbəbindən həyətin girəcək qapısını örtməyə gedən zaman Zərərçəkmiş şəxs onun ünvanına söyüşlər söyməyə başlamış və ona “qapını nə üçün açıq qoymusan” demişdir. Özü də Dürdanəyə “mən qapını açıq qoymuşdum, ancaq gəlib örtürdüm, sən nə üçün mənim ünvanıma söyüş söyürsən mən qapını bağlamaq üçün gəlmişdim” demişdir. Həmin vaxtlarda aralarında sözlə mübahisə baş vermiş və əlbəyaxa olmuşlar. Bir-birinin saçını yolarkən yerə yıxılmışlar. Həmin vaxt dalaşdıqdan sonra Dürdanədən ayrılaraq oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş və döyməmişdir. X7 arasında xx.xx.2022-ci il tarixdə təxminən 20:00 radələrində baş vermiş dava-dalaş zamanı yanlarında Dürdanənin oğlu Rövşən Əsəsdov olmuşdur. Səslərinə heç kim gəlməmişdir. Aralarında olan mübahisə və dava-dalaş təxminən 3-4 dəqiqə davam etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun eltisidir. Onunla heç bir ədavəti və düşmən münasibəti yoxdur. Eyni həyətdə, ancaq ayrı-ayrı evlərdə yaşayırlar. Evin həyətinin giriş qapısını eltisi Şəxs üç gün ardıcıl açıq vəziyyətdə qoyduğundan Kamaləyə “sən bu qapını açıq qoyma gəlib-keçən bizim həyəti görür” demişdir. Həmin vaxtlarda da Kamalə onun ünvanına söyüşlər söyərək təhqir etmiş və ona “sən kimsən ki, mənə belə sözlər işlədirsən” demişdir. Həmin vaxt heç bir söz deməmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 20:00 radələrində yaşadığı evdə olan zaman yenə də həyətin girişində olan darvazanın açıq vəziyyətdə olduğunu görmüşdür. X11 birgə qapını bağlamağa gedən zaman kənardan Kamalə ona cumaraq saçından tutan zaman əlbəyaxa olmuşlar. Əlbəyaxa zamanı Kamalə əlləri ilə onun boynunun sol nahiyəsinə xəsarət yetirmişdir. Həmin vaxt yerə yıxılan zaman kürək nahiyəsi və sol dirsək nahiyəsi yerdə olan daşa dəyərək xəsarət almışdır. Daha sonra dalaşdıqdan sonra Kamalə ondan ayrılaraq öz yaşadığı evə getmişdir. X4 edərək yaşadığı evə getmişlər. Baş vermiş davadalaş zamanı Şəxs döyməmiş və heç bir xəsarət yetirməmişdir. xx.xx.2022-ci il tarixdə Şəxs ilə onun arasında baş vermiş dava-dalaş zamanı səslərinə heç kim gəlməmişdir. Aralarında olan dava-dalaş təxminən 3-4 dəqiqə davam etmişdir. Eltisi Şəxs onu döyməsinə görə və həyət qapısını açıq vəziyyətdə qoymasına görə şikayətçidir. Qeyd olunanlara əsasən Şəxs ciddi tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Ağdaş rayonunun Əmirarx kəndində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X1 04 iyun 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 02 avqust 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 04 iyun 2022-ci il tarixdən 02 avqust 2022-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar