Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-391/2020 14.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştiraki ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X1 iştirakı ilə Ağdaş rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ali məhkəmənin 2(102)-6129 saylı xx xxxxxxx 2019-cu tarixli qərarı ilə xx xxxxxxxx 2017-ci il tarixdə doğulmuş X4, tələbkar X5 ilə, hər həftənin şənbə, bazar günləri 12:00-dan saat 18:00-dək ünsiyyətdə olmalıdır, hal-hazırda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbadova Könül Ramis qızı uşağı verməkdən imtina etmişdir. Buna görə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X3 tərəfindən onun barəsində xx xxxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X3 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Ali Məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli, 2(102)-6129 saylı icra vərəqəsi Ağdaş rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Mahir Abbasovun icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Ağdaş rayon İcra Şöbəsinə rəsmi qaydada çağırılmış, lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək məhkəmə iclasında izah etdi ki, Ali Məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli, 2(102)-6129 saylı qətnaməsini və icra vərəqəsini icra etməkdən imtina etməmiş, onun icrasına hər hansı formada maneə törətməmişdir.Lakin buna baxmayaraq icra məmuru onun və anasının iş yerinə zəng edərək əsassız yerə icra şöbəsinə gəlməli olduğunu bildirmiş, gəlməyəcəyi təqdirdə barəsində ciddi tədbir görüləcəyi, 1500 AZN məbləğində cərimə olunacağı barədə hədələnmişdir. O, icra vərəqəsinin icra ilə bağlı hər hansı bir maneə törətmədiyi halda, hansı əsasla icra şöbəsinə çağırıldığını bilmək istəmiş, lakin tutarlı bir cavaba ala bilməmişdir. Məhkəmənin diqqətini çatdırmaq istəyir ki, Ali Məhkəmənin qərarı qanuni qüvvəsi aldıqdan sonra tələbkar istədiyi vaxt qərarla müəyyən edilmiş zaman intervalında övladı ilə onun iştirakı olmadan görüşmüş, ünsiyyət saxlamışdır. Pandemiya ilə əlaqədar karantin rejimi tətbiq olunduğundan digər vətəndaşlar kimi tələbkarın övladı ilə görüşməsində məhdudiyyətlər yaranmış, bununla əlaqədar olaraq icra məmurlarının verdiyi bildiriş əsasında videozəng vasitəsi ilə tələbkar övladı ilə əlaqə saxlamışdır. Tələbkara bununla bağlı hər hansı maneə və çətinlik yaratmamışdır. Tələbkar övladı ilə canlı fiziki ünsiyyət saxlaması üçün bu müddət ərzində heç bir cəhd göstərməmiş, övladı gəlib apararaq onunla ünsiyyət saxlamamışdır. Eyni zamanda karantin rejiminin müddəti uzadıldığından tələbkarın övladı ilə hansı formad – virtual, yoxsa canlı ünsiyyəti olacağı ona bildirilməmişdir. Bundan əlavə tələbkar Ağdaş Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik komissiyasında olmuş, Ali məhkəmənin qərarı ilə müəyyən edilmiş vaxtdan fərqli olaraq görüş vaxtın həftə ərzində 4 saata qədər məhdudlaşdırılmasına etirazı olmadığını bildirmişdir. Bir daha söyləmək istəyir ki, onun tərəfindən məhkəmə qərarının icrasına hər hansı maneə törədilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə xitam verilməsini xahiş etdi. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Tələbkar şəxs X5 məhkəmə iclasında izah etdi ki, Ali Məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli, 2(102)-6129 saylı qərarına əsasən xx xxxxxxxx 2017-ci il tarixdə doğulmuş X4 ilə onun hər həftənin şənbə, bazar günləri saat 12:00-dan saat 18:00-dək ünsiyyətdə olma vaxtı müəyyən edilmişdir. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qərəzli olaraq məhkəmənin qərarını icra etməkdən qəsdən boyu qaçıraraq icra məmurlarının qanuni tələblərini yerinə yetirməmişdir. Əvvələr öz övladı ilə hər hansı maneə olmadan görüşmüşdür. Görüş zamanı övladı çox xoşbəxt olmuş, bacardıqca onun qayğısına qalmış, övladı ondan ayrılmaq istəməmişdir. Pandemiya ilə əlaqədar olaraq tətbiq edilmiş karantin rejimi onun övladı ilə ünsiyyətində məhdudiyyətlər yaratmış, bununla əlaqədar icra məmurlarına müraciət etmiş, icra məmurları köməyi ilə videozəng vasitəsi ilə övladı ilə ünsiyyəti təmin edilmişdir. Həmin vaxtdan övladı ilə canlı ünsiyyətdə ola bilməmişdir. Övladını götürmək üçün borclunun ünvanına getməmiş, hesab etmişdir ki, borclu onunla övladının görüşünə razı olmadığından övladını görüşmək üçün ona verməyəcəkdir. Onun tək istəyi ilə övladı ilə görüşməkdir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsində maraqlı deyil, övladının anası kimi Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istəmir. Məhkəmədə tələbkar şəxs X5 mövcud karantin rejmi ilə əlaqdər olmasını və gələcəkdə bele halara yol verilməyəcəyini nəzərə alaraq iş üzrə icrata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, tələbkar X2,Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X1 izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ali məhkəmənin 2(102)-6129 saylı xx xxxxxxx 2019-cu tarixli qərarı ilə xx xxxxxxxx 2017-ci il tarixdə doğulmuş X4, tələbkar X5 ilə, hər həftənin şənbə, bazar günləri 12:00-dan saat 18:00-dək ünsiyyətdə olması barədəAli Məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli, 2(102)-6129 saylı qətnaməsi xx xxxxxx 2019-cu il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, iş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Abbasovun icraatıma daxil olduqdan sonra bir sıra icra hərəkətləri həyata keçirilmiş, sonradan Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X1 icraatına verilmişdir. İş materiallarında olan məhkəmə iclasında təqdim edilən xx xxxx 2020-ci il tarixli, xx xxxx 2020-ci il tarixli və xx xxxxxx 2020-ci il tarixli № 1/174393 saylı bildirişlərin surətindən görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsindən təqdim edilmiş arayışda “Yerli icra və probasiya qurumlarından koronovirus (COVİD 19) infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respubilkasının Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin xx.xx.2020-ci il nömrəli göstərişinin 4-cü bəndinin tələbləri nəzərə alınmaqla uşaqla ünsiyyət tələblərinin icrasını təmin etmək məqsədilə uşaqla ünsiyyət vaxtı xx xxxx 2020-ci il tarixə, xx xxxx 2020-ci il tarixə və xx xxxxxx 2020-ci il tarixə saat 12:00-dan 18:00-dək təyin edilməklə ünsiyyət tələblərini icrasının virtual qaydada videozəng vasitəsilə təşkil edilməsi müəyyən edilmişdir. İş materiallarına icraata başlamaq haqqında qərar, tələbin könüllü icra edilməsi barədə bildiriş, və xəbərdarlıq məktublarının surətləri əlavə olunsa da, həmin qərarın və bildirişin həqiqətən göndərilməsini təsdiq edən sənədlər əlavə edilməmiş, qeyd edilən qərar, bildiriş, xəbərdarlıq məktublarının borcluya çatdırılmasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə tələbkarın və zərərçəkmiş şəxsin izahatından da görünür ki, icra vərəqəsinin icrasına borclu tərəfindən hər hansı maneə törədilməmiş, tələbkarın övladı ilə görüşməsinin məhdudlaşdırılması pandemiya ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar olmuş, sonra müddətlərdə isə tələbkar tərəfindən canlı ünsiyyət üçün hər hansı real cəhd edilməmişdir. Eyni zamanda borclunun izahat vermək üçün icra şöbəsinə gəlməməsi AR İXM-nin 528-ci maddəsinin tərkib əlamətlərini yaratmır. Bunun üçün icra məmuru qanuni əsaslar olduğu halda borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilməsi üçün təqdimatla məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası “İcra haqqında” qanun 8.2-ci maddəsi İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs yuxarıda qeyd edilən inzibati xəta hadisəsini törətməsi sübuta yetirlmədiyindən onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-391/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-391/2020
14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver