Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-392/2020 29.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlu, Məhkəmə iclas katibi X7, Barəsində inzibati xəta haqqında icraata aparılan şəxs X3 İnzibati xəta haqqında işlər üzrə qərar qəbul etmiş inzibati orqanının nümayəndəsi X5 işdidrakı ilə, Bərdə RMTM-nin direktoru Bakir Qurbanovun «inzibati tənbeh vermə haqqında» xx xxxxxxxx 2020-ci il tarixli, ******* №-li və ******* №-li qərarlarından X3 şikayətinə və ona əlavə olunmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bərdə RMTM-nin direktoru Bakir Qurbanovun «inzibati tənbeh vermə haqqında» xx xxxxxxxx 2020-ci il tarixli ******* №-li və 0280803№-li qərarı ilə X6 Azərbaycan Respublikası İXM-in 257-ci və 253.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə uyğun olaraq 400 və 700 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X1 Rayon Məhkəməsinə şikayət verərək, Bərdə RMTM-nin direktoru Bakir Qurbanovun inzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli ******* №-li və ******* №-li qərarlarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar, aktlar qanunsuz və əsassız olsa da, bütün bunlara baxmayaraq onun xəbəri və iştirakı olmadan saxta sənədlər əsasında işə baxılaraq Bərdə RMTM-nin direktoru Bakir Qurbanov heç bir araşdırma aparmadan ******* saylı və ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə ümumilikdə onu 1100 manat məbləğində cərimə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahatında 3(014)-392/2020 saylı inzibati iş üzrə şikayətçi şəxs olduğunu, Qaradeyin kənd meşəsinin sahə rəisi X8 ilə aralarında əvvəllər münaqişə baş verdiyini, bun görədə qərəzli olaraq onun barəsində saxta sənədlər hazırlayaraq inzibati xəta haqqında protokol tərtib edildiyini, onun iştirakı olmadan işə baxılaraq qanunsuz və əsassız qərar qəbul edildiyini bildirmişdir. Məhkəmə iclasında şikayətin təmin edilməsini, inzibati tənbeh haqqında müvafiq qərarların ləğv edilməsini və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Bərdə RMTM-nin direktoru Bakir Qurbanovun etibarnamə əsasında nümayəndəsi X9 şikayətin dəlilləri ilə razılaşmayaraq təmin olunmamasını məhkəmədən xahiş etdi. İzahatında əlavə olaraq X3 Meşə Fondu torpağına aid olan ərazidə qeyri-qanuni olaraq akasiya cinsindən olan 08 ədəd köküstə yaş ağaclar kəsib apardığını, meşə əkinlərinin 2 ha ərazisində isə özünə məxsus iri buynuzlu heyvanlarını otararaq nar ağaclarının pöhrələrini yedizdirməklə məhf etdiyini, buna uyğun olaraq müvafiq sənədləşdirmə işləri aparıldığını, aktlar, protokollar tərtib edilərək inizbati xəta haqqında işin baxılması vaxtı və yeri barədə X4 rəsmi qaydada məlumat verildiyini bildirmişdir. İnzibati xəta haqqında qərardan şikayətin dəlillərini, proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında qərardan şikayət qismən təmin edilməklə, Bərdə RMTM-nin direktoru Bakir Qurbanovun «inzibati tənbeh vermə haqqında» xx xxxxxxxx 2020-ci il tarixli, ******* №-li ******* №-li qərarı ləğv edilməli, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. X3 şikayəti ilə əlaqədar ilk olaraq aşağıdakıların qeyd olunmasını zəruri bilirəm: Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə (AR İXM 128.2.3); səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə (AR İXM 129.1.3.) Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. (AR İXM130.1.) Hazırki iş üzrə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bərdə RMTM-nin direktoru Bakir Qurbanovun 30 sentyabr 2020-ci il tarixli qərardan xx xxxxxxx 2020-ci il tarixdə şikayət verməklə İXM-in 130.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddətləri buraxmamışdır. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli MN ******* və MN ******* saylı qərardan da görünür ki, X6 AR İXM-nin 257-ci və 253.1-ci maddəsi ilə təqsirli bilinərək uyğun olaraq 400 manat və 700 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətin mahiyyətinə hüquqi qiymət verərək aşağıdakıların qeyd olunmasını zəruri bilirəm: AR İXM 134.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İnzibati xəta haqqında protokollar müvafiq olaraq 28 avqust və 17 sentyabr 2020-ci il tarixlərində tərtib edilsə də, inzibati xəta haqqında işə baxmanın vaxtı və yeri barədə şikayət vermiş şəxsə rəsmi qaydada məlumat verilməmiş, bununla bağlı lazımi sübutlar məhkəməyə təqdim edilməmişdir. X3 şikayətinə baxılarkən müəyyən olunmuşdur ki, Bərdə RMTM-nin tərəfindən barəsində icraat aparılan şəxs barəsində qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 100.2-100.4-cü maddələrinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Lakin müəyyən olunmuşdur ki, X6 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, habelə işə baxılmasının vaxtı və yeri barədə xx xxxxxxxx 2020-ci il tarixli müvafiq 720 və 723 saylı bildirişlərin göndərilməsi qeyd olunsa da, həmin bildirişlərin rəsmi qayda verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da, barəsində araşdırma aparılan şəxsin iştirakı təmin edilməmiş, izahatı alınmamışdır. Bununla da X3 şikayətində qeyd olunduğu halların araşdırılaraq qiymət verilməli olmasına baxmayaraq onun iştirakı təmin edilmədən AR İXM ilə təsbit edilmiş konstitutsion hüquqları pozulmaqla birtərəfli icraat aparılaraq işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının pozulmasına səbəb olmuşdur. Belə olan halda hesab edirəm ki, X2 RMTM-nin direktoru Bakir Qurbanovun xx xxxxxxxx 2020-ci il tarixli qərarlarından şikayəti əsaslı olmaqla qismən təmin edilməli, göstərilən qərarlar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 129.1.3, 133, 134-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM:
1. X3 şikayəti qismən təmin edilsin.
2. Bərdə RMTM-nin direktoru Bakir Qurbanovun «İnzibati tənbeh vermə haqqında» xx xxxxxxxx 2020-ci il tarixli ******* №-li və ******* №-li qərarları ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılsın.
4. Qərardan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Nizam Əliyev