Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-393/2020 16.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Barəsində inzibat iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə öz əmiləri Anar və Fəqanı yaşadığı evin qarşısındakı küçədə söyüb təhqir edərək İXM-nin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X8 izah etdi ki, barəsində inzibat iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 23:15 radələrində öz əmiləri Anar və Fəqanı yaşadığı evin qarşısındakı küçədə söyərək təhqir etmişdir. Bu barədə araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Ağdaş şəhəri, S.Vurğun küçəsi 47-də yaşayır. xx xxxxxxx 2020-ci il tarixdə saat 23:15 radələrində öz əmiləri Anar və Fəqanı yaşadığı evin qarşısındakı küçədə söyərək təhqir aralarında mübahisə yaratmışdır.Bu barədə Ağdaş RPŞ-nə X5 ərizə ilə müraciər etmişdir. Məhkəmədən bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs X1 izah etdi ki, Ağdaş rayon S.Vurğun küçəsi 47-də yaşadığını, qardaşı Anar, digər rəhmətlik qardaşı oğlu Allahverdidən şikayət etdiyini, belə ki, Allahverdinin xx.xx.2020-ci il tarixdə evdə münaqişə yaratdığını və sonradan küçəyə çıxaraq ona və qardaşı Anara qarşı nalayiq ifadələr işlətdiyini bildirmişdir. Həmçinin o Allahverdinin narkotik vasitə aludəcisi olduğunu və dəfələrlə bu cür münaqişələr yaratdığını bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X3 izah etdi ki, Ağdaş rayon M.Fizuli küçəsi ev 28-də yaşadığını,xx.xx.2020-ci il tarixdə Azərbaycan respublikası DİN-in 102 xidmətinə zəng etdiyini, buna səəbəb rəhmətlik qardaşı oğlu Allahverdinin evdə münaqişə yaratmsı, ona və qardaşına öz küçələrində nalayiq ifadələr işlətməsi olduğunu, dəfələrlə aralarında mübahisələr olduğunu, Allahverdinin narkotik vasitə aludəçisi olduğunu, onu bu yoldan çəkindirməyə calışsa da, onun öz bildiyini etdiyini bildirmişdir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar qəbul etməyi xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Materiala əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan məlum olur ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yüngülləşdirici və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycanespublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxx 1998-ci il tarixdə Ağdaş rayon, Yuxarı Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağdaş şəhəri, S.Vurğun küçəsi 47-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-393/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-393/2020
16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver