Məhkəmə qərarları › İş №3(014)-393/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-393/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-393/2023 03.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx.xx.2002-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 75 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cüil tarixdə, saat 13:00 radələrində idarə etdiyi “VAZ2106 minik” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman, yolun ortasında olan bütöv üfüqi nişanlanma xəttini kəsərək nəqliyyat vasitəsini qarşı sol hərəkət zolağına çıxıb əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Lada Priora 21703-138-21 minik” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs1 sağlamlığa zərər vurmayan xəsarət almışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2023-cüil tarixdə, saat 13:00 radələrində idarə etdiyi “VAZ2106 minik” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman, yolun ortasında olan bütöv üfüqi nişanlanma xəttini kəsərək nəqliyyat vasitəsini qarşı sol hərəkət zolağına çıxıb əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Lada Priora 21703-138-21 minik” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı avtomobildə tək olmuş və hadisə zamanı sağlamlığa az ağır zərər vuran xəsarət almışdır. Bundan başqa, hadisə zamanı Zərərçəkmiş şəxs1 sağlamlığa zərər vurmayan xəsarət almışdır. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan atası Zərərçəkmiş şəxs2 məxsus olan idarə etdiyi “Lada Priora 21703-138-21 minik” markalı **- NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman Şəxs idarə etdiyi “VAZ2106 minik” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı özü sağlamlığa zərər vurmayan xəsarət almış və Şəxs hadisə zamanı sağlamlığa az ağır zərər vuran xəsarət almışdır. İdarə etdiyi atası Zərərçəkmiş şəxs2 məxsus avtomobilə maddi ziyan dəymişdir. Buna görə də qanuna uyğun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan oğlu Zərərçəkmiş şəxs1 ona məxsus olan “Lada Priora 21703-138-21 minik” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman Şəxs idarə etdiyi “VAZ2106 minik” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı oğlu sağlamlığa zərər vurmayan xəsarət almış və Şəxs hadisə zamanı sağlamlığa az ağır zərər vuran xəsarət almışdır. Həmçinin, ona məxsus avtomobilə maddi ziyan dəymişdir. Buna görə də qanuna uyğun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Yol patrul xidmətinin baş inspektoru polis baş leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək müvafiq qanuna uyğun qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən, saat 18:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar