Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-394/2020 19.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, F.Kərimovanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 05:00 radələrində Ağdaş rayonu,Dəhnəxəlil kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evdə döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Buna görə Şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək Zərərçəkmiş şəxs həyat yoldaşı ilə telefon vasitəsilə danışdığını və xx xxxx 2020-ci il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs həyat yoldaşı Kəmalə Alıyeva ona zəng edərək pula ehtiyacı olduğunu bildirmiş,odur ki, o, Kəmalə Alıyevaya pul vermək üçün xx xxxx 2020-ci ildə saat 05:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs onu həyətdə görmüş və onun evindən çıxıb getməyini tələb etmiş,odur ki, o Zərərçəkmiş şəxs evini tərk etmişdir. Daha sonra Zərərçəkmiş şəxs yoldaşı ona zəng edərək onu və azyaşlı uşağını da onunla aparmasını xahiş etmiş,odur ki,o, Zərərçəkmiş şəxs yoldaşını və körpə uşağını öz razılığı ilə Bakı şəhərinə aparmışdır. Qeyd edir ki, o, Zərərçəkmiş şəxs hər hansı bir xəsarət yetirməmiş və onunla nə dava-dalaş,nə də ki, mübahisə etməmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs onun həyat yoldaşı ilə münasibəti olduğunu,odur ki, xx xxxx 2020-ci il tarixdə zal otaqda gecə televizora baxdığını və televizor qarşısında yuxuya getdiyini,lakin evdə səs gəldiyi üçün yuxudan oyandığını və yataq otağına baxdığında Şəxs keçmiş həyat yoldaşı Kəmalə Alıyeva ilə uyğunsuz vəziyyətdə gördüyünü,Kəmalə Alıyevaya iradını bildirdikdə və Şəxs tərəf dönüb söz demək istədikdə Şəxs ona baş və bel nahiyyəsindən xəsarət yetirdiyini, onun bu zərbəyə dözməyib yıxıldığını, daha sonra isə Ceyhunun həyətə qaçdığını,onun özündə güc tapıb Ceyhunun arxasınca həyətə getdiyini və Şəxs onu baş və bel nahiyyəsindən bir neçə dəfə vurub qaçdığını, onun bu münvalla hüşunu itirdiyini, daha sonra isə Şəxs geri qayıdaraq keçmiş həyat yoldaşı Kəmalə Alıyeva və körpə uşağını götürüb həmin günü gecə saat 05:00 radələrində qaçmaq istədiyini, onlara uşağı aparmağa imkan vermədikdə Şəxs ona yenidən bir neçə dəfə baş və bel nahiyyəsindən vuraraq xəsarət yetirdiyini, daha sonra onun keçmiş həyat yoldaşı Kəmalə Alıyeva və körpə uşağı götürüb qaçdığını, bundan sonra isə Şəxs polisə şikayət etdiyini, Şəxs şikayətçi olduğunu, onunla barışmadığını bildirərək, Şəxs barəsində ən ağır cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 310 nömrəli ekspert rəyindən görünür ki, Aliyev Natiq Mirzəsöyün oğlunun bədənində olan xəsarət sağ saidin orta 1/3-ün arxa səthinin sıyrığı, küt alət təsirindən törənmiş törənmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir,sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğində cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin izahatı, həmçinin tərtib edilmiş inzibati xəta haqında protokol, protokola əlavə edilmiş sənədlərlə və ekspert rəyi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, Şəxs zərərçəkmiş şəxslə barışmamasını nəzərə alaraq barəsində inzinati tənbeh növü olaraq iyirmi gün müddətə inzibati həbs tətbiq edilməsini müvafiq hesab edirəm, inzibati həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən, saat 12:30-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1995-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş rayonu,Qoşaqovaq kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib iyirmi gün müddətinə həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-394/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-394/2020
19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver