Məhkəmə qərarları › İş №3(014)-394/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-394/2022

04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-394/2022 04.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis polkovnik-leytenantı X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1992-ci il tarixdə Ağdaş rayonu Qarağan-Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağdaş rayonu Qarağan-Şıxlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 04 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis polkovnik-leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 03 avqust 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, Şəxs 08 aprel 2022-ci il tarixdə saat 17:00 radələrində yaşadıqları Ağdaş rayonu Qarağan-Şıxlar kəndində şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis polkovnik-leytenantı X5 izah etdi ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 03 avqust 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 08 aprel 2022-ci il tarixdə saat 17:00 radələrində yaşadıqları Ağdaş rayonu Qarağan-Şıxlar kəndində şəxsi münasibətlər zəmnində baş vermiiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Faktla bağlı təhqiqat bölməsində araşdırma aparılmş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs onun əmisi oğlu olduğunu, ancaq uzun illərdirki əmisi Rahib və onun ailəsi ilə danışmadıqlarını, xx.xx.2022-ci il tarixdə təxminən saat 17:00 radələrində yaşadıqları evdə olan zaman həmin evin həyət qapısının döyülməsini eşitdiyini, atası Əziz Mahmudovun həyətin qapısını açan zaman qapının qarşısında əmisi oğlu Zərərçəkmiş şəxs, əmisi Rahib Mahmudovu və kənarda əmisi arvadı İradə Mahmudovanı gördüyünü, qapı açılan vaxt Zərərçəkmiş şəxs onun atası Əzizin ünvanına nalayiq söyüşlər söydüyünü, atasına onun Zərərçəkmiş şəxs barəsində Həqiqi Hərbi xidmət Üzrə Çağrış İdarəsinə müraciət edərək onun hərbiyə getməməsi üçün pul verərək saxlatdırmasını bildirdiyini dediyini, buna görə də onun boğazını kəsəcəyi ilə hədələdiyini, buna görə də, aralarında sözlə mübahisənin yarandığını, həmin vaxt Zərərçəkmiş şəxs yumuruqla bir dəfə onun atası Əziz Mahmudovun burun nahiyyəsindən vurduqdan sonra yenidən bir neçə dəfə atası Əzizin başının müxtəlif yerlərindən vuraraq döyməyə başladığını, həmin vaxt onu əmisi Rahibin və Səbuhinin bir neçə dəfə əlləri ilə bədəninin müxtəlif yerlərindən vuraraq döydüklərini, daha sonra əmisi Rahibin və oğlu Səbuhinin onları döydükdən sonra əmisi arvadı İradə Mahmudovanın əri və oğlunu oradan uzaqlaşdıraraq öz yaşadıqları evə apardığını, həmin vaxt əmisi Rahib Mahmudovun və əmisi oğlu Zərərçəkmiş şəxs onu da, əlləri ilə bədəninin müxtəlif yerlərindən vuraraq döydüklərini, aralarında baş vermiş dava-dalaş zamanı onun və atası Əziz Mahmudovun heç kimi döymədiklərini və heç kimə xəsarət yetirmədiklərini, səslərinə heç kimin gəlmədiyini, aralarında baş vermiş dava-dalaşın təxminən 2-3 dəqiqə davam etdiyini, buna görə də onun barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Əziz Mahmudovun onun əmisi olduğunu, uzun illərdir ki, əmisi Əzizin ailə ilə onun ailəsi arasında heç bir münasibət olmadığını və onların bir-birilərini danışdırmadıqlarını, əmisi oğlu Şəxs onun adından bir neçə quruma guya atası Rahib Mahmudovun rüşvət verərək onu hərbi xidmətdən saxlatması və onun da, hərbi xidmətə getmək istədiyinə görə bu barədə şikayət ərizələri yazması barədə müraciət etdiyini, buna görə də, Ağdaş rayon Səfərbərlik və hərbi xidmətə çağırış dövlət xidmətindən, Ağdaş rayon prokurorluğundan və Bakı hərbi prokurorluğundan izahat verməsi üçün dəvət etdiklərini, xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində yenə də, ona zəng edilərək bu məsələ ilə bağlı Bakı Hərbi prokurorluğuna izahat vermək üçün dəvət etdiklərini, onun Cahangirin yaşadığı evin qarşısından keçərkən yolda Cahangiri gördüyünü və artıq Cahangirin onun adından etdiyi yalan şikayətlərə görə ora-bura izahat verməkdən bezdiyinə görə bir-başa gedib əmisi Əziz ilə Cahangirin etdiyi hərəkət barəsində danışmaq qərarına gəldiyini, maşından düşdüyünü və Cahangirə atası Əzizi çağırmasını söylədiyini, Cahangirin də, yaşadığı evə getdiyini, aradan təxminən 3-5 dəqiqə keçəndən sonra əmisi Əziz və Cahangirin yaşadıqları evin həyətinin çöl qapısının qarşısına çıxdıqlarını, həmin vaxt Əzizin ona kobud formada “bizim qapıya nəyə gəlmisən” deyə söylədiyini, onun da, əmisi Əzizə “oğlun Cahangiri yığışdır, mənim adımdan ora-bura şikayət ərizəsi yazmasın, mən onun hərəkətlkərindən artıq bezmişəm” deyə söylədiyini, əmisi Əzizin həmin vaxt ona nalayiq ifadə işlətdiyini, onun da, əmisi Əzizə “sən özün oğluna söz deyə bilmirsən, burada mənə nalayiq ifadə işlədirsən” deyə söylədiyini, buna görə də aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə əmisi Əzizin bir dəfə yumruqla onun qarın nahiyəsindən vurduğunu, həmin vaxt onun qarnını tutduğunu, Cahangirin isə bir neçə dəfə yumruqla onun sifət və baş nahiyəsindən vurduğunu, həmin vaxt yaxınlıqdakı məhlələrində olan atası Rahibin onların səsinə gəldiyini və onları aralaşdırdığını, daha sonra atası Rahiblə yaşadıqları evə gedərkən yolda anası İradə ilə rastlaşdığını və hadisəni ona danışdıqlarını, əmisi Əziz Mahmudov və onun oğlu Şəxsov ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində əmisi Əzizin yaşadığı evin həyətinin çöl qapısının qarşısında baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı onun əmisi Əziz Mahmudovu və onun oğlu Şəxs vurmadığını, onlara heç bir xəsarət yetirmədiyini, davadalaş zamanı onun əmisi Əziz Mahmudova və onun oğlu Şəxs nalayiq ifadələr işlətmədiyini, lakin Əziz Mahmudovun ona nalayiq ifadələr işlətdiyini, dava-dalaş zamanı əmisi Əziz Mahmudovun bir dəfə yumruqla onun qarın nahiyəsindən, əmisi oğlu Şəxs isə bir neçə dəfə yumruqla onun sifət və baş nahiyəsindən vurduğunu, dava-dalaş zamanı orada ondan, Əzizdən və Cahangirdən başqa heç kimin olmadığını, Şəxsova qarşı şikayətçi olduğunu, buna görə də onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini bildirdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və X4” 229 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət-sağ gözaltı nahiyənin qançırı, küt alət təsirinindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Vusal Əzməmmədovun 11 iyun 2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs 08 aprel 2022-ci il tarixdə saat 17:00 radələrində yaşadıqları Ağdaş rayonu Qarağan-Şıxlar kəndində şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxsnı döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs Zərərçəkmiş şəxs döyməməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq bu xüsusat üzrə izahatını özünü müdafiə kimi qiymətləndirir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi zərərçəkmiş şəxsin izahatı, ekspertiziya rəyi və iş materialları ilə tam sübuta yetir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyəti istisna edən halları yoxdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, işin hallarını, əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh növü olan cərimə tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil Şəxs barəsində olan inzibati xətalar haqqında iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 06 (altı) saat müddətində müdafiə etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, inzibati tənbeh növü olan 300 (üç yüz) manat məbləgində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Şəxs göstərilmiş 6 saat hüquqi xidmətə görə 36 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına Vəkil "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar