Məhkəmə qərarları › İş №3(014)-395/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-395/2020

20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-395/2020 20.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, F.Kərimovanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Ağdaş rayon RPŞ İTB-nin sahə rəisi polis leytenantı S.Kərimov tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə,saat 12:00 radələrində şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirmişdir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasına səbəb Ağdaş rayon RPŞ İstintaq qrupunun baş müstəntiqi, polis mayoru A.Məmmədovun xx xxxxxxx 2020-ci il tarixli «Jinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı olmuşdur. Belə ki, Ağdaş rayon RPŞ İTB-nin sahə rəisi polis leytenantı S.Kərimov həmin qərarı rəhbər tutaraq, Şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək bildirdi ki, Ağdaş rayon mərkəzi xəstəxanasının direktoru Nuru Nuriyevin oğludur, ali təhsillidir, Ağdaş rayon mərkəzi xəstəxanasında satınalma üzrə böyük mütəxəssis işləyir. Zərərçəkmiş şəxs atasının direktor olduğu xəstəxanada həkim-labarant işləyir. Zərərçəkmiş şəxs onun valideynlərindən müxtəlif orqanlara əsassız şikayətlər edərək onların ailə nüfuzuna xələl gətirmək istədiyi üçün X10 görüşüb bu məsələyə aydınlıq gətirmək istəmişdir. Odur ki,qardaşı Azər ona zəng edərək Varizin xəstəxanada olub-olmadığını öyrənmiş və ondan Varizlə ona görüş təşkil etməsini xahiş etmişdir. Beləliklə, o,Varizə zəng edərək qardaşının onunla görüşmək istədiyini bildirmişdir. Variz ona Azərin niyə onunla görüşmək istədiyini soruşduqda o,cavabında bilmədiyini qeyd etmişdir. Odur ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində qardaşı Azər xəstəxananın labaratoriya şöbəsinin qarşısına gəlmiş,bu zaman Variz də həyətə düşmüşdür. X10 görüşmüş,ilk öncə Varizə özünü təqdim etmişdir, bu zaman o kənarda dayanaraq onları izləyirdi. Daha sonra isə Azər Varizə niyə onun valideynlərindən əsassız şikayətlər etdiyini soruşmuşdur.Variz isə cavabında uca səslə onların vaxtına az qaldığını, “sən kimsən ki,mənə söz deyirsən” kimi ifadələr işlətmiş,odur ki, Azər Varizə başqa yerə gedib çay içərək bu məsələni müzakirə etməyi təklif etmişdir, lakin Variz bu təklifə razı olmayaraq ona “siz heç nə edə bilməzsiniz, başınıza oyun açacağam” kimi yersiz sözlərlə qardaşı Azəri təhrik etmişdir. Bu zaman o,Varizlə Azərə yaxınlaşmışdır. Variz uca səslə danışaraq onları dinləməkdən imtina etmişdir. Nə o, nə də ki,qardaşı Azər Varizə xəsarət yetirməmişlər, Varizi döyməmiş, Varizdə yaranmış sıyrıqlar nə o, nə də ki, qardaşı Azər tərəfindən edilməmişdir. O və qardaşı Azər peşəkar idmançıdırlar,əgər Varizi döymüş olsaydılar,Varizdə çox ağır xəsarətlər olardı. Amma o və qardaşı Azər Varizə toxunmamışlar,ona xəsarət yetirməmişlər. Belə ki, hadisə zamanı orada işçi heyəti və digər insanlar var idi. Odur ki, nə onun,nə də ki qardaşı Azərin Varizə hər hansı xəsarət yetirmədiyini bildirərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Ağdaş rayon mərkəzi xəstəxanasında həkim-labarant işləyir. Nuru Nuriyev həmin xəstəxananın direktorudur. Nuru Nuriyevin qanunsuz korrupsiya əməllərinə,həmçinin Nuru Nuriyevin həyat yoldaşının adının xəstəxananın işçi heyətinin siyahısında olmasına baxmayaraq işə gəlməyərək dövlətdən pul aldığına görə müxtalif orqanlara haqlı narazılığını bildirmişdir. Beləliklə bu haqlı narazılığı Nuru həkimin onu təqib etməsinə səbəb olmuşdur. Nuru həkim Azər Nuriyev və Şəxs atasıdır. xx xxxxxxxx 2020-ci ildə Şəxs onun mobil telefonuna zəng edərək qardaşı Azərin onunla görüşmək istədiyini bildirmişdir. Odur ki,onlar xəstəxananın labaratoriya şöbəsinin qarşısında görüşmüşlər. İlk olaraq o,Rövşənlə görüşmüş,Rövşən ona sərt şəkildə otarmağı əmr etsə də,o,Rövşənin bu tonuna haqlı iradını bildirmişdir. Xəstəxananın həyətində yerləşən oturacaqda oturmuş, bir neçə dəqiqə sonra Azər Nuriyev ona yaxınlaşmış və yaxınlaşan kimi başının arxa hissəsindən alçaldıcı şəkildə sillə ilə vuraraq “sən kimsən ki mənim anamdan şikayət edirsən?!” söyləmiş, onun isə Azərə “sən neynirsən,sənin başın xarab olub” demişdir. Daha sonra Azər və Rövşən onu özlərinin avtomobili ilə başqa yerə aparmaq istəmişlər,lakin o,onlardan hər şey gözlədiyi üçün başqa yerə gedib söhbət etməyə razılıq verməmişdir. Odur ki, Rövşən və Azər Nuriyev daha da hiddətlənmiş və onun ünvanına həmının eşidə biləcəyi uca səslə nalayiq ifadələr işlətmişlər. Azər və Rövşənin törətdiyi dava-dalaş zamanı Azər ona üç dəfə zərbə endirmişdir. Belə ki, Azər Nuriyev onun baş nahiyyəsindən bir dəfə,üz nahiyyəsindən bir dəfə və onu avtomobilə aparmaq istəyərkən boyun nahiyyəsindən bir dəfə olmaqla cəmi üç dəfə vuraraq xəsarət yetirmişdir. Sıyrıqlar Azərin onun boynunu sıxması nəticəsində yaranmışdır. Rövşən isə onun çənə nahiyyəsindən yüngül sillə ilə vuraraq qolunu burmuşdur. Bununla da Rövşən onu cəmi iki dəfə vuraraq xəsarət yetirmişdir. O,hadisə zamanı Azər və Rövşənin ünvanına nalayiq ifadələr işlətməmiş və onlara qarşı zor tətbiq etməmişdir. Hadisə zamanı xəsətəxana işçiləri və xəstəxanaya gələnlər də bu hadisənin şahidi olmuşlar.O,bu hadisə ilə bağlı 102 xidmətinə zəng edərək şikayət etmişdir. İş üzrə şahid olan Aygül Mədətova yazılı ifadə vermək istəyərkən Nuru həkim Aygülü təhqir edərək polislərin qanuni işini görməklərinə mane olmuşdur. Azər və Şəxs şikayətçidir,onlarla barışmamışdir. İş üzrə şahid X1 məhkəmə iclasında xx xxxxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində Ağdaş rayon mərkəzi xəstəxanasının həyətindən keçdiyini bildirərək, həmin vaxt orada sonradan adlarını bildiyi Azər və Rövşən ilə Varizin nə isə mübahisə etdiyini gördüyünü, lakin Zərərçəkmiş şəxs Şəxs və Azər Nuriyev tərəfindən döyülməsini və nalayiq ifadələrlə təhqir olunmasını görmədiyini bildirdi. İş üzrə şahid X7 məhkəmə iclasında xx xxxxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində Ağdaş rayon mərkəzi xəstəxanasına həkim qəbuluna getdiyini bildirərək, həmin vaxt orada sonradan adlarını bildiyi Azər və Rövşən ilə Varizin nə isə barəsində sözsöhbət etdiyini gördüyünü, lakin Zərərçəkmiş şəxs Şəxs və Azər Nuriyev tərəfindən döyülməsini və nalayiq ifadələrlə təhqir olunmasını görmədiyini bildirdi. İş üzrə şahid X9 məhkəmə iclasında bildirdi ki, Ağdaş rayon mərkəzi xəstəxanasında əczaçı işləyir, Şəxs və Azər Nuriyev həmin xəstəxanın direktoru Nuru Nuriyevin övladlarıdır, Zərərçəkmiş şəxs isə xəstəxanada həkim-labarant işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə aptekdən çıxanda həyətdə Rövşən ilə Varizin uca səslə bir-birləri ilə söhbət etdiklərini görmüş, həmin vaxt onların yanında sonradan adını bildiyi Azər Nuriyev də dayanmışdı, Rövşən xəstəxanada işlədiyi üçün onu tanıyırdı,lakin Azəri tanımırdı, Rövşən ilə Varizin arasında mübahisə baş verməsin deyə, Rövşənin qolundan tutub onu kənara çəkmiş, bundan sonra aptekə qayıtmışdır, Zərərçəkmiş şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs və Azər Nuriyev tərəfindən döyülməsini və nalayiq ifadələrlə təhqir olunmasını görməmişdir. İş üzrə şahid X2 məhkəmə iclasında bildirdi ki, Ağdaş rayon mərkəzi xəstəxanasında sanitarka işləyir, Şəxs və Azər Nuriyev həmin xəstəxanın direktoru Nuru Nuriyevin övladlarıdır, Zərərçəkmiş şəxs isə xəstəxanada həkim-labarant işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə xəstəxananın həyətində oturacaqda Yemən Şıxaliyeva ilə oturmuşdu, Rövşən ilə Variz də digər oturacaqda oturub, bir-birləri ilə söhbət etdiklərini görmüşdür, Zərərçəkmiş şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs və Azər Nuriyev tərəfindən döyülməsini və nalayiq ifadələrlə təhqir olunmasını görməmişdir. İş üzrə şahid X3 məhkəmə iclasında Zərərçəkmiş şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs və Azər Nuriyev tərəfindən döyülməsini və nalayiq ifadələrlə təhqir olunmasını görmədiyini bildirdi. İş üzrə şahid X5 məhkəmə iclasında Ağdaş rayon mərkəzi xəstəxanasında labarant işlədiyini, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində xəstəxananın həyətində telefonla danışarkən Nuru həkimin kiçik oğlu Rövşənlə Variz həkimin söhbət etdiyini görmüş, daha sonra da Azər Nuriyevin onlara yaxınlaşdığının şahidi olmuşdur. Bu zaman Şəxs Variz həkimin üz nahiyyəsindən bir neçə dəfə sillə ilə vuraraq nə isə dediyinin şahidi olmuşdur. Lakin hadisə zamanı X12 həkimə xəsarət yetirməyini və onun ünvanına nalayiq ifadələr işlətdiyini görməmişdir. İş materiallarına əlavə olunmuş MTE və PA Birliyinin Ağdaş rayon Şöbəsi tərəfindən verilmiş 595 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər boyunun arxa səthinin sıyrıqları,küt alət təsirindən törənmiş,törənmə müddətləri xx xxxxxxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir.Qeyd olunan xəsarətlərin özü tərəfindən yetirlməsi istisna olunmur. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına əsas verən hallar Zərərçəkmiş şəxs izahatı və sonuncunun bədəni üzərində sağlamlığa zərər vurmayan bədən xəsarətlərinin aşkar olunması, həmçinin Zərərçəkmiş şəxs hadisə zamanı Şəxs tərəfindən xəsarətin yetirilməsini görməyən şahidlərin izahatları olmuşdur. Zərərçəkmiş şəxs izahatı ilə bağlı belə nəticəyə gəlirəm ki, iş materiallarından da müəyyən olunduğu kimi zərərçəkmişlə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin atası münaqişəli vəziyyətdədirlər, ona görə də Zərərçəkmiş şəxs izahatının qərəzli olması inkar olunmur və həmin izahat Şəxs təqsirli olmasını sübut edən hal hesab oluna bilməz. Təkcə həmin izahatla Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Bundan başqa, məhkəmə iclasında izahatları alınmış şahidlər də hadisə zamanı orada iştirak etsələr də, Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsini və təhqir edilməsini görmədiklərini bildirmişlər. Ekspert rəyinə gəldikdə, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin ona məhz Şəxs tərəfindən yetirilməsini də birmənalı söyləmək mümkün deyildir. Həmin xəsarətlərin zərərçəkmişin özünə özü tərəfindən də yetirilməsi mümkündür. Belə ki,ekspert rəyində də xəsarətlərin zərərçəkmiş şəxsin özü tərəfindən özünə yetirilməsinin istisna edilmədiyi qeyd edilmişdir. İş üzrə şahid X5 izahatı ilə Zərərçəkmiş şəxs izahatı arasında ziddiyyət vardır, belə ki, şahid X5 izahatında Şəxs Variz həkimin üz nahiyyəsindən bir neçə dəfə sillə ilə vurduğunu bildirsə də, Zərərçəkmiş şəxs izahatında Şəxs onun çənə nahiyyəsindən yüngül sillə ilə vuraraq qolunu burduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qaııun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan ( vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibatidelikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsirə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qarşi iş üzrə x xxxx 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə xx xxxxxx 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olub-olmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Jinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər («Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi cinayət qanunvericiliyinə daha yaxındır və bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Avropa Məhkəməsi də özünün bir sıra qərarlarında bəzi inzibati xətaları sanksiyasının ağırlığına görə cinayət məsuliyyəti ilə eyniləşdirmişdir. Bu aspektdən yanaşdıqda müəyyən öiunur ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasmda nəzərdə tutulmuş tənbeh növü bir sıra cinayət əməllərinə görə nəzərdə tutulmuş sanksiyalardan daha ağırdır. Konstitusiya Məhkəməsinin formalaşdırığı hüquqi yanaşmaya görə, inzibati icraatda səlahiyyətli orqanlar (vəzifəli şəxslər), habelə prokuror ittiham tərəfi hesab olunur. Bu baxımdan, cinayət işlərində olduğu kimi, inzibati icraatda da şəxsin təqsirli olmasını sübut etmək yükü səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və prokurorun üzərinə düşür. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs təqsirsiz olmasını sübut etməyə məcbur edilə bilməz. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXMnin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında is üzrə icraat aoarılan səxsin. zərərcəkmis səxsin. şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Hesab edirəm ki, inzibati icraat aparan şəxs təkcə «cinayət işinin başlanması haqqında» qərardakılarla kifayətlənməməli, özü müstəqil araşdırma aparmalı və şəxsin əməlində inzibati xəta tərkibi olub-olmamasını aydınlaşdırmalıdır. Əks yanaşma inzibati araşdırmanın əhəmiyyətini heçə endirə bilər. Sadəcə olaraq şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək kifayət etmir, ona istinad olunan əməl kifayət qədər əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki is üzrə sübut qismində Zərərçəkmiş şəxs izahatı, şahidlərin izahatları və ekspert rəyi çıxış etmişdir ki, şahid izahatları birmənalı şəkildə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirdiyini görmədiklərini, ekspert rəyində isə xəsarətlərin zərərçəkmiş şəxsin özü tərəfindən özünə yetirilməsinin istisna edilmədiyi vurğulanmışdır. Nə müstəntiq, nə də inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs bununla bağlı ətraflı araşdırma aparmamış, göstərilən ziddiyyətləri aradan qaldırmamışlar. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlib, işin icraatına xilam verilməsini əsaslı sayıram. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə, inzibati xəta tərkibi olmadıqda, iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəfa haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2,114.2.1,115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar