Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-395/2025 31.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Ağdaş Rayon Polis Şöbəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş RPŞ-nin İTB-nin polis sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 2025-ci ilin iyun ayının sonlarında Ağdaş şəhəri Üçqovaq küçəsində yaşadığı evin qarşısında Zərərçəkmiş şəxs dərəcəsi müəyyən edilməyən xəsarətlər yetirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXMnin) 157-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə materialları araşdırıb hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər düzgün tərtib olunmadığından və natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, materiala əlavə edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs əmlakının mənimsənilməsi, döyülməsi və öldürülməklə hədələnməsi iə bağlı xx.xx.2025ci il tarixdə Ağdaş RPŞ-yə şikayəti əsasında Ağdaş RPŞ-nin TB-də araşdırma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığından xx.xx.2025-ci il tarixdə barəsində cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin 2025-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi müəyyən edilməklə sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğu üçün inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qərarın surətinin polis şöbəsinin İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2025-ci il tarixli 318 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlərin xx.xx.2025-ci il tarixə uyğun gəldiyi müəyyən edilmiş, lakin inzibati xəta haqqında tərtib edilmiş protokolda eləcə də protokolun tərtibi üçün əsas olmuş sənədlərdə (cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, izahatlar) xəta hadisəsinin 2025-ci ilin iyun ayının sonlarında baş verdiyi göstərilməklə inzibati xəta haqqında prokotokolda qeyd edilmiş, inzibati xətanın törədilmə tarixi və vaxtı ilə bağlı xüsusatın aydınlaşdırılması üçün zəruri olan mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. Bundan başqa aparılmış inzibati araşdırma ilə bağlı sənədlər məhkəməyə natamam təqdim edilməklə, inzibati xəta ilə bağlı materiallara araşdırma zamanı Zərərçəkmiş şəxs qismində tanınması, o cümlədən qanunvericilikdə müəyyən edilmiş qaydada hüquqlarının izah edilməsi (eləcə də barışıq əldə edib-etməməsinə dair münasibəti) barədə hər hansı sənədlər əlavə edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin: 62.1-ci maddəsinə əsasən inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır, 62.2. Zərər çəkmiş şəxsin aşağıdakı hüquqları vardır: 62.2.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 62.2.2. izahat vermək; 62.2.3. sübutlar təqdim etmək; 62.2.4. vəsatət və etirazlar vermək; 62.2.5. hüquqi yardımdan istifadə etmək; 62.2.6. iş üzrə qəbul edilmiş qərardan şikayət vermək; 62.2.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 62.2.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 62.2.9. yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. 62.3. Zərər çəkmiş şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. 53.1.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir, 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir, 106.0.3, 106.0.4 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən hallar mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmaması məsələlərini həll etməlidir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər düzgün tərtib olunmadığından və natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddərini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Ağdaş Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət və ya protest verilmir. Hakim Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №3(014)-395/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-395/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver