Məhkəmə qərarları › İş №3(014)-397/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-397/2020

20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-397/2020 20.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-ci ildə Ağdaş rayonu Xosrov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdaş rayon, Xosrov kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2020-ci il tarixdə saat təxminən 15:15 radələrində Ağdaş şəhəri, 20 yanvar küçəsində yerləşən paltar mağazasında X3 ilə Şəxs arasında baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs İslam qızına məxsus “Samsunq A5” markalı mobil telefonu sındırması (200 AZN) və ona məxsus boyunbağını qırması (32 AZN) nəticəsində ona ümumilikdə 235 manat maddi ziyan vurmuşdur. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X5 icratında olan HK-1/767 saylı xx xxxxxx 2020-ci il tarixli qərara əsasən toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Kifayət adlı qadını tanıdığını, aralarında əvvəllər mübahisələr və davadalaş baş vermədiyini, təxminən bir ay əvvəl Kifayət adlı qadının onun mobil telefonuna zəng edərək ona məxsus paltar dükanına yaxınlaşmağını istədiyini, dkana onun yanma getdiyini, Kifayət adlı qadının “mənə 100 manat cərimə yazıblar, onu sildirmək üçün vəkil məndən 50 manat pul istəyib, sən dükanda ol ,mən pulu verib gəlirəm” deyə söyləyərək çıxıb getdiyini, təxminən 30 dəqiqədən sonra qayıtdığını, Kifayət adlı qadının dükana qayıdandan sonra yaşadığı evə getdiyini, təxminən bir həftə sonra Kifayət adlı qadın yenidən onun mobil telefonuna zəng edərək telefonda ona məxsus paltar dükanına gəlməyini istədiyini, onun dükanına getdiyini, orada Kifayət adlı qadın ona “sən keçən dəfə mənim yerimə dükanda qalanda neynəmisən?” deyə sualını verdiyini, ona “mən heçnə eləməmişəm” deyə söylədiyini, Kifayətin isə ona “paltarın altında dəftər var idi, həmin dəftərin arasında 200( iki yüz ) manat pul olub, sən həmin pulu götürmüsən, get pulu gətir” deyə söylədiyini, ona “pulu götürməmişəm” deyə söylədiyini və sonra evinə çıxıb getdiyini, bir gün sonra Kifayət adlı qadının onun yaşadığı evə gəldiyini, ondan pulu istədiyini, ona 20 manat pul verdiyini, Kifayətin isə ona “mən bu pulu demirəm, sənin götürdüyün 200( iki yüz ) manat pulu deyirəm” deyə söylədiyini, ona “mən səndən pul götürməmişəm, çıx get buradan” deyə söylədiyini, Kifayətin çıxıb getdiyini, xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində Kifayət adlı qadının onun mobil telefonuna zəng edərək onun dükanına gəlməyini istədiyini, Kifayətin dükanına getdiyini, dükanda Kifayət adlı qadının yanında tanımadığı bir nəfər şəxsin də olduğunu, həmin şəxsin ona “sən Kifayətin pulunu qaytar” deyə söylədiyini, ona “mən ondan pul götürməmişəm” deyə söylədiyini, Kifayət adlı qadınla aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Kifayət adlı qadının ona nalayiq ifadələr işlətdiyini, Kifayətin onu əlləri ilə itələdiyini, daha sonra əli ilə Kifayətin onun üz nahiyəsindən vurduğunu, Kifayətin itələdiyini, vuran zaman Kifayətin əlindəki telefonun yerə düşdüyünü, dükanda Kifayət adlı qadın ilə mübahisə edən zaman paltarların yerə töküldüyünü, həmin vaxt polis əməkdaşlarının gəldiyini və onları sakitləşdirdiklərini bildirmişdir. X4 izahatında Kifayət ilə aralarındakı mübahisə və davadalaşın xx.xx.2020-ci il tarixdə təxminən saat 15:15 radələrində ünvan 1 ünvanında yerləşən Kifayət adlı qadına məxsus paltar dükanında baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı Kifayət adlı qadın onu əlləri ilə itələdiyini və daha sonra əli ilə üz nahiyəsindən vuraraq ona xəsarət yetirdiyini, dava-dalaş zamanı bir-birinə nalayiq ifadələr işlətmədiklərini, aralarında dava-dalaş zamanı Kifayət adlı qadını sinəsindən əlləri ilə itələmədiyini, Kifayət adlı qadını itələyən zaman onun əlindəki telefon yerə düşdüyünü, Kifayət adlı qadına məxsus dükandakı paltarı yerə tökmədiyini, dava-dalaş zamanı orada özündən və Kifayət adlı qadından başqa tanımadığı şəxsin olduğunu, yaranmış səs-küyə də heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1, Ağdaş MTE və PA şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 406 saylı rəyindən görünür ki, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində olan xəsarətlər-sol bazunun yuxarı 1/3-nün iç səthinin, sol bazunun aşağı 1/3-nün iç səthinin, sağ bazunun orta 1/3-nün bayır səthinin qançırları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1, Ağdaş MTE və PA şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 408 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində olan xəsarətlər-sol gözaltı nahiyyənin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin tərtib etdiyi xx xxxxxxx 2020-ci il tarixli rəyin surətindən görünür ki, Zərərçəkmiş şəxs isdifadəsində olan bir ədəd moruq formasında bijuteriya boyunbağı (35 AZN) və Samsunq A-5 markalı telefona (359 AZN) cəmi 394 manat ziyan dəymişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir, inzibati xətanı törətməkdə təqsirlidir, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Şəxs tərəfindən inzibati xəta xx.xx.2020-ci tarixində törədildiyindən, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar xx.xx.2020-ci il tarixində qəbul edildiyindən hazırkı iş üzrə Şəxs inzibati məsuliyyətə cəlb etmə müddətləri keçmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçməsi əsası ilə xitam verilməlidir. Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar