Məhkəmə qərarları › İş №3(014)-398/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-398/2020

20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-398/2020 20.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx xxxx 2020-ci il tarixdə saat 15:15 radələrində 20 yanvar küçəsində yerləşən geyim mağazasında şəxsi münasibətlər zəminində Şəxs ilə Zərərçəkmiş şəxs arasında dava-dalaş baş vermiş və onlar qarşılıqlı olaraq bir-birinə sağlalığına zərər vurmayan xəsarətlər yetirmişlər. Faktla bağlı Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X6 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə saat 15:15 radələrində 20 yanvar küçəsində yerləşən geyim mağazasında şəxsi münasibətlər zəminində Şəxs ilə Zərərçəkmiş şəxs arasında dava-dalaş baş vermiş və onlar qarşılıqlı olaraq bir-birinə sağlalığına zərər vurmayan xəsarətlər yetirmişlər. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Brliyant adlı qadını tanıdığını, aralarında əvvəllər mübahisələr və davadalaş baş vermədiyini, ünvan 1ndə yerləşən paltar mağazası olduğunu, həmin mağazadan Brliyant adlı qadın mütamadi olaraq alver etdiyini, həmçinin Brliyant adlı qadının ona paltar satmağına kömək etdiyini, təxminən 20 gün əvvəl Brliyant adlı qadın onun paltar mağazasına gəldiyini, həmin vaxt onun mobil telefonuna zəng gəldiyini, gedəsi olduğunu və Brliyant adlı qadından burada qalmağını istədiyini və çıxıb getdiyini, təxminən 30 dəqiqə sonra qayıtdığını, Brliyant adlı qadın satdığı paltarın pulunu ona verdiyini və çıxıb getdiyini, Brliyant gedəndən sonra dükanda olan dəftərin arasında özünən məxsus 200(iki yüz) manat pulu götürmək istədiyini, dəftəri açanda pulun olmadığını gördüyünü, səhəri günü Brliyanta zəng vurduğunu və onu dükanına çağırdığını, ona “sən dəftərin arasından 200(iki yüz) manat pul götürmüsən qaytar mənə” deyə söylədiyini, Brliyantın isə ona “baxarıq” deyə cavab verdiyini və çıxıb getdiyini, həmçinin Brliyant adlı qadının ona 40 manat pul borcu da olduğunu, üstündən bir gün keçəndən sonra yenidən Brliyant adlı qadını çağırdığını, ona “sən mənim dükanımda olan 200 (iki yüz) manat pulu götürmüsən” deyə söylədiyini, Brliyantın isə inkar etdiyini və pulu götürmədiyini bildirdiyini, onunla mübahisə etmək istəmədiyini və ona heç nə demədiyini, bir neçə dəfə Brliyant adlı qadının yaşadığı evinə getdiyini və pulu ona qaytarmasını tələb etdiyini, lakin indiyə qədər onun pulunu qaytarmadığını, xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində Brliyant adlı qadının mobil telefonuna zəng edərək ondan dükanına gəlməsini istədiyini, təxminən 10 dəqiqə sonra Brliyantın gəldiyini, ondan yenidən 200(iki yüz) manat pulun ona qaytarmasını istədiyini, Brliyantın isə ona “mən səndən pul götürməmişəm” deyə söylədiyini, “ona səndən polisə şikayət etmək istəmirəm” deyə söylədiyini, Brliyantın isə “hara istəyirsən şikayət et” deyə söylədiyini, bunun üstündə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Brliyant adlı qadın ona nalayiq ifadələr işlətdiyini, əlləri ilə onun üz, sinə nahiyəsindən vurduğunu, daha sonra onun boynundaki mirvari sepi qırdığını, əynindəki donu cırdığını, daha sonra telefona polisə məlumat vermək istədiyini, Brliyant adlı qadın əlindəki telefonu götürüb yerə çırpdığını və dükanındaki paltarları yerə atdığını, onun qanunsuz hərəkətlərinin qarşısını almaq üçün qolundan tutub kənara çəkmək, sakitləşdirmək istədiyini, lakin Brilyantın dayanmadığını,bundan sonra polis əməkdaşlarının gəldiyini bildirmişdir. Həmçinin Şəxs izahatında Brliyant adlı qadın ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2020-ci il tarixdə təxminən saat 15:15 radələrində ünvan 1 ünvanında yerləşən ona məxsus paltar dükanında baş verdiyini və 3-5 dəqiqə davam elədiyini, dava-dalaş zamanı Brliyant adlı qadının onu əlləri üz və sinə nahiyəsindən vuraraq,ona xəsarət yetirdiyini, dava-dalaş zamanı Brliyant adlı qadının ona nalayiq ifadələr işlətdiyini, ona nalayiq ifadələr işlətmədiyini, aralarındakı dava-dalaş zamanı Brliyant adlı qadını vurmadığını, ona məxsus Samsung A5 markalı telefonunun sınması nəticəsində 200 manat maddi ziyan dəydiyini, Brliyant adlı qadının onun paltarlarını tullaması nəticəsində ona 260 manat ziyan dəydiyini, Brliyant adlı qadının onun əynimdəki donunu cırması nəticəsində 65 manat ziyan dəydiyini, boynundaki sepin qırması nəticəsində 35 manat ziyan dəydiyini, ümumillikdə ona 560 manat ziyan dəydiyini, dava-dalaş zamanı orada özündən və Brliyant adlı qadından başqa Tülfə adlı qadının olduğunu, yaranmış səs-küyə də heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmədən barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izah etdi ki, Ağdaş şəhər, 20 yanvar küçəsində yaşayır. Kifayət adlı qadını tanıdığını, aralarında əvvəllər mübahisələr və davadalaş baş vermədiyini, təxminən bir ay əvvəl Kifayət adlı qadının onun mobil telefonuna zəng edərək ona məxsus paltar dükanına yaxınlaşmağını istədiyini, dükana onun yanma getdiyini, Kifayət adlı qadının “mənə 100 manat cərimə yazıblar, onu sildirmək üçün vəkil məndən 50 manat pul istəyib, sən dükanda ol, mən pulu verib gəlirəm” deyə söyləyərək çıxıb getdiyini, təxminən 30 dəqiqədən sonra qayıtdığını, Kifayət adlı qadının dükana qayıdandan sonra yaşadığı evə getdiyini, təxminən bir həftə sonra Kifayət adlı qadın yenidən onun mobil telefonuna zəng edərək telefonda ona məxsus paltar dükanına gəlməyini istədiyini, onun dükanına getdiyini, orada Kifayət adlı qadın ona “sən keçən dəfə mənim yerimə dükanda qalanda neynəmisən?” deyə sualını verdiyini, ona “mən heç nə eləməmişəm” deyə söylədiyini, Kifayətin isə ona “paltarın altında dəftər var idi, həmin dəftərin arasında 200 (iki yüz) manat pul olub, sən həmin pulu götürmüsən, get pulu gətir” deyə söylədiyini, ona “pulu götürməmişəm” deyə söylədiyini və sonra evinə çıxıb getdiyini, bir gün sonra Kifayət adlı qadının onun yaşadığı evə gəldiyini, ondan pulu istədiyini, ona 20 manat pul verdiyini, Kifayətin isə ona “mən bu pulu demirəm, sənin götürdüyün 200 (iki yüz) manat pulu deyirəm” deyə söylədiyini, ona “mən səndən pul götürməmişəm, çıx get buradan” deyə söylədiyini, Kifayətin çıxıb getdiyini, xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində Kifayət adlı qadının onun mobil telefonuna zəng edərək onun dükanına gəlməyini istədiyini, Kifayətin dükanına getdiyini, dükanda Kifayət adlı qadının yanında tanımadığı bir nəfər şəxsin də olduğunu, həmin şəxsin ona “sən Kifayətin pulunu qaytar” deyə söylədiyini, ona “mən ondan pul götürməmişəm” deyə söylədiyini, Kifayət adlı qadınla aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Kifayət adlı qadının ona nalayiq ifadələr işlətdiyini, bundan əsəbiləşdiyini, Kifayəti vurduğunu, paltarlarını yerə tökdüyünü, Kifayətin onun qolundan tutaraq dartdığını, hadisənin 3-5 dəqiqə davam etdiyini polis əməkdaşlarının gəldiyini və onları sakitləşdirdiklərini bildirmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmadığını maddənin tələbinə uyğun olaraq cəca verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X2 izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları, inzibati xəta haqqında iş üzrə icraatının iştirakçılarının izahatları və ekspertiza rəyi ilə rəyi ilə tamamilə təkzib edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3, Ağdaş MTE və PA şöbəsinin xx.xx.2020-ci il tarixli 406 saylı rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər –sol bazunun yuxarı 1/3-nin iç səthinin, sol bazunun aşağı 1/3-nin iç səthinin, sağ bazunu orta 1/3-nin bayır səthinin qançırları, küt alət təsirindən tğrənmiş törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi);inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. ( AR İXM 75) AR İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə iş materialları ilə müəyyən edildi ki, Şəxs Zərərçəkmiş şəxs hüquqazidd hərəkətlərinin qarşısını almaq üçün qolundan tutaraq kənara çəkmiş, bunun nəticəsində zərərçəkmiş şəxs xəsarət almışdır. Şəxs zərərçəkmiş şəxsə xəsarət yetirmək niyyəti olmamış, qeyd edilən hərəkətlər onun şüuru ilə əhatə olunmamış, özünə yetirilən xəsarətlərin və əmlakına vurulan ziyanın qarşısını alınmasına yönəlmişdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 53.0.2, 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, ŞəkiApellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Sədrlik edən Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar