Məhkəmə qərarları › İş №3(014)-398/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-398/2022

03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-398/2022 03.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis polkovnik-leytenantı Şahid iştirakı ilə xx.xx.1972-ci il tarixdə Ağdaş rayonu Tofiqi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayonu Tofiqi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 03 avqust 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin ibzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN1332401 saylı inzibati xəta protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs 22 aprel 2022-ci il tarixdə saat 16:00 radələrində Ağdaş rayonu Tofiqi kəndində yerləşən taxıl sahəsində Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlər zəmnində mübahsə və davadalaş baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis polkovnik-leytenantı Şahid izah etdi ki, Şəxs 22 aprel 2022-ci il tarixdə saat 16:00 radələrində Ağdaş rayonu Tofiqi kəndində yerləşən taxıl sahəsində Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlər zəmnində mübahsə və davadalaş baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsinin TB-də araşdırma aparılmış və onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğunu, 22 aprel 2022-ci il tarixdə saat 16:00 radələrində Ağdaş rayonu Tofiqi kəndində yerləşən taxıl sahəsində Zərərçəkmiş şəxs ilə onun arasında şəxsi münasibətlər zəmnində mübahsə və dava-dalaş baş verdiyini, mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığının nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında Şəxs onun həmkəndlisi olduğunu, 22 aprel 2022-ci il tarixdə saat 16:00 radələrində Ağdaş rayonu Tofiqi kəndində yerləşən taxıl sahəsində Şəxs ilə onun arasında şəxsi münasibətlər zəmnində mübahsə və dava-dalaş baş verdiyini, mübahisə zamanı Şəxs döyərək ona xəsarət yetirdiyini, Şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığının nəzərə alaraq onun barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı Ruhin Yaqublunun 23 may 2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs 22 aprel 2022-ci il tarixdə saat 16:00 radələrində Ağdaş rayonu Tofiqi kəndində yerləşən taxıl sahəsində Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlər zəmnində mübahsə və dava-dalaş baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanı törətməkdə təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi olmadığından Şəxs barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin ərizəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati iş üzrə icraat aparılan şəxs barışdıqda isə həmin işüzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR ALDİ: Şəxs barəsində Ağdaş RPŞ-də Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 03 avqust 2022-ci il tarixli, MN1332402 nömrəli inzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar