Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-398/2025 04.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, Müdafiəçi- Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 12 avqsut 1992-ci ildə Ağdaş rayonunun Xosrov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağdaş rayonu Xosrov kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 04 avqust 2025-ci il tarixdə saat 12:00 radələrində Ağdaş RPŞ-in inzibati binasında Davud Şıxməmmədovun xidməti otağında dindirilən zaman heç bir səbəb olmadan mübahisə etməyə, səs-küy salmağa başlamış, Davud Şıxməmmədova və valideynlərini söyərək təhqir etmiş, nizam intizamlı olması barədə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ağdaş Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs 04 avqust 2025-ci il tarixdə saat 12:00 radələrində Ağdaş RPŞ-in inzibati binasında Davud Şıxməmmədovun xidməti otağında dindirilən zaman heç bir səbəb olmadan mübahisə etməyə, səs-küy salmağa başlamış, Davud Şıxməmmədova və valideynlərini söyərək təhqir etmiş, nizam intizamlı olması barədə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq öz əmmələrinə davam etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, avto qəza nəticəsində sağlamlığında ciddi problemlər yaranmışdır. 04 avqust 2025-ci il tarixdə saat 12:00 radələrində müstəntiq Davud Şıxməmmədovun otağında izahat verərkən, sonuncu onunla sərt danışdığı üçün müstəntiqlə mbahisə etməyə başlamış, onun və atasının ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra digər polis əməkdaçları gəlib onu oradan uzaqlaşdırmışlar. Əməlindən peşmandır. Müstəntiqdən üzr istəmişdir. Səhhətini nəzərə alıb barəsində yüngül tənbeh seçilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin sahə rəisi X5 izahatında bildirdi ki, o, vətəndaş Şəxs izahatının alınması üçün Ağdaş RPŞ-yə dəvət etmiş, həmin vətəndaş cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Vətəndaş onun xidməti otağına daxil olan kimi onu öz hüquqlarını pozmaqda ittiham edərək səs-küy salmış, o, vətəndaşı sakitləşdirməyə çalışdıqda vətəndaş onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra digər müstəntiqlər səs-küyə gələrək vətəndaşı onun xidməti otağından uzaqlaşdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin müstəntiqi X4 izahatında bildirdi ki, o, stajor olduğundan Davud Şıxməmmədov izahat alarkən onun xidməti otağında olur. 04 avqust 2025-ci il tarixdə saat 12:00 radələrində o, Davud Şıxməmmədovun xidməti otağında olmuşdur. Zərərçəkmiş şəxs Şəxs müstəntiqin otağına daxil olub əsəbi şəkildə müstəntiqə onun işini uzatması barədə irad bildirmiş, daha sonra aralarındda mübahisə yaranmış, Şəxs müstəntiqin özünə və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Şəxs öz əməllərinə davam etmişdir.Daha sonra o, və otağa daxil olan müstəntiq Süleyman Süleymanov həmin şəxsi müstəntiq Davud Şıxməmmədovun otağından çıxarıb bölmə rəisinin otağına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin X2 izahatında bildirdi ki, 04 avqust 2025-ci il tarixdə saat 12:00 radələrində öz otağında olan zaman Davud Şıxməmmədovun səs-küy eşidib, həmin yerə getdikdə bir nəfər şəxsin müstəntiqlə mübahisə etdiyini və onun ünvanına nalayiq ifadələr işlətdiyini görmüş, həmin şəxsi sakitləşdirməyə çalışsa da heç bir nəticə əldə olunmamışdır. Daha sonra onun qolundan tutub dəhlizə çıxarmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, 04 avqust 2025-ci il tarixdə saat 12:00 radələrində müstəntiq onlara zəng edərək şöbəyə dəvət etmiş, onlar şöbəyə gəldikdə oğlu müstəntiqin otağında qalmış, o, bayıra çıxmışdır. Bir qədər sonra müstəntiqin otağından səs-küy eşidib içəri girdikdə oğlu ilə müstəntiqin mübahisə etdiklərini görmüşdür. İş materiallarında olan Ağdaş RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X8 RPŞ-nin rəisi, Vəfalı Həsənalıyevə ünvanladığı raportdan görünür ki, icraatlarında olan HK-1/927 saylı material üzrə Ağdaş rayonu, Xosrov Kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs dindirilməsini, eləcə də məhkəmə-tibbi ekspertizadan keçrilməsi məqsədilə dəfələrlə tərfindən onunla telefon vasitəsi ilə əlaqə saxlanıldıqdan sonra sonuncu xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində Ağdaş RPŞ-nin inzibati binasına, xidməti otağına gəlmişdir. Həmin vaxt tərəflərindən Şəxs dindirilməsi həyata keçrilən zaman o, heç bir səbəb olmadan əsassız yerə onunla mübahisə etməyə və yüksək səslə danışmağa başladı. Onun xidməti otağında səs-küy salmamağını, mövzüdan kənar söhbətlər söhbətlər etməməsini bildirilsədə o, onu və valideynlərini təhqir etməyə başladı. Həmin vaxt otağında olan Ağdaş RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Rüstəm Mədətzadə həmçinin həmin səs-küyə otağına gələn İB-nin müstəntiqi, polis kapitanı Süleyman Süleymanov və Ağdaş RPŞ-nin NH-nin növbətçi köməkçisi, polis baş serjantı İlkin Əliyev onu sakitləşdirməyə çalışmışlar. Lakin Şəxs kolidora çıxaraq səs-küy salmağa davam etmiş. Onlar dəfələrlə onu nizam intizamlı olmağa dəvət edərək hərəkətlərinə son qoymasını tələb etmişlər. Lakin o qanuni tələblərə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:30-da inzibati qaydada tutulmuşdur. Zahiri baxış zamanı bədənində heç bir xəsarət aşkar edilməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Sərxan Məmmədovun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutulma haqqında “inzibati qaydada tutulma protokolundan” görünür ki, Şəxs 04 avqust 2025-ci il tarixdə saat 12:30-da inzibati qaydada tutulmuşdur. Zahiri baxış zamanı bədənində heç bir xəsarət aşkar edilməmişdir. Qanunun qeyd edilən müddəalarına istinad edərək məhkəmə hesab edir ki, Şəxs təyin olunacaq cərimənin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə onun hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil həyata keçirmişdir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 3 (üç) iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 33 (otuz üç) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 33 (otuz üç) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-398/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-398/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver