Məhkəmə qərarları › İş №3(014)-400/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-400/2021

29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-400/2021 29.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iclas katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 24.09.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin baş əmək müfəttişi X9 tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-192.6-cı maddələri ilə 16.09.2021-ci il tarixli, MN seriyalı, № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Ucar regional ərazi şöbəsi tərəfindən 24.09.2021-ci il tarixli, MN seriyalı, № ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, X1 Məcəlləsində nəzərdə tutulmuş qaydada işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozaraq xitam verməsi nəticədə X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin qərardan X3 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, o Ağdaş rayon Ovculu kənd ümumi orta məktəbinin direktoru vəzifəsində işləyir. 24 sentyabr 2020-ci il tarixdə X10 ilə 2020/2021-ci tədris ilinin sonunadək analıq məzuniyyətində olan müəllimənin yerinə müddətli əmək müqaviləsi bağlanılmışdır. Bundan sonra X17 rayon Ovculu kənd ümumi orta məktəbinə coğrafiya müəllimi vəzifəsinə təyin olunmuşdur. X10 ilə əmək münasibətləri 80 № li əmrlə rəsmiləşdirilmişdir. Məktəbin analıq məzuniyyətində olan coğrafiya müəllimi X5 01 may 2021-ci il tarixdən öz işinə qayıdacağını bildirdiyindən X10 28.04.2021-ci il tarxidə ona yazılı ərizə ilə müraciət edərək, onun 30.04.2021-ci il tarixdən məktəbin coğrafiya müəllimi vəzifəsindən azad edilməsini xahiş etmişdir və işəgötürən olaraq onun tərəfindən bu barədə 30.04.2021-cı ildə 40 № li müvafiq əmr tərtib edilərək Ayşən Məlikovanın xahişi təmin olunmuş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X7 məzuniyyət pulu ödənilmədiyindən bununla bağlı o, 2021-ci ilin may ayında Ağdaş rayon Təhsil şöbəsinə müraciət edib və Təhsil şöbəsindən onun müraciətinə cavab olaraq məzuniyyət pulunun işlənib karta vurulacağı bildirilmişdir. Bundan sonra X10 eyni xahişlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyinə ərizə ilə müraciət etmiş və ərizə qəbul olunaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə göndərilmişdir. 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində məsələ araşdırılarkən X6 işdən azad edilməsi barədə 30.04.2021-cı ildə 40 № li əmrdə onunla əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi əvəzinə həmin maddənin “b” bəndi göstərildiyindən bu hal işəgötürən kimi tərəfindən əmək qanunvericiliyinin pozuntusu kimi qiymətləndirilərək bu barədə ƏƏSMN yanında X11 Xidmətinin Ucar regional ərazi şöbəsinə məlumat verilmişdir. 15 sentyabr 2021-ci tarixində o Ucar regional ərazi şöbəsinə dəvət edilmiş, orada şöbə rəisi Elçin Əliyev bildirmiş ki, “siz işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin yanlış maddəsi ilə son vermisiniz” deyərək barəsində inzibati tənbeh tədbiri tədbiq olunacağını bildirmişdir. Belə olduqda o, məsələ ilə bağlı izahat verərək şöbə rəisinə bildirmiş ki, X6 şikayəti məzuniyyət pulunun tələb etməsi olub və bu pul artıq mühasibatlıq tərəfindən hesablanaraq Ayşənə ödənilmişdir. 30.04.2021-cı ildə 40 № li əmrdə Ayşən müəllimə ilə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi əvəzinə həmin maddənin “b” bəndi göstərilməsi isə onun diqqətsizliyinin nəticəsidir. Belə ki, o katibənin səhvən tərtib etdiyi əmrin məzmununa diqqət yetirmədən imzalamışdır. DƏMX-nin Ucar regional ərazi şöbəsinin rəisi Elçin Əliyev onun izahatını üzürlü səbəb kimi qəbul etməyərək 16.09.2021-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqda MN ******* nömrəli inzibati protokol tərtib edilmiş və göstərilən səlahiyyətli şəxsin 24.09.2021-ci il tarixdə çıxardığı və poçt xidməti vasitəsi ilə 02 oktyabr 2021-ci il tarixdə ona çatdırılan ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı ilə 1500 (min beş yüz) manat məbləğində cərimə kimi inzibati tənbeh növünə məruz qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində (ədalətlilik prinsipi) qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati xətanın törədilməsi haqda MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, X10 ilə bağlanmış əmək müqaviləsinə 30.04.2021-ci il tarixdə xitam verilərkən Əmək Məcəlləsinin 192.4 - 192.6-cı maddələrinin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Ucar regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 24.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunması xahiş olunmuşdur. Ağdaş Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 3(046)-400/2021 saylı qərarı ilə 04 may 1967-ci il tarixdə Ağdaş rayonu, Ovculu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Ağdaş rayonu, Ovculu kənd məktəbinin direktoru vəzifəsində işləyən, Ağdaş rayonu, Ovculu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X11 Xidmətinin Ucar Regional Ərazi şöbəsinin 24 sentyabr 2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 01.12.2021-ci il tarixli, 3(107)-386/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Ucar Regional Ərazi Şöbəsi tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair iş üzrə Ağdaş Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında işə mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Ağdaş Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məkhəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, sözügedən inzibati xəta hadisəsi barədə X10 2021-ci ilin avqust ayının 18də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Ucar Regional Ərazi şöbəsinə müraciət etdiyindən həmin inzibati xəta hadisəsinin baş verməsinin aşkar edilməsi ilə bağlı müddət axımı da həmin vaxtdan hesablanmalıdır. İnzibati xəta haqqında protokol 16.09.2021-ci il tarixdə, inzibati xəta haqqında qərar isə 24.09.2021-ci il tarixdə qəbul edildiyindən inzibati tənbeh tətbiq olunması üçün qanunla müəyyən edilmiş müddət buraxılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, X2 həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Ucar regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 24.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar