Məhkəmə qərarları › İş №3(014)-400/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-400/2022

03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-400/2022 03.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:30 radələrində Ağdaş rayonunun Yuxarı Ləki kəndində fərdi yaşayış evinin həyətində şəxsi münasibətlər zəminində anası Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X3 05 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. Onunla heç bir ədavəti və düşmən münasibəti yoxdur. Özləri eyni həyətdə, ancaq ayrı-ayrı evlərdə yaşayırlar. Aralarında əvvəllər münaqişələri olmamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 17:30 radələrində yaşadığı evin həyətinə gələn zaman evin həyətində olan dəmir su qızdırıcı su qızdırıcısını yerindən çıxararaq kimlərəsə satmaq üçün hazırladığını görmüşdür. Həmin vaxt yaşadığı evin həyətində anası Zərərçəkmiş şəxs nə səbəbə su qızdırmaq üçün su qızdırıcısını yerindən çıxartdığını bildirdiyində, anası Yaxşı “məhlə mənimdir, özüm bilərəm nəyi sataram” deyə bildirmişdir. Həmin vaxt özləri arasında sözlə mübahisələri yaranmış və o, “mən olan yerdə sən su qızdırıcı su qızdırıcısını sata bilməzsən” deyə bildirmişdir. Özləri arasında sözlə mübahisə olan zaman kənardan bacısı Şərifə Əhmədova və anası Zərərçəkmiş şəxs onun ünvanına söyüşlər söyərək təhqir etmişlər. Daha sonra onunla mübahisə edə-edə anası Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng vuraraq onu döyməyi barədə yalan məlumat vermişdir. Daha sonra polis əməkdaşları onların yaşadıqları evin həyətinə gələrək anası Yaxşıdan ərizə alaraq çıxıb getmişlər. xx.xx.2022ci il tarixdə təxminən saat 17:30 radələrində onunla anası Zərərçəkmiş şəxs arasında yaşadıqları evin həyətində sözlə mübahisələri yaranmışdır. Ancaq heç bir kəsi heç bir yerindən vuraraq döyməmiş və heç bir kəsə xəsarət yetirməmişdir. Anası Zərərçəkmiş şəxs özünün gözünü harasa vuraraq yalandan onu vurmağını bildirmişdir. Onunla anası Zərərçəkmiş şəxs arasında xx.xx.2022-ci il tarixdə təxminən saat 17:30 radələrində sözlə mübahisə olan zaman kənarda bacısı Şərifə Əhmədova olmuşdur. Səslərinə heç kim gəlməmişdir. Aralarında olan sözlə mübahisə təxminən 8-10 dəqiqə davam etmişdir. Özü ilə anası Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zamanı özünü heç kim vurmamış və heç bir xəsarət yetirməmişdir. Buna görə də barəsində inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun oğludur. Onunla heç bir ədavəti və düşmən münasibəti yoxdur. Eyni həyətdə, ancaq ayrı-ayrı evlərdə yaşayırlar. Özləri arasında əvvəllər münaqişələri olmamışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı evin həyətində olan su motoru işləmədiyindən və həyətlərində olan köhnə su qızdırıcı su qızdırıcısını istifadə etmədiklərindən, satıb onun puluna su motoru almaq üçün olduğu yerdən yerə yıxmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 17:30 radələrində yaşadığı evin həyətində olan zaman oğlu Şəxs evin həyətinə gələrək dəmir su qızdırıcısını görüb nə üçün su qızdırıcısını yerə yıxdığını soruşan zaman Raminə “su motoru işləmədiyindən həmin dəmir işləməyən su qızdırıcısını metal kimi satıb evin həyətində hər ikimiz işlədək” demişdir. Həmin vaxt oğlu Ramin dəmir su qızdırıcısını satmağına görə narazılıq edərək mübahisə etməyə başlamışdır. Mübahisə zamanı oğlu Şəxs yumruqla bir dəfə sol göz nahiyəsindən qəfildən vurduqdan sonra Ramindən ayrılmaq üçün yaşadığı evə qaçan zaman Ramin yerdən daş parçası götürərək onu vurmaq istəmiş, ancaq daşla onu vurmamışdır. Səslərinə evdən qızı Şərfə Əhmədova çıxan zaman Şərfə ona, “ana, Ramin dəryazla sənin arxanca gəlir” deyə qışqırmışdır. Özü də yaşadığı evin qapısından içəri keçmişdir. Ancaq Ramin onu dəryazla vura bilməmişdir. Həmin vaxt DİN-in 102 xidmətinə Ramin tərəfindən döyülməsi barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 17:30 radələrində oğlu Şəxsla aralarında olan mübahisə zamanı oğlu Şəxs bir dəfə yumruqla sol göz nahiyəsindən vuraraq onu döymüş və ona xəsarət yetirməmişdir. Başqa heç bir yerindən vurmamış və başqa heç bir yerinə xəsarət yetirməmişdir. Özü ilə oğlu Şəxs arasında xx.xx.2022-ci il tarixdə təxminən saat 17:30 radələrində dava-dalaş zamanı yanlarında heç kim olmamışdır. Səslərinə yaşadıqları evdən qızı Şərfə Əhmədova gəlmişdir. Aralarında olan dava-dalaş təxminən 2- 3 dəqiqə davam etmişdir. Özü ilə oğlu Şəxs arasında baş vermiş dava-dalaş zamanı Şəxs heç kim vurmamış və heç bir xəsarət yetirməmişdir. Oğlu Şəxs barəsində daha ciddi inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:30 radələrində Ağdaş rayonunun Yuxarı Ləki kəndində fərdi yaşayış evinin həyətində şəxsi münasibətlər zəminində anası Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə məlumat vermiş, hadisə araşdırılaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixindən, saat 18:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar