Məhkəmə qərarları › İş №3(014)-400/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-400/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-400/2025 06.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızı, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26154667 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan X2 Rayon Məhkəməsinə şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, X5 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar xx.xx.2025-ci il tarixdə elektron qaydada qəbul edilmiş və həmin qərarda barəsində inzibati tənbeh tətbiq edilən şəxin 20 gün müddətində şikayət vermə hüququnun olması göstərilmişdir. Lakin, X5 həmin qərardan xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da o, qərardan şikayət vermə müddətini ötürmüşdür. Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X5 onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən, onun həmin şikayətinə baxılmasından imtina olunmalı, X1 orqana (DİN Baş Dövlət Yol Polisi İdarəsi) buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109, 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair EQ 26154667 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılmadan geri qaytarılsın. X4 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair səlahiyyətli orqana vəsatətlə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar