Məhkəmə qərarları › İş №3(014)-401/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-401/2021

14.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-401/2021 14.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərər çəkən şəxslər Zərərçəkmiş şəxs1 və Musayeva Fəridə Eldar qızının, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsi tərəfindən 13 mart 2018-ci il tarixdə verilmiş 2(014)- 289/2018 saylı icra sənədinin icrası ilə bağlı Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, Zərərçəkmiş şəxs1 borclu olduğu 38557 manat və 18500 ABŞ dollarını və Musayeva Fəridə Eldar qızına borclu olduğu 5500 manat və 15000 ABŞ dollarını ödəməmişdir. Buna görə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində 07 oktyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tələb olunan borcun ödənilməsi ilə bağlı İcra Haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş bütün tədbirləri gördüyünü, lakin Şəxs Ağdaş Rayon Məhkəməsi tərəfindən 13 mart 2018-ci il tarixdə verilmiş icra sənədinin icrası ilə bağlı onun tələblərini yerinə yetirmədiyini, Şəxs bu vaxta qədər onların vasitəsi ilə 550 manat bir dəfə, 1050 manat da bir dəfə ödəniş etdiyini, son ödənişi əməkhaqqı ilə etdiyini, qalan ödənişləri isə kənardan kənara etdiyini və onlarda bununla bağlı heç bir sənədin olmadığını, tələbkarlar borclarının ödənilməsini sürəkli olaraq tələb etdiklərinə görə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərdiklərini bildiridi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində qismən təqsirli bildi və tələbkarlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə apellyasiya məhkəməsinə şikayət verilməməsi üçün borcun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəldiyini, 13 mart 2018-ci il tarixdə 2(014)-289/2018 saylı qətnamə qəbul ediləndən bu vaxta qədər icra sənədi üzrə tələbkarlara 10149 manat pul ödədiyini, lakin bunu icra məmurlarının vasitəsi ilə deyil, Bakı şəhərinə gedən taksilərlə onlara göndərdiyini, buna görə də ödənişlərlə hazırda maddi vəziyyəti çox pis olduğuna görə tələb olunan borcu ödəyə bilmədiyini, borcu ödəmək üçün satılacaq hər hansı bir əmlakının da olmadığını, ona görə də bundan sonra tələbkarlara ödəməli olduğu qalan borcun müqabilində bir il ərzində cəmi 12000 manat ödəyərsə, borcun qalan hissəsindən imtina edəcəkləri ilə bağlı onlarla razılığa gəldiyini bildirdi. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclasında Şəxs tərəfindən həqiqətən onlara 10149 manat ödəniş edildiyini, qalan borca görə isə Şəxs tərəfindən bir il ərzində cəmi borcdan 12000 manat ödəyəcəyi təqdirdə, borcun qalan hissəsindən imtina edəcəkləri ilə bağlı onunla razılığa gəldiklərini bildirdi və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkən Zərərçəkmiş şəxs2 məhkəmə iclasında digər zərərçəkən Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu izahat verdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsləri icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilən ərizələrdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə borcun ödənilməsi ilə bağlı razılığa gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzabati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanını (vəzifəli şəxsin)qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o,təqsirsiz hesab edilir. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkın bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə təqdim edilmiş sübutları araşdırıb hesab edirəm ki, icra məmuru xx xxx 1975ci ildə Ağdaş rayonu, Eymur kəndində anadan olmuş, Ağdaş rayonu, Eymur kəndində qeydiyyatda olan borclu Şəxs 45207 manat və 18500 ABŞ dolları borcun Zərərçəkmiş şəxs1, 5500 manat və 15000 ABŞ dolları borcun Zərərçəkmiş şəxs2 xeyrinə borcun tutulması barədə Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 13 mart 2018-ci il tarixli 2(014)-289/2018 saylı icra sənədi üzrə tələbin ödənilməsi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edərək lazımi hərəkətləri etmiş, lakin borclu Şəxs icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, buna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə gətirilmiş, Şəxs tələb olunan borcdan bu vaxta qədər cəmi 10149 manat ödəniş etmiş, qalan borcun ödənilməsi ilə bağlı isə zərərçəkənlərlə razılığa gəlmiş və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Musayeva Fəridə Eldar qızı məhkəməyə ərizə təqdim edərək onun barəsində olan işə xitam verilməsini xahiş etmişlər. Borclu barəsində inzibati xəta haqqında protokol o vaxt tərtib edilə bilər ki, o, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar